Hz. Musa (ə.s) Kimi İman Etmək, hz. Musa (ə.s) kimi Allaha Güvənmək, hz. Musa (ə.s) kimi Allahın Köməyindən Əsla Ümid Kəsməmək…


İki dəstə  bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq! (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” (Şüəra surəsi, 61-62)

Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi, 214)

Hz. Musa (ə.s) və onunla birlikdə olan möminlər iki dənizin birləşdiyi yerə gəlib çatanda bir tərəfdə dəniz, digər tərəfdə isə fironun əsgərləri var idi. O vaxt fironun yanındakı adamlardan bəziləri hz. Musaya (ə.s) və səhabələrinə fironun qalib gəldiyini və hz. Musanın (ə.s) artıq edə biləcəyi heç bir şey qalmadığını düşünə bilərdi. Hətta hz. Musanın (ə.s) yanında olan, ona və onun gətirdiyi haqq dinə iman etmiş insanlardan bəziləri də “artıq yaxalandıq” deyirdilər.

Halbuki Allah belə bir vəziyyət yaradaraq onları imtahan edirdi. Fironu da, əsgərlərini də idarə edən yalnız Allah idi. Digər tərəfdən də dənizin sularına hökm edən yeganə güc də yenə yalnız Rəbbimizə aid idi. Allah hz. Musanın (ə.s) və ona inananların Allahdan başqa bir gücü olmadığını və Allahın hər şeyə güc çatdıra biləcək qüdrət sahibi olduğunu başa düşmələri üçün belə vəziyyət yaratmışdı. O an xilas ola bilməyəcəklərini fikirləşənlər isə qəflətə düşmüşdülər. Düşdükləri belə vəziyyətdən yalnız öz gücləri ilə xilas ola biləcəklərini zənn edirdilər. Mövcud şəraitə qarşı öz güclərinin çatmayacağını görəndə isə “çarəsiz” olduqlarını düşünmüşdülər.

Əgər “bütün gücün Allaha aid olduğunu” daha yaxşı qavrasaydılar, şərtlər nə qədər çətin olsa da, Allaha sığınıb Ondan kömək istəyə biləcəklərini unutmazdılar. Allahın hakimiyyətinin və qüdrətinin sərhədsiz olduğunu, istədiyi təqdirdə ən imkansız kimi görünən hadisələrə belə çarələr yarada biləcəyini bilərdilər.

Halbuki hz. Musa (ə.s) o çətin anda bu həqiqətin fərqində idi. O, yanındakı bəzi insanlar kimi “yaxalandıq” demədi. Həmin insanların etdiyi hərəkətə qarşı çıxdı. “Xeyr, şübhəsiz Rəbbim mənimlə bərabərdir; mənə yol göstərəcəkdir”, -dedi. Bir çox insanın panikaya və qorxuya qapılaraq, həyacanlandığı bir anda hz. Musa (ə.s) Allaha dərin imanla güvənirdi. Zahirən heç bir xilas yolu görünmədiyi halda, o, Allahın yardımından qətiyyən ümidini kəsmədi. Allahın bir çıxış yolu yaradacağından qəti şəkildə əmin olaraq gözəl əxlaq göstərdi. Özünün heç bir gücü olmadığını, ancaq Allahın dilədiyi hər şeyi etməyə qadir olduğunu bilirdi. Allahın yaxşıları, qəlbən iman edənləri mütləq qoruyacağına, ondan kömək istəyənə mütləq yol açacağına güvənirdi. Bu səbəbdən də belə çətin şəraitə düşdüyü zaman hz. Musanın (ə.s) ilk etdiyi Allaha sığınmaq, Allahın adını ucaltmaq, Allaha dua etmək və Allahın köməyinin çox yaxın olduğuna qəti şəkildə inanmaq oldu.

Allah hz. Musanın (ə.s) bu dərin imanına və Allaha olan təslimiyyətinə qarşılıq olaraq insanların heç gözləmədikləri və heyrətlə izlədikləri bir möcüzə yaratdı:

Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu. O birilərini  də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Şüəra surəsi, 63-68)

İnsanın Allahın Quranda bildirdiyi bu hadisədən götürməli olduğu həddən artıq çox öyüd var. Allah Quranın bir çox ayəsində qullarına “dua etmələrini, dua edənin duasına mütləq cavab verəcəyini” xəbər vermişdir. Allah “səmimi iman edən qullarına mütləq kömək edəcəyini” vəd etmişdir. “Allahdan lazımi qədər qorxub çəkinənlərə mütləq bir çıxış yolu göstərəcəyini” bildirmişdir. “Əgər Allah onların qəlblərində xeyir və gözəllik görərsə, o qullarına olduqları vəziyyətdən daha gözəli ilə qarşılıq verəcəyini”  xəbər vermişdir.

Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)

Möminlərə kömək etmək Bizə vacibdir!…. (Rum surəsi, 47)

Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir”. (Ənfal surəsi, 70)

Allah Quranın hər bir ayəsini bir çox hikmətlə yaratmışdır. Şübhəsiz ki, hz. Musanın (ə.s) əxlaqında çox vacib bir sirr var. Allaha qəlbən güvənən hər insan üçün Allah qatından xüsusi yardım var. Allaha təvəkkül edərək, tam təslim olaraq inanmaq həqiqi imanın göstəricisidir. Allaha olan belə inam həyatının sonuna qədər möminin xilasıdır. Allah bu əxlaqına görə onu həyatının sonuna qədər qoruyacaq, hər sıxıntını və çətinliyi dəf etməsinə kömək edəcək. Belə bir insan həyatı boyunca hansı maneə ilə qarşılaşsa da, bunların heç biri onun üçün problem olmayacaq. Allaha olan inamı Allahın ona mütləq çıxış yolunu göstərməsi ilə nəticələnəcək.

Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Loğman surəsi, 22)

Dində məcburiyyət  yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu  inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi,22)

Bu səbəbdən, insan həyatı boyu hər hansı sıxıntı ilə qarşılaşırsa qarşılaşsın, Quranda bildirilən bu sirri unutmamalıdır. Allah istəyəndə dənizi ikiyə yaran, suları dayandırıb möminlərə keçə biləcəkləri yol açandır. Allah istəyəndə sayca çox az mömin topluluğunu çox böyük, güclü və təchizatlı topluluqlara qalib gətirəndir. Allah istəyəndə insanların görə bilmədiyi minlərlə mələklə möminlərə kömək edəndir. Allah istəyəndə insanların bəsirətlərini bağlayaraq möminlər əleyhində hərəkət etmələrini əngəlləyəndir. Allah istəyəndə ən çətin xəstəliklərə şəfa verəndir. Allah istəyəndə yaşı ötmüş və sonsuz da olsa, dilədiyi quluna uşaq bəxş edəndir.

Allahın yaratmaqdakı sərhədsiz gücünü insanların qavraya bilmələri üçün Rəbbimiz Quranda bir çox misal vermişdir. Əlbəttə ki, Allah bütün hadisələri imtahanın tələbi olaraq adətullaha (Allahın qanunlarına) uyğun yaradır, insanların dualarına, onların ağıllarının ixtiyarını qaldırmayacaq şəkildə qarşılıq verir. Ancaq vacib olan insanın Allahın bu gücünün sərhədsizliyini qavraya bilməsi, Rəbbimizi lazımi qədər dəyərləndirə bilməsidir. Allaha dua edərkən Onu düzgün dəyərləndirərək və bunu nəzərə alaraq etməlidir. Allahın səmimi quluna mütləq yardım edəcəyindən qəti şəkildə əmin olmalı, əsla şübhəyə düşməməlidir. Allah istəsə, insanı imtahan etmək üçün duaya dərhal qarşılıq verməyə bilər. Ya da Allah insanın qarşılaşdığı sıxıntısını dərhal  ortadan qaldırmaya bilər. Mömin bunda da Allahın təqdir etdiyi bir çox xeyir və hikmət olduğunu bilməli, həyatının sonuna qədər bir an belə şübhəyə düşmədən Allaha güvənməyə, Allaha dua etməyə, yardımı Allahdan istəməyə davam etməlidir.

Hz. Musa (ə.s) Kimi İman Etmək, hz. Musa (ə.s) kimi Allaha Güvənmək, hz. Musa (ə.s) kimi Allahın Köməyindən Əsla Ümid Kəsməmək…” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma