Əsl Xoşbəxtlik Ancaq Allaha Səmimi Qəlblə Yönəlməklə Mümkündür


İnsanların əksəriyyəti xoşbəxtliyi əldə etmək həsrəti ilə yaşayırlar. Öz məntiqlərinə əsasən, onları xoşbəxt edən hər şeyin arxasınca var gücləri ilə qaçırlar. Onlar xoşbəxtliyi və rahatlığı tanışları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında müvəffəqiyyət əldə edərək, məktəbdə əlaçı olaraq, səyahət edərək, sevdikləri işlərlə əylənərək, yaxşı karyera quraraq, müxtəlif hədiyyələr alaraq və bunun kimi dəyərləri qazanaraq əldə edəcəklərini hesab edirlər. Halbuki xoşbəxtliyi müvəqqəti və çox qısa olan dünya həyatına yönələn məqsədlərdə axtaran insanlar nə etsələr də, hansı yollara baş vursalar da, həsrətini çəkdikləri xoşbəxtliyə heç cür qovuşa bilməzlər. İnsanların bir çoxu xəyal etdikləri xoşbəxtliyi bu dəyərlərlə qazanmağın mümkün olmadığını görə bilmirlər. Həyatları həmişə əldə etməyə çalışdıqları xoşbəxtliyin arxasınca qaçarkən qəflətən sona çatır. “İstədiyim hər şeyi əldə etdim, amma hələ də xoşbəxt deyiləm”, “Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?”, “Xoşbəxtliyə nail olmaq bu qədər çətindirmi?” -deyə soruşur, amma çox vaxt bu sualın cavabını tapa bilmirlər.

Halbuki istədikləri hər şeyi əldə etdiklərinə baxmayaraq, xoşbəxt olmadıqlarının səbəbi çox sadədir. Burada Allahın böyük sirri var. Allah Qurani-kərimdə xoşbəxt olmağın yolunu yalnız səmimi imanla, Allaha dərin bağlılıq, güclü Allah qorxusu və Allah sevgisi ilə mümkün olduğunu bildirir. İnsan özünü, bütün kainatı, keçmişdə və gələcəkdə var olan hər şeyi yaradan Allaha yaxın olduğu, Allaha qəlbən və səmimi imanla bağlandığı zaman Allah o insana xoşbəxtliyin yolunu açır. Allaha səmimiyyətlə yönələn insana Rəbbimiz gözəlliklə, nemətlə, rahatlıq və xoşbəxtliklə cavab verir.

Allahın bir insana verəcəyi ən böyük nemətlərdən biri imandır. İmanlı insan dünyanın bütün nemətlərindən uzaq olub, ən böyük çətinliklərlə imtahan olunub bütün hadisələr əleyhinə görünsə belə, imanın qəlbində meydana gətirdiyi rahatlıq və xoşbəxtlik hər şeydən üstün olur. Allah Ona yönələnin qəlbinə rahatlıq və dinclik, ruhuna xoşbəxtlik verir. Allaha yönəlməyən, Allahın razılığına uyğun yaşamayan insanın (özü əksini iddia etsə də) xoşbəxt olması qeyri-mümkündür. Allah imtahanın bir tələbi olaraq belə insana da dünya nemətlərindən verə bilər. Allah “Rəd” surəsinin 28-ci ayəsində buyurur: Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır”.

Allahın bildirdiyi kimi, qəlblərin rahat olması ancaq Allahın zikri, dərin və coşğulu Allah sevgisi ilə mümkündür. Xoşbəxt olmaq ancaq səmimi imanla mümkündür.

Əsl Xoşbəxtlik Ancaq Allaha Səmimi Qəlblə Yönəlməklə Mümkündür” üzərinə 2 şərh

  1. allaha inaniram,onu cox sevirem ibadetlede mewgulam,hec vaxt usyan etmirem,…amma yenede xowbext deyilim.cunki,ne etsemde atdigim addimlarim mene ugur getirmir.hemwe cetinlikcekirem..Allah hec kimi,cetine salmasin

Bir şərh yazın