Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi


Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, omba sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilir. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə çox ağır yük düşür. Hətta şüvüllə hündürlüyə tullanan bir idmançı yerə enərkən çanaq sümüyünün hər kv sm-i 1400 kq-lıq təzyiqə məruz qalır.

Sümüklərin quruluşunun mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və faydalı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır.

Sümüklərin qüsursuz quruluşunu dövrümüzün inşaat obyektləri ilə müqayisə etmək də mümkündür. XX əsrin ikinci yarısına qədər böyük və hündür binalar inşa etmək insan üçün böyük xərc və uzun vaxt tələb edən çətin bir işi idi. Lakin texnologiyanın inkişafı ilə tikinti sahəsində bir çox üsul inkişaf etdirildi. Bu üsulların ən mühümlərindən biri “qəfəs sistemlər” kimi tanınan sistemdir. Bu üsula əsasən, konstruksiyanı saxlayan dayaqlar tək hissəli deyil, bir-birinin içinə keçmiş, qəfəs formasındakı dirəklərdən ibarətdir. Kompyuterlərdə işlənən mürəkkəb hesablamalar sayəsində bu üsuldan istifadə edilərək tikilən böyük körpülər və sənaye obyektləri daha möhkəm və ucuz başa gəlir.

Sümüklərin daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs sisteminə əsasən qurulmuşdur. Bir sümüyü kəsib tədqiq etdikdə daxili quruluşunda olduqca maraqlı sistem görmək olar. Minlərlə kiçik çubuq iç-içə keçərək mürəkkəb sistem əmələ gətirir. Məhz bu forma sümüklərin içində qurulmuş qəfəs sistemidir. Bu sayədə sümüklər həm çox möhkəm, həm də insanın asanlıqla hərəkət etməsinə imkan verəcək qədər yüngüldürlər. Əgər bunun əksi olsaydı, yəni sümüklərin içi xarici kimi bərk və tamamilə dolu olsaydı, həm sümüklərin ağırlığından insan hərəkət edə bilməzdi, həm də sümüyün quruluşu bərk olduğundan ən kiçik zərbədən çatlayar və yaxud sınardı.

Müasir texnologiyanın təqlid etməyə çalışdığı insan skelet sisteminin təsadüfən meydana gəlməsi mümkün deyil, bu sistem üstün ağıl sahibi olan Allah tərəfindən yaradılmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma