Hadisələrin Zahiri, Batini və Əsli


İman etməyən insanlar özlərini Allahdan müstəqil varlıq kimi görürlər. Bu səbəbdən, hadisələri özlərinin idarə etdiyini düşündüklərindən daima bunun gərginliyini yaşayırlar. Hər hadisənin Allahın istəyi ilə qədərlərində (talelərində) yaradıldığını, hər məsələdə Allahı vəkil edib dinc və təvəkküllü yaşayacaqlarını bilmədiklərindən çox çətin və əsəbi həyat tərzi keçirirlər. Məsələn, həyatını özünün idarə etdiyini düşünən bir insanın xəyallarını reallaşdırmaq üçün, adətən, silsilə planları olur. Rahat yaşamaq istəyir. Lakin bunun üçün pula ehtiyacı olur. Pul qazanmaq üçün yaxşı təhsil alıb peşə sahibi olmalıdır. İllərlə işləyib istədiyi pulu əldə etdiyində isə ailə qurmaq təlaşına düşür. Düşüncələrindəki hər şey tamamlandığı zaman isə bu dəfə də ailəsini, ətrafını, malını, işini və bunun kimi həyatına hakim bir çox faktoru əlində tutmaq üçün çalışır. Həmişə öz kontrolu ilə həyatını yönləndirdiyini düşündüyü üçün qədərin rahatlığını yaşaya bilmir. Məsələn, qazandığı pulla avtomobil alır, amma avtomobildə qəzaya düşməsini, yaralanmasını, qəzadan sonra xəstəxana xərclərini və ya öldükdə cənazə proseduralarının nizamlanmasını təfərrüatlı şəkildə düşünüb gərginlik içində yaşayar.

Əlbəttə, insanın gələcək həyat və fəaliyyətlərini düşünməsi, bununla bağlı maddi-mənəvi tədbirlər görməsi son dərəcə normaldır. Mühüm olan isə insanın əsl yaradılış məqsədini unutmaması və görəcəyi bütün işlərdə Allahın razı olacağı variantı mütləq seçib, həyatına bu şəkildə istiqamət verməsidir. Bunları həyata keçirərkən yuxarıda izah edildiyi kimi, Allahın kainatdakı və bütün insanlar üzərindəki sonsuz güc və hakimiyyətini unutmayıb, təvəkkülü daima yaşamalıdır.

Belə ki, insan ağıllı və səmimi şəkildə baxdıqda özünü idarə edən ağıl və gücə sahib olmadığını görər. Allahın gücünə və ağlına təslim olmağı inkar edib çətin, gərgin və əsəbi həyatı seçən insanlar Allahın ayədə bildirdiyi kimi, “özləri özlərinə zülm edənlərdir”:

Onların bu dünyada sərf etdikləri şey özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar özzlərinə zülm etdilər. (Ali-İmran surəsi, 117)

İman gətirənlər ayədə bildirildiyi kimi, Allahın hər şeyi xeyirlə və elmlə yaratdığını, hadisələrin qədərdə yaradıldığını və bitdiyini bilərək rahat və təslimiyyətli olarlar. Məhz möminləri digər insanlardan ayıran bu xüsusiyyət sayəsində onlar hadisələri zahiri görünüşü ilə deyil, batini, yəni gizli xeyir və hikmətləri ilə qiymətləndirirlər. Məsələn, batini dünyagörüşündə olan bir mömin iki insanın söhbətini dinləyərkən onları Allahdan müstəqil varlıq olaraq görməz, onları Allahın təcəllisi olan insanlar kimi qiymətləndirər. Dərin düşünən bu mömin  insanlar danışarkən meydana gələn hər danışığı yaradanın Allah olduğunu bilər. İki insanın söhbət etdiyi görünsə belə, ağızlarından çıxan hər söz qədərlərində Allahın diləməsilə yazılmış və danışılmışdır. Allah hər şeyi yaradanın Özü olduğunu bir ayəsində belə bildirir:

Onları siz öldürmədiniz, Allah onları öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir. (Ənfal surəsi, 17)

Müsəlman tək mütləq varlığın Allah olduğunu bildiyi üçün Allahın hər yerdə olduğunu daima düşünər. Görən gözlərin, səsləri eşidənin Allahın təcəlliləri olduğunu bilər. Həmişə bu həqiqəti düşünərək imani dərinliyini, Allaha yaxınlığını və səmimiyyətini artırar. Allahın can verməsilə yoxdan var olduğunu bilən möminin həyatında Allahı unutduğu bir an belə olmaz. Yaşadığı anı qiymətləndirərkən: “Görəsən, Allah hansı imtahanı yaradır? Necə edim ki, Allahın rizasına uyğun olsun?” -deyə düşünər. Məhz bu şüur müsəlmanın Allah rizası üçün həmişə gözəl davranmasına vəsilə olar. Allah bir ayəsində yaxşı işlər görənləri cənnəti ilə mükafatlandıracağını bu şəkildə bildirir:

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!” –deyəcəklər. Halbuki onlara (dünyadakının) oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma