Hüceyrədəki Kompleks Quruluş və Sistemlər

Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi. Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına “təsadüflər və təbii hadisələr” cavabını verməyin inandırıcı olduğunu hesab etmişdilər. Darvin ilk hüceyrənin “kiçik və ilıq su gölməçəsində” asanlıqla əmələ gəldiyini irəli sürmüşdü.239 Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia etmişdi. “Hekkel palçığı” (Bathybus Haeckelii) adlanan bu “canlanan palçıq” təkamül nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər bəsit hesab etdiklərinin bir ifadəsi idi. Oxumağa davam et

Atın Təkamülü Əfsanəsi

Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan bər təkamülçü mənbələri baş tacına çevirdikləri “atın təkamülü” əfsanəsidir. Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır.

“Atın təkamülü”nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir. 1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir toplantıda nitq söyləyən təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdir: Oxumağa davam et

Darvinizmin Meydana Gəlməsi

Çarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi kəşf gəmisində könüllü kimi iştirak etmişdir.  Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir. Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür.

Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını gəzməyə başladı. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə formalaşdırmağa başladı. Nəticədə bu fikirlərini 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq zamanla kiçik dəyişikliklərlə bir-birlərindən təkamüllə törədiyini iddia edirdi. Oxumağa davam et

Australopithecuslar: Nəsli Kəsilmiş Meymunlar

 Təkamülçülərin iddiasına görə Australopithecuslar indiki insanların ən ibtidai əcdadlarıdır. Bunlar üz və kəllə quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim növdür. Ancaq təkamülçülərin iddialarına görə bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm xüsusiyyətləri aşkar olunmuşdur: iki ayaqlı olmaları.

Meymunlarla insanların hərəkət forması tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud hərəkət qabiliyyətinə malikdirlər və nəticədə əyrı onurğaya malikdirlər. Oxumağa davam et

Nebraska Adamı Saxtakarlığı

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henry Fairfeild Osborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Plieocen dövrünə aid bir azı dişi skeleti tapdığını açıqladı.

İddiaya görə bu diş insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox dərin elmi mübahisələr başlamışdı. Bəziləri bu dişi Pithecanthropus erectus olaraq şərh edir, bəziləri isə bunun insana daha yaxın olduğunu söyləyirdilər. Böyük mübahisələr yaradan bu skeletə “Nebraska adamı” adı verildi. “Elmi” – latınca adı da qoyuldu: “Hesperopithecus Haroldcooki”.

Bir çox məhşur alim Osbornu dəstəklədi. Bu tək dişə əsaslanaraq Nebraska adamının kəllə sümüyü və vücudunun rekonstruksiyası şəkilləri çəkildi. Hətta daha da irəli gedərək ailəvi şəkilləri nəşr edildi.

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə bu diş nə meymuna, nə də insana aid idi. Dişin Prosthennops isimli yabanı Amerika donuzunun nəsli kəsilmiş bir cinsinə aid olduğu aydın oldu.

Piltdown Adamı Saxtakarlığı

Həvəskar paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı çuxurda bir çənə və bir kəllə sümüyü tapdığı iddiası ilə ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanlarınkına oxşayırdı. Bu nümunəyə “Piltdown Adamı” adı verilib, 500 min illik yaş təyin edilərək müxtəlif muzeylərdə insan təkamülünə dəqiq dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu barədə elmi məqalələr yazıldı, izahlar verildi və rəsimlər çəkildi, insanın təkamülünə əhəmiyyətli dəlil olaraq təqdim olundu. Ancaq 1949-cu ildə skeleti bir daha araşdıran mütəxəssislər bunun saxta olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldildiyini aşkar etdilər. Oxumağa davam et