– hər şeydə Allaha yönələrək,
– yalnız Allaha dua edərək və yalnız Ondan kömək diləyərək,
– Allahın hər duaya cavab verdiyini bilərək,
– Allahın ona şah damarından daha yaxın olduğunu və hər düşündüyünü həmin an eşitdiyini bilərək,
– Allahı ən gözəl adları ilə təsbih edərək və bu adlarının mənalarını dərin-dərin düşünərək,
– dua edərkən Allahdan istəyinə sərhəd qoymayaraq,
– duanın qəlibləşmiş forması olmadığını, Allahın rizasını qazanmaq üçün edilən hər hərəkətin bir dua olduğunu bilərək,
– dua etmək üçün xüsusi bir məkan və yerə gərək olmadığını, hər zaman, hər yerdə dua edə biləcəyini bilərək,
– Allaha ən hörmətli şəkildə dua edər,
– yalnız çətinlik və ehtiyac içində olarkən deyil, bolluq və nemət içində olarkən də dua edər,
– dualarından sonra verilən nemətlərə nankorluq etməz,
– duası qəlbən və səmimidir,
– Allaha yalvara-yalvara, için-için dua edər,
– nümayiş üçün dua etməz,
– qorxu və ümidlə dua edər,
– özünə olduğu qədər, hətta özündən daha çox peyğəmbərlər və digər möminlər üçün dua edər,
– möminlərin sağlamlığı, təhlükəsizliyi, rahatlığı, zənginliyi və gücü üçün dua edər,
– Allaha yaxınlaşmaq, müvəffəqiyyətli olmaq, din əxlaqını ən yaxşı şəkildə yaşamaq və gözəl əxlaqda səbir göstərmək üçün dua edər,
– dünya və axirətdə Allahın ən gözəlini verməsi, nemətlərini artırması üçün dua edər,
– heç kimin möminlərə zərər verməməsi üçün dua edər,
– düşmənlərinin xor, alçaq olmaları və etdiklərinin əvəzini görmələri üçün dua edər,
– Quranda yer verilən peyğəmbər dualarını özünə nümunə götürər,
– dualarının sonunda: “Həmd olsun aləmlərin Rəbbi olan Allaha! (Yunus surəsi, 10)”, -deyərək Allahı təsbih edər