İnsanlar Nə Üçün Haqsızlığa Məruz Qaldıqlarını Düşünürlər?


Adətən, insanların çoxunda haqsızlığa məruz qaldıqlarına dair psixologiya formalaşır. Bu, bəzən baş verən gündəlik hadisələrdə, bəzən də keçmişdə baş vermiş hadisənin insanın yadına düşərək onu daxilən narahat etməsi ilə üzə çıxır. Hər iki halda, insana həm fiziki, həm də mənəvi cəhətdən zərər verir. Bu hissə qapılan insan şeytanın hər cür tələsinə düşə bilər. Bu fikirdən çəkinməsə, bu hal insanı Allahın razı olmadığı düşüncə və davranışlara təşviq edən şeytani məntiqə çevrilər.

İnsanlara haqsızlığa məruz qaldıqlarını düşündürən səbəblər nələrdir?

Bu səbəblər çox mürəkkəb deyil. İnsanların böyük əksəriyyəti bu psixologiyaya gətirib çıxaran xüsusiyyətlərin əxlaqi zəifliklərindən irəli gəldiyini anlamaq istəmir. Halbuki bu həqiqətdən qaçmağın insana heç bir faydası yoxdur. Bunun üçün ön mühakimə etmədən vəziyyəti dəyərləndirib həll yolunu tapmaq lazımdır. Bu təqdirdə insan qısa müddətdə keçirdiyi sıxıntıdan xilas olar. İndi isə bu səbəbləri təhlil edək:

Eqoizm

 

İnsanı haqsızlığa məruz qaldığını düşünməyə vadar edən ən mühüm səbəblərdən biri “eqoizm”dir. Eqoizm insanın özünü bəyənməsi və hər kəsdən üstün görməsi mənasını verir. Özünün digərlərindən daha üstün olduğunu düşünən şəxs eqoizm xəstəliyinə tutulmuşdur. Eqoizm bir xəstəlikdir və ilk başladığı zaman qarşısı alınmalıdır. Çünki inkişaf etdiyi zaman səmimi şəkildə Allaha sığınmadıqca bu xəstəlikdən xilas olmaq çətinləşir.

Bu xəstəliyə tutulan bir insan nəinki ətrafındakıların özündən üstün olduğunu qəbul etmir, hətta onlarla eyni səviyyədə belə olmadığına inanır. Bu səbəbdən, hər şeyin ən yaxşısına özünün sahib olmalı olduğunu düşünür. Bu cür insanın daima ətrafındakıların səhvlərini axtarmasının, qüsurlarını tapdıqda sevinməsinin də səbəbi budur. Əgər özündən daha aşağı səviyyəli hesab etdiyi insana mövqe, var-dövlət və ya daha üstün vəzifə verilsə, qısqanclıq hissinə qapılaraq bütün bunlara, əslində, özünün layiq olduğunu düşünər və haqsızlığa məruz qaldığını gizli və açıq şəkildə ifadə edər. İnsanların əksəriyyəti haqsızlığa məruz qaldığını qəlbindəki qısqanclıq hissi ilə biruzə verir. Bu yanlış davranış insanın baxışlarına bəzən donuq ifadə, hərəkətlərinə isə laqeyd görünüşlə əks olunur. Sözügedən şəxslər özlərini üstün olduqlarına inandırır, ətrafdakı insanlara haqsızlığa məruz qaldıqlarından şikayət edirlər. Bu isə həmin əxlaqi qüsurun göstəricilərindəndir.

Halbuki Allah Quranda “… Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır. (Yusuf surəsi, 76)” ayəsi ilə insanların üstünlüklərinin Onun təqdiri ilə olduğunu bildirmişdir. Dolayısilə, insan ətrafındakı insanların həmişə özündən daha üstün əxlaqa, daha dərin biliyə sahib olacağını nəzərə alaraq təvazökar davranmalıdır.

Hər şeyin Allahın nəzarətində olduğunun unudulması

 

 Kainatdakı hər şey sonsuz ağıl və elm sahibi Allahın müəyyən etdiyi qədərə (taleyə) tabedir. “Ol” sözü ilə hər şeyi bir anda yaradan Allah təkcə insanların deyil, bütün varlıqların da qədərini müəyyən etmişdir. Səmimi iman gətirmiş insan bu mütləq həqiqəti bilərək qədərə könüldən təslim olaraq yaşayır.

Hər hadisənin bir qədər üzrə və Allahın əmri ilə yaradıldığını unudan və ya buna diqqət yetirməyən insan özünə zülm edər. Haqsızlığa məruz qaldığını, haqqının tapdandığını və ya səhvən təqsirləndirildiyini düşünən insan bu həqiqəti qəbul etməyərək yanılır. Halbuki istər iman gətirib qədərə tabe olsun, istərsə də təslim olmasın, hər iş Allahın hərkəs üçün tək-tək müəyyən etdiyi qədər üzrə və Allahın nəzarəti altında baş verir. Ona görə istədiyini əldə edə bilməyən və ya etmədiyi bir şey üçün günahlandırılan bir insan bütün bunları Allahın müəyyən etdiyi qədərdə olduğu üçün yaşayır. Bu təqdirdə qədəri unudaraq haqsızlığa uğradığını düşünmək böyük yanılmadır. Bu inanca malik olan şəxs şeytanın təşviqi ilə axirətdə əbədi cəhənnəm əzabı çəkə bilər.

Allahın insanları imtahan etdiyinin unudulması

“Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?”…”. (Ənam surəsi, 53)

Yuxarıdakı ayədə bildirildiyi kimi, Allah insanları müxtəlif hadisələrlə sınayır. Bəzi insanlara daha yüksək dərəcələr, mövqe, mal-mülk, var-dövlət verilə bilər, bu insanlar işlərində daha tez yüksələ bilərlər. Buna bənzər bir çox misal çəkə bilərik. Hamısı tamamilə Allahın təqdiridir. Allah yaratdığı hadisələrlə ayədə bildirildiyi kimi, insanları imtahan edir. Haqsızlığa uğradığını düşünüb bədbinliyə qapılan və hadisələrin Allahın təqdiri olduğunu unudan insan bunu dərk edib düşdüyü vəziyyətdən çıxmasa, imtahandan keçə bilməz. Başına gələn hər şeyin Allahın razılığını qazanmaq üçün imtahan olduğunu düşünən, səbir edən və təvəkkül edən insan, əlbəttə, dünyada və axirətdə qazanclı olacaq.

Nəticə: hər hadisə Allahın istəyi ilə baş verir

Həqiqətən, iman gətirən, Allahın qədrini bilən, gücünü qavrayan insan haqsızlığa məruz qaldığını düşünməz. Belə ki, peyğəmbərlərin və tarix boyu yaşamış bütün möminlərin Allah qorxuları, Allaha olan dərin sevgiləri, könüldən bağlılıqları və sədaqətləri böyükdür. Dolayısilə, onlara iftira atsalar, onları həbs etsələr və ya etmədikləri şeylərdə təqsirləndirsələr belə, Allahın onlar üçün ən gözəlini, ən xeyirlisini yaratdığını, səbirlə gözlədikdə daima ən ədalətli, ən mərhəmətli şəkildə qarşılığını alacaqlarını bilirlər. Allah Quranda üstün ədaləti ilə insanları ən kiçik haqsızlığa belə məruz qoymayacağını Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz... (Nisa surəsi, 40)” ayəsi ilə bildirmişdir.  Mömin Rəbbimizin ədalətinin dünyada və axirətdə təcəlli edəcəyini bilərək rahat və xoşbəxt yaşayar.

Mömin Allahın ədalətinə əsla şübhə etməz

Quranda peyğəmbərlərin və onlara tabe olan möminlərin din əxlaqını təbliğ edərkən inkarçıların iftiralarına məruz qaldığı, təqsirləri olmadığı halda, həbs olunduğu, yurdlarından sürgün edildiyi və hətta öldürüldüyü xəbər verilir. Quranda bu mövzu ilə bağlı bir çox nümunə var. Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.)  və səhabələrin həyatı bu böyük mübarizənin nümunələrindəndir. Məkkə müşriklərini bir və tək olan Allaha iman gətirməyə dəvət edən Peyğəmbərimiz (s.ə.v.) müşriklər tərəfindən ölümlə hədələnmiş, müşriklərin iftiralarına məruz qalmış və bütün bu təzyiqlər nəticəsində yanındakı möminlərlə birlikdə Mədinəyə hicrət etmişdir. Hz. Yusif də təqsiri olmadığı halda, uzun illər həbsdə qalmışdır. Ancaq peyğəmbərlər və onlarla birlikdə olan möminlər bütün bu hadisələri yaradanın Allah olduğunu bildikləri üçün Onun ədalətinin təcəlli edəcəyinə əsla şübhə etməmiş, bütün təqva sahibi möminlərə nümunə olaraq təvəkkül, sədaqət və səbirlə bu imtahandan keçmişlər.

İnsanların həyatı boyu etdiyi bütün hərəkətlər mütləq Allahın ədalətinə görə dəyərləndirilməlidir. Əlbəttə, zülm edənlərin zülmü əvəzsiz qalmayacağını, bircə yaxşı sözün belə mükafatı veriləcəyini Allah Quranda bizə xəbər verir. Dünya həyatında baş verən hər hadisə Allahın iznilə axirətdə Rəbbimizin sonsuz ədaləti ilə qarşılığını görəcək. Quranda bu həqiqət insanlara belə xəbər verilmişdir:

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya surəsi, 47)

Allahı bütün üstün sifətləri ilə tanıyan, Ona səmimi iman gətirən insan Allahın daima onu yardımı, sevgisi və ehsanı ilə dəstəkləyəcəyinə əmindir. Buna görə də Allahın ədalətinə güvənir. Çünki Allah Quranda insanları haqsızlığa məruz qoymayacağını bildirmişdir:

Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar. (Nur surəsi, 50)

“… Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”. (Nisa surəsi, 77)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma