Bərəkətin Qarşısını Alan Böyük Yanılma: Mal Yığmaq Ehtirası


Mal yığıb-toplamaq din əxlaqını yaşamayan insanların həyatları boyu məşğul olduğu onları ən çox qayğılandıran mövzulardan biridir. Dünyada və axirətdə insana fayda verməsə də, malı yığıb-toplamaq niyə bəzi insanlar üçün gözəl əxlaqa sahib olmaqdan daha vacibdir?

 Allahın rizasını və cənnəti qazanmaq üçün mallardan necə istifadə etmək lazımdır?

Allah Quranda insanları dünyaya ehtirasla bağlayan mövzuların olduğunu xəbər vermiş və onları bunlarla sınadığını bildirmişdir. Uca Allahın bildirdiyi imtahan mövzularından biri də mal sevgisidir. Şübhəsiz, mal sahibi olmaq Quran əxlaqına uyğundur və hər müsəlmanın qanuni haqqıdır. Ancaq Quranda Allahın xəbər verdiyi təhlükə adamın, əslində, Allaha aid olan bütün malı və mülkü sahiblənərək imkanı olduğu halda köməyə ehtiyacı olan insanlara kömək etməməsi, bu var-dövləti yığaraq ehtirasla dünya həyatına bağlanmasıdır. Quran əxlaqından uzaq olan insanların mala olan sevgisi, ondan istifadə edilməməsi, pulun xərclənməməsi onları dünyaya bağlayan xəstəliyə çevrilir. Çünki artıq bu pul və mala çoxaltma istəyi də əlavə olunur. Bu istək ehtiras şəklində həyatlarının sonuna qədər davam edir. Uca Allah bir Quran ayəsində bu həqiqəti belə xəbər verir:

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, qəbirləri ziyarət etdiniz (ölənə qədər bu halınızda davam etdiniz). (Təkasur surəsi, 1–2)

Malı yığıb-toplayanlar nə itirirlər?

Böyük ibadətdən məhrum olurlar

Malını yığıb xəsislik edərək Allah yolunda xərcləməyənlər böyük bir ibadətdən və Uca Allahın rəhmətindən məhrum olurlar. Çünki Uca Allah qullarını malların zəkat verilməsi mövzusunda “… Sizin ixtiyarınıza verdiyi maldan (xeyirxah işlərə) sərf edin! Sizdən iman gətirib xərcləyənləri böyük bir mükafat gözləyir” (Hədid surəsi, 7) ayəsi ilə xəbərdar edib müjdələyir. Bu səbəbdən, adamın özünü ətrafındakılarla müqayisə edərək “Məndən daha varlı, mal-mülk sahibi var, mən niyə verim” kimi düşünməsi böyük səhv olar. Çünki burada əhəmiyyətli bir sirr var. Ancaq imani yetkinliyə çatmış möminlər bilirlər ki, insan hər ibadəti yalnız özü və axirəti üçün edir. Bu baxımdan, əgər bir adam xəsisliyi üzündən müxtəlif bəhanələr uydursa, bu bəhanələr özündən başqa heç kimə zərər verməyəcək. Malını Allah yolunda xərcləməyə ehtiyacı olan şəxsən özüdür. Bu ibadəti yerinə yetirən adam saf niyyətlə verdiyi hər sədəqənin Allah Qatında çox böyük bir qarşılığı olduğunu bilməlidir. Bu səbəbdən, xəsislik edən də ancaq öz əleyhinə xəsislik etmiş olar. Bu həqiqət bir Quran ayəsində belə bildirilmişdir:

Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız…” (Muhəmməd surəsi, 38)

Dünyanı itirərlər

Malı yığan və dövlətli kimi görünən insan, əslində, Uca Allahın ona verdiyi əmanətə sahibdir. Çünki kainatdakı mal və mülkün yeganə sahibi Uca Allahdır və bu mülkü dilədiyi adama dilədiyi qədər və dilədiyi müddətə verər. Bu baxımdan, insanın xəsislik etməsi qeyri-məqbuldur. Ayrıca Rəbbimiz diləsə adamın yığdığı malı tamamilə əlindən alar. Təbii fəlakətlə adamın malının bir anda itirməsi buna nümunədir. Quranda bu mövzuda nümunə göstərilən adam Qarundur. “…Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi… ” (Qəsəs surəsi, 76) ayəsi ilə Qarunun var-dövləti Quranda bildirilmişdir. Ancaq xəsisliyi ucbatından Biz onu öz evi ilə birlikdə (yerə) batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi” (Qəsəs surəsi, 81) ayəsi ilə Qarunun mal və mülkünün Uca Allahın qüdrəti qarşısında ona heç nə qazandırmadığı və nəticədə dünyanı itirdiyi xəbər verilmişdir. İman gətirməyərək Allahın verdiyi dünya malında xəsislik edənlər ancaq Allahdan gələn fəlakətlərlə yanıldıqlarının fərqinə vararlar. Bu fəlakətlərə belə fikir verməyib xəsislik etməyə davam etsələr, axirətdəki yurdları Allahın əbədi əzabı ilə dolu olan cəhənnəm olacaq.

Axirəti itirərlər

İnsan malını yığsa belə bu maldan faydalanacaq zamanı dünyada yaşayacağı bir neçə on illə məhdudlaşar. Ancaq iman gətirməyən insanlar bu həqiqətin fərqinə vara bilmirlər. Ölümlə dünyanı itirdikləri kimi, axirətdəki sonsuz həyatlarında da malları onlara heç bir fayda verməyəcək, əksinə dünyada mala ehtirasla bağlandıqlarına görə cənnəti itirəcəklər. Uca Allah Quranda bu həqiqəti belə xəbər vermişdir:

O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayırvə elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir? (Bu,) Allahın qaladığı Oddur. (Huməzə surəsi, 2-6)

Malı Allah yolunda xərcləmək insana nə qazandırar?

Möminlər ehtiyacı olan insanlara sədəqə verməyin, Allah yolunda zəkat verməyin gözəl nəticələrini həm bu dünyada, həm də axirətdə görərlər. Dünya həyatında qazandıqları bərəkət və Allahın razılığı bunun əvəzidir. Axirətdə isə Rəbbimizin rəhməti və lütfü olaraq cənnəti qazanarlar.

Bolluq və bərəkət qazanarlar

İman gətirməyən insanlar dünyadakı meyarları həmişə səbəb-nəticə prinsipi ilə qiymətləndirdiklərindən mallarını heç kimlə paylaşmadıqlarında, saxlayıb-yığdıqlarında daha dövlətli olacaqlarını zənn edirlər. Ancaq vəziyyət zənn etdikləri kimi deyil. Çünki Uca Allahın Quranda bildirdiyi  kimi, Allah yolunda zəkat verən və sədəqə verən möminlərin malları artar, bərəkətli olar. Əslində, möminlərin hədəfi axirət olduğu üçün onlar mallarını verdikləri zaman onun əvəzini bu dünyada gözləməzlər. Ancaq sonsuz lütf sahibi olan Uca Allah saf niyyətlə edilən bu ibadətin əvəzini dünyada bolluq və bərəkət olaraq verər. Quranda Uca Allahın bu mövzu ilə əlaqədar bildirdiyi bir nümunə belədir:

Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da (bəs edər). Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 265)

Allahın razılığını və rəhmətini umarlar 

Bütün mülkün Allaha aid olduğunu bilən möminlər malın dünyada ancaq qısa fayda və mənfəət verdiyinin, axirətdəki sonsuz həyatın yanında dəyərsiz olduğunu bilirlər. Sahib olduqları malları onlara verənin Uca Allah olduğunu unutmadan, verilən bütün nemətlərə şükr edər və bu malları Allah yolunda xərcləyərək Allaha yaxınlaşmaq üçün bir vasitə kimi istifadə edərlər. Dünyada var-dövlət arxasında qaçmaqdansa, axirətdə onları əsl zənginliyə qovuşduracaq əxlaqı hədəfləyərlər. Belə ki, bu mövzuda bizim üçün ən gözəl nümunə hz. Süleymanın rəftarıdır. Böyük var-dövlətə və mülkə sahib olan hz. Süleyman bu zənginliyi nə məqsədlə istədiyini “Mən mal sevgisini Rəbbimin zikrindən dolayı sevirəm…” (Sad surəsi, 32) sözləri ilə ifadə etmiş və malını Allah yolunda din əxlaqının təbliğ edilməsi üçün istifadə etmişdir.

Cənnəti qazanarlar

Allaha iman gətirən və keçici dünyanın bərbəzəyinə lazımi qədərdən çox əhəmiyyət verməyən, hər şeyin yalnız Allahdan gəldiyini bilən və bu səbəblə mallarını Allah yolunda xərcləyən möminlər Uca Allahın rəhmətini və cənnətini uma bilərlər. Qısa sürən dünya həyatı yerinə sonsuza qədər sürəcək axirət həyatını seçdikləri üçün, əslində, dövlətli olanlar da onlardır. Bütün malını Allah yolunda xərcləyən, dünya həyatı əvəzində axirəti satın alan möminlər keçici dünyanın yerinə sonsuz zənginliyi və qurtuluşu seçərlər. Bir Quran ayəsində möminləri Allah Qatında gözləyən gözəl son belə xəbər verilmişdir:

Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 262)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma