Yaşadığımız Hər Saniyə Allahın Bizə Verdiyi Böyük Fürsətdir


    İnsanın nəfsi təxirə salmağa meyillidir. Ona görə bəzi insanlar Allahın istədiyi kimi yaşamağı, səmimi olmağı daima təxirə salırlar. Halbuki “yaşlandıqda namaza başlayaram”, “bu yaxınlarda Quran oxumağa başlayaram”, “bütün səhvlərimi düzəldərəm”, “ali məktəbi də bitirim, dərhal namaz qılmağa başlayaram”, “bir az yetkinləşim, sonra dərin-dərin düşünərəm”, “təhsilimi tamamlayım, ehtiyacı olanlara sonra kömək edərəm”, “yaxşı karyera qurum, zülmə məruz qalan müsəlmanlar haqqında o zaman düşünərəm” deyən bir çox insan var. Allah onlara güc və imkan verdikdə bunları etməz, ancaq anidən bunları edə bilmyəcək hala düşərlər. Allah insanın canını anidən və heç gözləmədiyi anda alıb onu ölüm mələkləri ilə üzləşdirə bilər.

     Allahdan qorxan səmimi müsəlman yaşadığı hər saniyənin, aldığı hər nəfəsin Allahın ona verdiyi böyük fürsət olduğunu düşünərək hərəkət etməlidir. Gözəl və xeyirli işləri təxirə salmaq üçün vaxtı olmadığını bilməlidir. Çünki Allah istəsə, növbəti anı yaratmaz. İnsan bu mühüm həqiqəti dərk etməli və buna görə yaşamalıdır.

     Hər şeyin, sonsuz gücə malik olan Rəbbimiz Allah növbəti saniyəni bizə bəxş edərək çox böyük lütf edir.

    Çünki yaşadığımız hər an:

  • Allahı daha çox sevib, Allah qorxumuzu daha  çox artıra bilərik.
  • Allahın rizasını qazanmaq üçün daha çox cəhd edə bilərik.
  • Allaha səmimi şəkildə dua edə bilərik.
  • Allahdan daha çox bağışlanma diləyə bilərik.
  • Əvvəlki andan daha səmimi ola bilərik.
  • Daha dərin imanlı, daha təqvalı ola bilərik.
  • Vicdanımızı daha çox dinləyə bilərik.
  • Ağlımızı daha da artırar,  əxlaqımızı daha da gözəlləşdirərik.
  • Quran əxlaqını təbliğ etmək və yayılması üçün daha çox səy göstərə bilərik.
  • Şəxsiyyətimizi daha da kamilləşdirə bilərik.
  • Sevgini daha dərindən yaşaya bilərik.
  • Daha dərin düşünə bilərik.
  • Səhvlərimizi və qüsurlarımızı aradan qaldırmaq üçün daha çox çalışa bilərik.

      Unutmamalıyıq ki, təxirə salmadan, vaxtında edilən ibadət, gecikdirilməyən əxlaqlı davranış müsəlman üçün qazancdır. Möminin Allaha olan təslimiyyətini, sevgisini, inancını, imanını göstərməsi üçün bir lütfdür. Çünki Quranda bildirildiyi kimi, “Təxirə salmaq ancaq küfrü artırır…” (Tövbə surəsi, 37)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma