Ülgücü Belə Həzm Edən Mədə Turşuları Mədəyə Niyə Zərər Vermirlər?


Ülgücü belə həzm edən mədə turşuları mədəyə niyə zərər vermirlər?

Orqanizmimizin fəaliyyət göstərməsi və hüceyrələrimizin yenilənməsi üçün ehtiyacımız olan əsas maddələri müxtəlif yemək və mayelərdən alırıq. Amma yediyimiz hər yeməyin parçalanması və bədənimizdə istifadə olunması üçün dəyişikliyə məruz qalması, yəni həzm edilməsi vacibdir. Bu əməliyyatda əsas funksiya mədəyə məxsusdur. Əti həzm edən mədə özü də ətdən ibarət olmasına baxmayaraq, turşu ifraz edərkən özü-özünü həzm etmir. Bunun üçün mədədə xüsusi sistem mövcuddur.

Ülgücü həzm edən turşular mədədə necə zərərsizləşirlər?

Hər mərhələsi xüsusi məqsədə xidmət edən mədənin mükəmməl quruluşu var. Yediyimiz yemək qida borusundan keçəndən sonra mədəyə düşür. Mədədəki həzm prosesi ağızdakı həzm prosesindən fərqlənir. Burada güclü təsirə malik olan turşular fəaliyyətə başlayır. Yemək qida borusundan mədəyə düşən kimi mədənin səthindəki hüceyrələr mədə şirəsi ifraz etməyə başlayırlar. Bu maye ilə eyni zamanda pepsin fermenti və xlorid turşusu adlanan kimyəvi maddələr də ifraz edilir. Bu turşular ülgücü belə həzm etməyə qadirdir. Zülal kimi çətin həzm olunan maddələr üçün bu turşuların olması vacibdir. Ancaq burada çox vacib bir nüans var. Mədənin özü də zülaldan ibarətdir. Elə isə ülgücü belə həzm etməyə qadir olan turşu mədəyə niyə zərər vermir?

Bu da insan bədənindəki bənzəri olmayan dizayn nümunələrindən biridir. Mədənin girintili-çıxıntılı divarlarının dərinlikləri sayəsində mədə özü-özünü həzm etmir. Mədə divarlarındakı dərin çuxurlarda bir-birindən fərqli xüsusiyyətlərə malik olan hüceyrələr mövcuddur. Həssas tarazlıq içində mədədəki bəzi hüceyrələr turşu ifraz edərkən bu hüceyrələrlə bərabər başqa hüceyrələr də yapışqan maye ifraz edirlər. Selik adlanan bu maye mədənin səthini örtür və mədə divarını turşulardan sanki bir qalxan kimi qoruyur və fermentlərin mədəyə zərər verməsinin qarşısını alır. Parçalayıcı fermentlərlə yanaşı, infeksiya yayan virus və mikroorqanizmlərin hüceyrələrin içinə girmələrinin qarşısını alan selik eyni zamanda qidaların kanalda rahat sürüşməsini təmin edir.

Mədə turşusu xalçanı deşə bilən gücə malikdir

Bu proseslər necə baş verir, mədədəki qoruyucu mühit necə meydana gəlir? Mədədəki hüceyrələr, öz-özlərinə bu maddələri istehsal etməyə qərar verə və qoruyucu maddələrin düsturunu tapa bilərlərmi? Hüceyrələrin belə bir şey etmək üçün nəyə ehtiyacı olacağını düşünək:

İlk öncə həzm üçün lazım olan maddənin istehsalı üçün bəzi hüceyrələr qidaların həzm edilməsinin lazım olduğunu bilməlidirlər. Həmin hüceyrələr həzm üçün turşu kimi maddəyə ehtiyac olduğunu da bilməlidirlər. Sonra həmin hüceyrələr ən uyğun turşunun düsturunu tapıb bu düstura əsasən turşu istehsal etməlidirlər. Qoruyucu maddənin istehsalı üçün isə bəzi hüceyrələr bu turşunun mədənin özünə zərər verə biləcəyini müəyyən etməli, sonra bu hüceyrələrin turşu nümunələrini alıb laboratoriyada araşdırmalı və turşunun təsirinin qarşısını almaq üçün düstur tapmalıdırlar. Bu turşunun bir damlası belə xalçada böyük deşik aça bilər. Bu səbəbdən, unudulmamalıdır ki, hər hansı bir yalnışlıq mədənin turşular tərəfindən əridilməsinə gətirib çıxara bilər.

Əlbəttə ki, mədədəki bir-birini tarazlayan maddələrin yaranması o qədər də sadə deyil. Maddələrin düsturlarının mükəmməl olması isə bir möcüzədir. Gözlə görünməyəcək qədər kiçik hüceyrənin kimyəvi düsturlar yaradıb, bu düsturları bir yerə toplayıb maddə yaratması isə mümkün deyil. Şüursuz atomlardan ibarət olan bir hüceyrənin belə bir ağıl və qabiliyyətə sahib olduğunu iddia etmək məntiqdən uzaqdır.

Bundan əlavə, ağıl və məntiqdən uzaq olsa da, mədədə turşunun bir yolla əmələ gəldiyini fərz etsək belə, onu tənzimləyən maddənin tədricən meydana gəldiyini qəbul etmək qeyri-mümkündür. Çünki ülgücü əridən turşular mədəni çox qısa zamanda sıradan çıxarardılar. Turşuların milyonlarla il yox, 2-3 gün, hətta daha qısa müddət mədədə qalması mümkün deyil. (Harun Yəhya, İnsan möcüzəsi)

Bədənimizdəki tarazlığın hər hansı birində baş verən dəyişiklik kompleks sistemlərin pozulmasına, vəzifəsinin tam icra edilməməsinə, bəzən bədənə zərər verməsinə səbəb olur. Ancaq Rəbbimizin üstün yaratması sayəsində bu sistem daima və nizamlı şəkildə davam edir. Bütün bu əməliyyatlar Allahın üstün yaratmasındakı nizamın və qüsursuzluğun saysız nümunələrindən sadəcə biridir. Allah insan bədənini bütünlükdə qüsursuz dizaynla yaratmışdır. Bir ayədə belə buyurulur:

Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 37)

Ülgücü Belə Həzm Edən Mədə Turşuları Mədəyə Niyə Zərər Vermirlər?” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma