Satanizmin Pərdə Arxası

Son bir neçə ildə bir-biri ardınca baş verən bəzi qəribə satanizm (şeytana tapınma) hadisələri, cəmiyyətin və medianın diqqətini bu mövzuya yönəltdi. Şeytana ibadət etmək üçün təşkil edilən qanlı ayinlər, işgəncə ilə öldürülən küçə pişikləri, təcavüz hadisələri, intihar edən gənclər… Bütün bunlar inanılmaz kimi görünsə də, satanizmin getdikcə yayılan bir təhlükə (və cinnət) olduğunu ortaya qoyur.

Necə olur ki, bir qisim insanlar pis insan olmağı, pislik etməyi, heyvanlara və ya insanlara işgəncə verməyi, qaranlıq və qorxu dolu bir dünyada yaşamağı özlərinə məqsəd seçirlər və “din” olaraq mənimsəyə bilirlər? Bir çox insan bu problemin cavabını axtarır, ancaq cavabı yanlış yerlərdə axtarırlar. Satanizmin necə inkişaf etdiyini və insanları necə özünə çəkdiyini anlamaq üçün bu qaranlıq dinin ardındakı fəlsəfəni araşdırmaq lazımdır. Çünki satanizmin mənbəyi yalnız bəzi ağılsız gənclərin psixoloji problemlərində deyil, onları buna aparan fəlsəfədədir. Oxumağa davam et

Təsəvvürünüzdə “İdeal İnsan” Canlandırın və Siz də Məhz O Cür İnsan Olun

Hər bir insanın təsəvvüründə “ideal insan modeli” var. Sevdiyi, birlikdə vaxt keçirdiyi, dostluq etdiyi bütün insanlarda bu modeli görmək istəyir. Ancaq bir şeyi nəzərindən qaçırır: ətrafındakı insanlar da onda eynilə həmin ideal insan modelini axtarırlar.

Hər kəs qarşısındakı insanın ağıllı, qətiyyətli, fədakar, vəfalı, anlayışlı, səmimi olmasını istəyir. Nə baş verirsə versin, hirslənməsin, özündən çıxmasın, acılamasın, güzəştə getsin, səbirli olsun, bağışlasın. Çətin anlarında onu tək qoymasın, əlindən gəldiyi qədər kömək etsin, lakin əsla minnət etməsin, çox fədakar olsun, lazım gələrsə, heç düşünmədən özünü belə fəda etsin. Olduqca ağıllı, vicdanlı, ədalətli, mərhəmətli, mülayim, səmimi, gözəl sözlü, gözəl üslublu, incə düşüncəli olsun, özünü qarşı tərəfin yerinə qoyub düşünə bilsin, qarşısındakının vəziyyətini anlasın. Üstünlüyü özünə deyil, daima sevdiyinə versin, sevdiyi insanların xoşbəxtliyini, rahatlığını, dincliyini və istəklərini özününkündən üstün tutsun. Öz haqqını deyil, sevdiklərinin haqqını müdafiə etsin, öz qürurunun, mənliyinin tərəfində olmasın, daima qarşı tərəfi ön plana çəksin, qarşısındakı insana hörmət etsin, ehtiram göstərsin. Oxumağa davam et

Bərəkətin Qarşısını Alan Böyük Yanılma: Mal Yığmaq Ehtirası

Mal yığıb-toplamaq din əxlaqını yaşamayan insanların həyatları boyu məşğul olduğu onları ən çox qayğılandıran mövzulardan biridir. Dünyada və axirətdə insana fayda verməsə də, malı yığıb-toplamaq niyə bəzi insanlar üçün gözəl əxlaqa sahib olmaqdan daha vacibdir?

 Allahın rizasını və cənnəti qazanmaq üçün mallardan necə istifadə etmək lazımdır?

Allah Quranda insanları dünyaya ehtirasla bağlayan mövzuların olduğunu xəbər vermiş və onları bunlarla sınadığını bildirmişdir. Uca Allahın bildirdiyi imtahan mövzularından biri də mal sevgisidir. Şübhəsiz, mal sahibi olmaq Quran əxlaqına uyğundur və hər müsəlmanın qanuni haqqıdır. Ancaq Quranda Allahın xəbər verdiyi təhlükə adamın, əslində, Allaha aid olan bütün malı və mülkü sahiblənərək imkanı olduğu halda köməyə ehtiyacı olan insanlara kömək etməməsi, bu var-dövləti yığaraq ehtirasla dünya həyatına bağlanmasıdır. Quran əxlaqından uzaq olan insanların mala olan sevgisi, ondan istifadə edilməməsi, pulun xərclənməməsi onları dünyaya bağlayan xəstəliyə çevrilir. Çünki artıq bu pul və mala çoxaltma istəyi də əlavə olunur. Bu istək ehtiras şəklində həyatlarının sonuna qədər davam edir. Uca Allah bir Quran ayəsində bu həqiqəti belə xəbər verir:

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, qəbirləri ziyarət etdiniz (ölənə qədər bu halınızda davam etdiniz). (Təkasur surəsi, 1–2) Oxumağa davam et

Xoşbəxtliyin Sirri

İman gətirən insan bu dünyanın həqiqi mahiyyətini, öz yaradılış məqsədini, Uca Allahın onu sınadığını və Ona qulluq etməklə məsul olduğunu dərk edir. Ona görə həyatı boyu Allahın rizasını, rəhmətini qazanmağa çalışır və möminlərin əsl yurdu olan cənnətə daxil olmaq üçün cəhd edir.

Xoşbəxtlik isə Uca Allahın saleh qullarına səmimi imanlarına və bağlılıqlarına görə həm dünyada, həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının mənbəyi isə sadəcə imanlarıdır. Allah səmimi imanlarının əvəzində onların qəlbinə xoşbəxtlik və rahatlıq vermişdir. Möminlər şəraitdən asılı olaraq xoşbəxt olmurlar, bu, Allaha və axirətə iman gətirməyin qazandırdığı mənəvi xoşbəxtlikdir. Bu anlayışdan uzaq yaşayan insanlar isə iman gətirmədikcə həqiqi xoşbəxtlikdən uzaq qalırlar. Sonsuz güc sahibi Allah din əxlaqına uyğun yaşamadıqlarına görə bu insanların qəlblərinə sıxıntı verəcəyini bir Quran ayəsində belə bildirmişdir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125) Oxumağa davam et

Demokratiyanın Əsl Mənbəyi Allahın Elçiləri Olan Peyğəmbərlərdir

İnsan həyatının əsasını təşkil edən və həyat səviyyəsini yüksəldən azadlıq ancaq demokratiyanın hakim olması ilə mümkündür. Çünki demokratiya bütün insanların sosial ədalət, bərabərlik, hüquq və azadlıqlara malik olduğu idarəçilik üsuludur. Demokratiya peyğəmbərlər vasitəsilə Allahın qullarına Haqq Kitablarda vəhy etdiyi nemətdir. Bütün Haqq Kitablarda azadlıq, sevgi, mərhəmət, ədalət, hər kəsin azad yaşadığı, fikirlərini sərbəst ifadə etdiyi sülh mühiti əmr edilmişdir. Ona görə demokratiyanın ilk dəfə təşəkkül tapdığı yer kimi qəbul edilən Yunanıstan və ya dövrümüzdə demokratiyanın mərkəzi qəbul edilən Avropa ölkələri demokratiyanı Haqq Kitablardan öyrəniblər. Ancaq demokratiyanın ən mütəşəkkil forması İslam əxlaqının bütün dünyaya hakim olması ilə yaşanacaq.

İslam əxlaqından xəbərsiz olan və ya İslam haqqında yeni məlumat əldə edən bəzi insanlar İslamı yanlış mənbələrdən öyrəndikləri üçün yanlış düşünürlər. Bu insanlar heç bir əsası olmadığı halda İslamın həyat tərzlərini məhdudlaşdıracağını, azadlıqlarını əllərindən alacağını, düşüncələrini nəzarət altında saxlayacağını, elmi və mədəniyyəti məhdudlaşdıracağını zənn edirlər. Halbuki Oxumağa davam et

Müsəlmanın Danışıq Üslubu

Sözün ən gözəlini söyləmək

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Allah Quranda insanlara bir-birlərinə ən gözəl sözləri deməyi əmr etmişdir. İnsan düşünmədən, vərdiş etdiyi şəkildə danışdığı kimi, sözləri diqqətlə seçərək gözəl şəkildə danışmağa da cəhd etməlidir. Allah qatında məqbul olan və insana Allahın rizasını qazandıran ikinci amil isə insanın bacardığı qədər vicdanlı danışmasıdır.

Bu mövzunu belə bir misalla izah edə bilərik: insan başqa bir şəxsin gözəl davranışını görməməzlikdən gələrək bu barədə heç nə deməyə bilər, laqeyd şəkildə gördüyü işin isə gözəl davranış olduğunu deyə bilər, ya da əksinə, nə qədər gözəl əxlaq göstərdiyini və nümunəvi davrandığını bütün səmimiyyətilə qarşı tərəfə açıqlaya bilər. Oxumağa davam et

İnsanlar Nə Üçün Haqsızlığa Məruz Qaldıqlarını Düşünürlər?

Adətən, insanların çoxunda haqsızlığa məruz qaldıqlarına dair psixologiya formalaşır. Bu, bəzən baş verən gündəlik hadisələrdə, bəzən də keçmişdə baş vermiş hadisənin insanın yadına düşərək onu daxilən narahat etməsi ilə üzə çıxır. Hər iki halda, insana həm fiziki, həm də mənəvi cəhətdən zərər verir. Bu hissə qapılan insan şeytanın hər cür tələsinə düşə bilər. Bu fikirdən çəkinməsə, bu hal insanı Allahın razı olmadığı düşüncə və davranışlara təşviq edən şeytani məntiqə çevrilər.

İnsanlara haqsızlığa məruz qaldıqlarını düşündürən səbəblər nələrdir?

Bu səbəblər çox mürəkkəb deyil. İnsanların böyük əksəriyyəti bu psixologiyaya gətirib çıxaran xüsusiyyətlərin əxlaqi zəifliklərindən irəli gəldiyini anlamaq istəmir. Halbuki bu həqiqətdən qaçmağın insana heç bir faydası yoxdur. Bunun üçün ön mühakimə etmədən vəziyyəti dəyərləndirib həll yolunu tapmaq lazımdır. Bu təqdirdə insan qısa müddətdə keçirdiyi sıxıntıdan xilas olar. İndi isə bu səbəbləri təhlil edək: Oxumağa davam et