– Allahı ən gözəl adları ilə təsbih edər,
– sözün ən gözəlini söyləyər,
– gələcəkdə olacaq bir hadisə üçün hər zaman “Allah diləsə” mənasını verən “inşaAllah” sözündən istifadə edər,
– Allahın sənətini əks etdirən hər gözəlliyi gördüyündə: “MaşaAllah”, -deyərək Allahın şanını ucaldar,
– Allahın razı olacağına ümid etdiyi sözü söyləyər,
– danışıqlarında ayələri xatırladaraq danışar,
– hikmətli danışar,
– qısa, mənalı və aydın danışar,
– boş və faydasız söhbətlər etməz,
– ehtiyaca uyğun danışar,
– yalan söz söyləməz,
– ata və anasına qarşı “uf” belə deməyəcək qədər hörmətlə danışar,
– yumşaq söz söyləyər,
– danışığı ilə qarşı tərəfə etibarlı olduğunu hiss etdirər,
– bacardığı qədər səmimi, sadə, içindən gəldiyi kimi danışar,
– gizli söhbətlərdən çəkinər,
– söylədiyi sözün nə məna verəcəyini bilərək və yaxşı düşünərək danışar,
– öyüd verərək danışar,
– bir evə girdiyində əvvəl Quranda ifadə edildiyi kimi, “salam” sözünü söyləyər,
– cahillərlə qarşılaşdığında onlarla cahil kimi söhbətə dalmaz, “Salam”, -deyib keçər,
– böhtan atacaq bir söz söyləməz,
– bu cür söhbətlərə qatılmayıb şərəflə oradan uzaqlaşar,
– yaxşı və gözəl rəftarları təşviq edən və pis davranışlardan çəkindirən söhbətlər edər,
– orta səslə danışar, qışqıraraq danışmaz,
– ağzından çıxan hər sözdən məsul olduğunu bilər,
– boş və gərəksiz məqsədlər üçün and içməz,
– danışığında heç kimi pisləməz,
– dedi-qodu etməz,
– vicdanı hərəkətə gətirən təsirli sözlər söyləyər