Kamil iman sahibinin Allah inancı necədir?


– Allahdan başqa İlah olmadığını,

– hər hadisəni yaradanın ancaq Allah olduğunu,

– hər işi idarə edənin Allah olduğunu,

– bütün qəlblərin ancaq Allahın idarəsində olduğunu,

– Allahın hər şeyi ehtiva etdiyini,

– qədəri (taleyi) müəyyən etdiyini,

– hər şeyə gücünün yetdiyini və dilədiyini etdiyini,

– hər hadisədən xəbərdar olduğunu və hər şeyi eşidib gördüyünü,

– hər şeyi qoruduğunu,

– qeybi bildiyini,

– heç nəyə ehtiyacı olmadığını və bütün nöqsan sifətlərdən uzaq olduğunu,

– doğmadığını və doğulmadığını,

– yanılmadığını və unutmadığını,

– mülkün yeganə sahibi olduğunu,

– hər şeyin yeganə varisi olduğunu,

– daim diri olduğunu,

– izzət və şərəfin yeganə sahibi olduğunu,

– daim üstün və qalib olduğunu,

– ən gözəl isimlərin sahibi olduğunu,

– hökm və hikmət sahibi olduğunu,

– qullarına şah damarlarından daha yaxın olduğunu,

– ürəklərindən keçirdikləri ən kiçik şeyi də bildiyini,

– gizlinin gizlisini bildiyini,

– sonsuz ədalətli olduğunu,

– mərhəmətlilərin ən mərhəmətlisi olduğunu,

– qullarına qarşı çox əfvedici olduğunu,

– qullarını çox sevdiyini,

– tövbələri qəbul etdiyini,

– səmimi duaya cavab verdiyini,

– yaxşılığın və şükrün əvəzini artıqlaması ilə verdiyini,

– insana hər şeyi öyrətdiyini,

– xəbərdarlıq edib qorxutduğunu,

– ölüləri diriltdiyini və hesab gününü yaradan olduğunu,

– dininə kömək edənlərə dünyada və axirətdə kömək etdiyini,

– vədinin haqq olduğunu,

– inkarçılar üçün cəhənnəmi, möminlər üçün isə cənnəti yaratdığını bilən Allah inancına malikdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma