Ay: 2012
Bitkilərdəki Sərinləmə Mexanizmi
Bitkilərin sərinləmə mexanizmi olmasaydı, onlar bir neçə saata günəşin altında məhv olardılar. Su mühəndisliyi kimi xarakterizə edilən bitkilər Allah’ın yaratmasındakı qüsursuzluğu göstərir.
Eyni yerdə olan bitki və daş günəş enerjisini bərabər miqdarda almalarına baxmayaraq, eyni dərəcədə isinməzlər. Günəşin altında qalan hər canlıda mütləq mənfi təsir meydana gəlir. Elə isə bitkilərin istidən minimum dərəcədə təsirlənmələrini təmin edən nədir? Bitkilər bunu necə bacarırlar? Yüksək temperaturda bütün yay boyu bitkilərin yarpaqlarının günəşin altında qovrulmasına baxmayaraq, niyə onlara heç nə olmur? Ayrıca, bitkilər öz tərkiblərindəki isinmədən başqa, kənardan da istilik alaraq dünyadakı temperatur tarazlığını təmin edirlər. Bu istilik tutma əməliyyatını apararkən özləri də bu istiyə məruz qalırlar. Bəs getdikcə artan istidən təsirlənmək əvəzinə, bitkilər çölün istiliyini almağa necə davam edirlər? Oxumağa davam et
PEYĞƏMBƏRİMİZ (S.Ə.V) MUSİQİ DİNLƏYİRDİ
Peyğəmbərimiz (s.ə.v) səhabələrlə birlikdə musiqi çalınan mühitlərdə olmuş, insanları şənlənməyə təşviq etmişdir.
Rəsulullah bir qrup rəqs edən həbəşi gördükdə təqdir edərək: “Yəhudilər və xristianlar bilsinlər ki, bizim dinimizdə genişlik var”, -buyurmuşdur.
Buxari və Müslimdə bildirilir: Oxumağa davam et
Quranda Təkamül Yoxdur
Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)
Uca Rəbbimiz Quranda bütün canlıları və kainatı “Ol” əmri ilə yaratdığını bildirir. Bəzi din adamları isə Quran ayələrini yanlış şərh edir və Quranda təkamülün olduğunu iddia etməkdə insanları yanıltmağa çalışırlar. Ancaq təkamülə inanan din adamlarının dəlil kimi göstərməyə çalışdıqları ayələr təkamülü yox, uca Allah’ın qüsursuz yaratmasını göstərir:
İnsanların darvinizmin təhlükələrinə və aldatmacalarına qarşı xəbərdar edilməsi və bu cür təhlükəli dünyagörüşün fikirlə təsirsiz hala gətirilməsi həyati əhəmiyyət daşıyır. Ancaq darvinizmi və səbəb olduğu təhlükələri qavraya bilməyən bəzi insanlar darvinizmə qarşı aparılan elmi mübarizənin əhəmiyyətini də anlaya bilmirlər. Bu insanlar darvinizmlə elmi mübarizə aparmaq əvəzinə, bu mübarizədən qaçmaq üçün müxtəlif yollar axtarırlar. Oxumağa davam et
Mahnı Sözlərində Gizlənən Mənfi Mesajlar
Çox vaxt bəlkə də heç əhəmiyyət vermədən dinlənilən mahnı sözləri insanların ümumi psixologiyası və bir-birlərinə münasibətlərinə necə təsir edir?
Şeytanın ən çox istifadə etdiyi aldatma metodlarından biri olan romantizmin doğru göstərildiyi bəzi mahnı sözləri insanın həm özü, həm də cəmiyyət üçün hansı zərərlərə yol açır?
Dini inanclara zidd, üsyankar, depressiv və aqressiv ifadələrin işləndiyi mahnılar insanın şüuraltına necə mənfi təsir edir?
Musiqi dinləmək insanın ruhuna böyük zövq verən və uca Allahın lütfü olan gözəl nemətlərdəndir. Bir çox insan gün ərzində müxtəlif işlərlə məşğul olarkən musiqi dinləyir. Ancaq mahnıların çox vaxt fərqinə varmadığımız, üzərində dayanmadığımız və lazımi dərəcədə əhəmiyyət vermədiyimiz bir cəhəti var: mahnı sözlərində gizlənən mənfi mesajlar. Oxumağa davam et
İnsan Üzündəki Barkod Sistemi Möcüzəsi
Supermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insan üzündə mövcuddur.
Uca Allah’ın bənzərsiz fərqlilikdəki yaratma sənətinin təcəllisi kimi insanların hər biri fərqli üzə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da, tanış birinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir?
Beyindəki üz tanıma prosesi necə baş verir?
Üzün tanınması vizual korteksdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşmışlar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilmişdir. Bu sistemə əsasən:
- Əvvəlcə qaşlar, gözlər, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətlər beyin tərəfindən qavranılır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır.
- Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız da kölgəliklərinə görə qara kodlanır. Oxumağa davam et
İbrətamiz Hadisələri Unutmamaq
İnsanın ibrət aldığı, dərs götürdüyü hadisələrin ruhunda əmələ gətirdiyi təsiri unutmaması çox vacibdir.
İnsanların həyatlarında çox nadir baş verən bəzi hadisələr olur. Bu hadisələrin dərin təsiri insanlarda aylarla, hətta illərlə davam edir. Həmin hadisəyə aid görüntü və səslər gözlərinin önündən və qulaqlarından həyatlarının sonuna qədər getməz. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, sel, avtomobil qəzası, yanğın kimi hadisələr, bəzən insanın keçirdiyi böyük peşmançılıq, bəzən çox utandığı hadisə, bəzən də vacib tənqid insanın həyatının sonuna qədər unutmayacağı hadisələrdəndir.
İnsanlar, əsasən, başlarına gələn bu hadisələrdə bəzi çox vacib həqiqətləri qavrayır və həyatlarına istiqamət verəcək bəzi qərarlar verirlər. Başlarına gələndən nəticə çıxarır və qəlblərində bütün bunları əsla unutmamağa niyyət edirlər. Başlarına gələnlərdən aldıqları dərs və ibrətlərin həyatlarının sonuna qədər onlara fayda gətirən hadisələr olduğunu dərk edirlər. Oxumağa davam et
Hz. Mehdinin (ə.s) çıxış zamanı
Ənəs bin Malikdən rəvayət etdi. O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: dünyanın ömrü axirət günlərindən yeddi gündür. Allah-Təala buyurdu ki, Rəbbin qatında bir gün sizin saydıqlarınızdan min il kimidir.
Ənəs bin Malikdən rəvayət edildi ki, Rəsulullah (s.ə.v) buyurdu: kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah-Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə bu dünyanın yeddi min illik ömrünə bərabər savab yazar. (Kitab-ül Buran Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 88)
Rəsulullah (s.ə.v) keçmişlə, gələcəklə və axirət həyatı ilə bağlı məsələlər haqqında xəbər verərkən təşbehlərdən istifadə etmişdir. Burada dünyanın əsl yaşının 7 min il olduğu nəzərdə tutulmur (Allahualəm). 7 min illə əlaqədar rəvayətlər bir təqvim başlanğıcı kimi tarixdə əhəmiyyətli bir hadisəyə, məsələn, tufandan sonra insanların məskunlaşmasına və dünya həyatının aşkar bir vəchlə yenidən başlamasına aid ola bilər. Yəni o tarixdən etibarən tarix sanki yenidən başlamışdır, insanların sayı artmış, şəhərlər çoxalmışdır. Oxumağa davam et
Heyvanların ancaq vəhşi cəhətlərini göstərən kanallar bir növ darvinist təbliğat aparırlar
Xüsusilə son dövrlərdə TV kanallarının sənədli film proqramlarında amansız, vəhşi təbiət görüntüsü nümayiş etdirilir. Demək olar ki, proqramlarda canlıların ovlama görüntülərindən başqa heç bir səhnə göstərilmir. Canlıların möhtəşəm quruluşu, fədakar, ağıllı davranışları haqqında heç bir məlumat verilmir.
İsrarla bu cür görüntülərin sənədli film adı altında göstərilməsi əslində bir növ darvinist təbliğat metodudur. Bu yolla darvinizm və ya təkamül nəzəriyəsinin adı çəkilmədən, darvinist ideologiyanın əsasını təşkil edən vəhşilik, mübarizə və qarşıdurmanın təbiətdə “təbii olaraq” mövcud olduğu təlqin edilir. Bu sənədli filmlərə baxan insanlarda canlılar arasında güclünün zəifi əzdiyi bir sistemin hökm sürdüyü təsəvvürünü formalaşdırmağa çalışırlar. Bu təlqini alan tamaşaçılar tarixin ən böyük kütləvi yalanına, yəni təkamül nəzəriyyəsinə bir növ alışdırılırlar. Güclünün zəifi əzdiyi və beləcə zəif növlərin aradan çıxaraq güclü növlərin həyatda qaldığını iddia edən təkamül nəzəriyyəsinin əsas batil ideologiyasını mənimsəyirlər. Bir sözlə, “sənədli film” adı altında göstərilən BU VƏHŞİ SƏHNƏLƏRLƏ AÇIQ-AŞKAR DARVİNİZM TƏBLİĞATI APARILIR. Oxumağa davam et
Həşəratlardakı Üstün Uçma Sistemləri
- Bir həşərat saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır?
- Öz boyundan yüz dəfə hündür yerə necə tullana bilir?
- Aşağı-yuxarı hərəkət edən qanadlarla irəliyə doğru necə uça bilir?
Quranda Rəbbimizin sonsuz elmini göstərən canlılardan biri olan milçəkdən bəhs edilir.
Allah “Həcc” surəsinin 73-cü ayəsində belə buyurur:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73) Oxumağa davam et