Gələcək Qorxusu


Səmimi şəkildə din əxlaqına uyğun yaşadıqda insanların dərd və sıxıntısı ortadan qalxar, hər kəs rahat və dinc yaşayar.

Möminlərdən başqa, demək olar ki, bütün insanlar gələcəkdə onları nələrin gözlədiyini düşünür və gələcəyə dair pis ehtimallara yer verib sıxıntı cəkirlər. Bu da onları ciddi şəkildə narahat edir. Bundan başqa, insanların əksəriyyətinin keçirdiyi narahatlıqlar da gələcək qorxusuna aiddir. Kiçik yaşlarda bunlar məktəb imtahanları, dostluq əlaqələri, dərsə cavab vermək kimi adi problemlərdən ibarətdir. Ancaq yaş ötdükcə insanların problemə çevirərək qorxduqları məsələlər də artır.

Məktəb illərində insanın geyimi, yeyəcəkləri yemək, dostları ilə arasındakı problemlər, sinifdəki etibarı, məktəbdəki uğuru və ailə münasibətləri onun üçün dünyanın ən böyük problemlərindəndir. Bu məsələlərdəki hər hansı bir çatışmazlıq insan ruhuna dərindən təsir edir, hətta stress və depressiyaya səbəb olur. Bu problemlər çox vacib olan universitet imtahanı ilə kulminasiya nöqtəsinə çatır. Çünki bu imtahandan keçməsə, ailəyə veriləcək cavab, vəziyyətin qohumlara və ətrafdakılara açıqlanması kimi qayğılar həmin insanın mənəvi cəhətdən çökməsinə səbəb olur. Bu cür vəziyyətlərə dövrümüzdə o qədər rast gəlirik ki, universitet və ya məktəb imtahanlarının nəticələri açıqlandıqdan sonra qəzetlərdə çıxan intihar xəbərlərinə alışmışıq. Ancaq unutmaq olmaz ki, bunlar çox yersiz narahatlıqlardır. Əlbəttə, hər bir insan imtahandan keçmək, yaxşı təhsil almaq istəyir. Ancaq əlindən gələni etdiyi halda, imtahandan keçə bilmirsə, bu təqdirdə Allaha təvəkkül edib Rəbbimizin ona daha gözəl nəticə verməsi üçün dua etməlidir. Nəticədə, burada əldə etdiyi və ya edə bilmədiyi hər hansı bir uğur qısa həyatdan sonra ölümlə mənasını itirəcəkdir. Geriyə qalan insanın Allaha olan etibarı, təvəkkülü və imanı olacaqdır.

Ancaq bu mühüm həqiqətləri dərk etməyən, dindən uzaq yaşayan insanların yaşlandıqca gələcəklə bağlı qorxu və əndişələri artır. Bu insanlar gələcəyə dair planlardan başqa gün ərzində edəcəkləri bir çox detalı da düşünüb narahat olur və hətta stress keçirirlər. İş yerindəki mövqeləri, məzuniyyətə çıxıb-çıxmayacaqları, məzuniyyəti harada keçirəcəkləri, uşaqlarını xarici ölkəyə göndərib-göndərməyəcəkləri, daha yaxşı evə köçüb-köçməyəcəkləri, iclasa vaxtında çatıb-çatmayacaqları kimi saysız-hesabsız qayğıları var.

Pul məsələləri də dindən uzaq yaşayan insanları daha çox məşğul edən, onları ən çox narahat edən mövzulardan biridir. Pullarının çatıb-çatmayacağı ilə bağlı narahatlıq həm gündəlik həyatda, həm də gələcəyə aid planlarında əsas yer tutur. Çünki həm dünyəvi istəkləri çoxdur, həm də imkanları məhduddur. Bu da gələcək qorxularına səbəb olur. Buna görə, imkanları olsa belə, pullarını xeyir işlərə sərf etməkdən çəkinir, ehtiyacı olan insanlara kömək etmirlər. Maddi vəziyyəti yaxşı olan da, pis olan da eyni narahatlığı keçirir və xəsislik edirlər. Halbuki insanlara ruzi verən Allahdır. Allaha tam mənada güvənsələr, heç bir sıxıntı çəkməzlər. Lakin Allaha tam güvənmədikləri üçün bu cür asanlıqdan məhrum olurlar. Allah insanlara verdiyi mallarla onları sınayır və bu malları Onun rizası üçün sərf etmələrini istəyir. Ancaq gələcəklə bağlı bu  qorxularına görə, bir çox insan eqoistlik edir. Allah ayədə onların bu vəziyyətinə belə diqqət çəkmişdir:

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 268)

Bundan başqa, insanların gələcək qorxularından biri də qocalmaqdır. Hər cür tədbirə baxmayaraq, orqanizmdə yaşlılıq əlamətlərinin – qırışların əmələ gəlməsi, saçın tökülməsi, ağarması, görmə, eşitmə qüsurları kimi yeni xəstəliklərin meydana gəlməsi labüddür. Bu ehtimalların hər biri dindən uzaq yaşayan insanlarda ciddi narahatlıqlara səbəb olur. Bundan başqa, hər hansı ciddi xəstəlik zamanı uşaqlarının onlara baxıb-baxmayacaqlarının qorxusunu çəkirlər. Necə və harada öləcəklərini düşünüb qorxurlar. Yaşlılarda ən çox rast gəlinən qorxulardan biri də ər-arvaddan biri öldükdə digər tərəfin tək qalmaq, qorxusudur. Hər iki tərəf: “O ölsə, mən tək necə yaşayaram”, -deyə narahat olur.

Burada sadalananlardan hər biri dindən uzaq yaşayan insanların gələcəyə aid ciddi təlaş və  qorxularındandır. Dinə uyğun yaşamadıqda bu cür sıxıntıların olması qaçılmazdır. Möminlərin vəziyyəti isə daha fərqlidir, onların bu cür qorxuları yoxdur. Hər şeyin Allahın idarəsində olduğunu bilir, başlarına gələn hər şeyə xeyir gözü ilə baxır, Allahı özlərinə dost tutduqları üçün yardımı ancaq Allahdan gözləyirlər. Bundan əlavə, dünyada narahatlıq yaradacaq heç bir məsələnin olmadığını bilirlər. Gələcəyə aid məsələlərdə Allahın ən çox razı qaldığı şey üçün əllərindən gələni edib, Allahın müəyyən etdiyi qədərə təslim olurlar. Ayədə onların bu düşüncə tərzi belə tərif edilir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma