– Quran ayələri haqqında lazımi qədər dərindən düşünən,
– hər şeyi Quran məntiqilə qiymətləndirən,
– hər hadisədə müsbət düşünən,
– vicdanın istiqamətləndirdiyi şəkildə hərəkət edən,
– hər hadisənin qədərdə Allahın təqdir etdiyi şəkildə meydana gəldiyini bilərək düşünən,
– hər hadisənin ardında gizlənən xeyir və hikməti görməyə çalışan,
– ayaq üstə, oturarkən, yatarkən, hər an daim Allahı düşünən,
– Allahın varlığını və yaratma sənətini dərindən düşünən,
– Allahın diqqət çəkdiyi mövzuları və iman həqiqətlərini araşdırıb düşünən,
– suallarının cavablarını yalnız Qurandan tapan,
– çətinliklərdə həll yolunu həmişə Quranda axtaran,
– daim dinin lehinə düşünən,
– vəsvəsə gəldiyində şeytandan olduğunu düşünüb Allaha sığınan,
– möminlər haqqında hüsnü-zənn edən,
– başqalarının ehtiyaclarını düşünə bilən,
– daha təcili işləri müəyyən edib onlara üstünlük verə bilən,
– haqla batil arasında Qurana uyğun müqayisə edə bilən,
– təmiz ağılla düşünə bilən,
– öz yaradılışını düşünən,
– qiyaməti düşünən,
– hesab gününü düşünən,
– cənnəti və xüsusilə də cəhənnəmi düşünüb öyüd alan,
– özünə verilən öyüdləri ətraflı düşünən,
– öz nəfs mühakiməsini edə bilən ağıl və düşüncəyə malikdir.