Təsəvvürünüzdə “İdeal İnsan” Canlandırın və Siz də Məhz O Cür İnsan Olun


Hər bir insanın təsəvvüründə “ideal insan modeli” var. Sevdiyi, birlikdə vaxt keçirdiyi, dostluq etdiyi bütün insanlarda bu modeli görmək istəyir. Ancaq bir şeyi nəzərindən qaçırır: ətrafındakı insanlar da onda eynilə həmin ideal insan modelini axtarırlar.

Hər kəs qarşısındakı insanın ağıllı, qətiyyətli, fədakar, vəfalı, anlayışlı, səmimi olmasını istəyir. Nə baş verirsə versin, hirslənməsin, özündən çıxmasın, acılamasın, güzəştə getsin, səbirli olsun, bağışlasın. Çətin anlarında onu tək qoymasın, əlindən gəldiyi qədər kömək etsin, lakin əsla minnət etməsin, çox fədakar olsun, lazım gələrsə, heç düşünmədən özünü belə fəda etsin. Olduqca ağıllı, vicdanlı, ədalətli, mərhəmətli, mülayim, səmimi, gözəl sözlü, gözəl üslublu, incə düşüncəli olsun, özünü qarşı tərəfin yerinə qoyub düşünə bilsin, qarşısındakının vəziyyətini anlasın. Üstünlüyü özünə deyil, daima sevdiyinə versin, sevdiyi insanların xoşbəxtliyini, rahatlığını, dincliyini və istəklərini özününkündən üstün tutsun. Öz haqqını deyil, sevdiklərinin haqqını müdafiə etsin, öz qürurunun, mənliyinin tərəfində olmasın, daima qarşı tərəfi ön plana çəksin, qarşısındakı insana hörmət etsin, ehtiram göstərsin.

İman gətirsə də, gətirməsə də, hər insanın ruhunda bu cür mükəmməl insan axtarışı var. Ancaq insan əksər hallarda sadəcə özünün belə istəkləri olduğunu düşünərək yanılır. Dünyadakı digər bütün insanların da bu xüsusiyyətləri axtardığını o qədər də düşünmür. Halbuki özü hansı xüsusiyyətləri gözləyirsə, qarşısındakı insanlar da ondan eyni əxlaqi xüsusiyyətləri gözləyirlər.

Lakin insan nəfsi eqoist olduğuna görə Quran əxlaqına dəyər verməyən insanlar ancaq öz istəklərinə əhəmiyyət verirlər. İnsanlarla aralarındakı qarşılıqlı sevgi, hörmət, dostluq, yaxınlıq, etibar, sədaqət kimi dəyərlərin formalaşması üçün hər iki tərəfin bu əxlaqa uyğun davranmalı olduğunu düşünmürlər. Özlərinin “məni başa düşsün”, “mənə olan sevgisində, hörmətində, etibarında qüsur olmasın”, “mənə qarşı mərhəmətli, tolerant olsun”, “mənimlə davranarkən ən mülayim, ən çox rahatlıq verən, ən gözəl üslubdan istifadə etsin” kimi istəklərinə həddindən çox əhəmiyyət verirlər. Lakin ətrafdakı insanlar bunlardan sadəcə birini tələb etdikdə belə bunun lazımsız tələb olduğunu, özlərinin kifayət qədər yaxşı rəftar etdiklərini və buna baxmayaraq onlara şübhə ilə yanaşıldığını düşünürlər. Nəticə etibarilə lazımsız hesab etdikləri bu cür tələbləri yerinə yetirərkən çox könülsüz və ləng davranırlar. Həqiqətən qarşılarındakı insanların bu istəklərini haqlı hesab etsələr belə, “qoy əvvəl o mənimlə o cür rəftar etsin, sonra mən ona istədiyi kimi rəftar edərəm” deyə düşünürlər.

Bu, insanların eqoistliyindən irəli gələn yanaşma tərzidir. Halbuki insan hansı xüsusiyyətləri axtarırsa, özü də eynilə o cür olmalıdır. Əgər o, öz davranışlarını doğru hesab edirsə, onda qarşısında da özü kimi insan olmasından narahat olmamalıdır. Məsələn, özü düşüncəsiz, nəzakətsiz, əsəbi, eqoist, sərt, anlayışsız insandırsa, qarşısındakı insanın da bu əxlaqa malik olmasını normal qarşılamalıdır. Lakin bu cür insan qarşısındakının bu xüsusiyyətlərə malik olmasını əsla istəməz. Halbuki əgər mərhəmət, anlayış, nəzakət, səbir kimi əxlaqi xüsusiyyətlərə əhəmiyyət verirsə, bu təqdirdə əvvəlcə özü bu əxlaqa uyğun davranmalıdır.

Bu mövzuya dair nümunələrə cəmiyyətdə tez-tez rast gəlmək mümkündür. Lakin cahil cəmiyyətdə hər insanın özünə aid qaydaları, əxlaq anlayışı, doğru və yanlışları olduğu üçün ortaq qənaətə gəlmələri və nəticədə insanların axtardığı ideal insan modelinə nail olmaları mümkün olmur.

Lakin müsəlmanlar üçün vəziyyət çox fərqlidir. Bütün müsəlmanların yeganə ortaq ölçüləri var, bu da Qurandır. İnsanın nəfsindəki ideal insan modeli də Quranda izah edilən müsəlman əxlaqıdır. Ona görə möminlərin axtardığı insan Quranda izah edilən “ən təqvalı insan” modelidir. Bir mömin qarşısındakı mömindən bu xüsusiyyətləri tələb etdikdə qarşı tərəfin bu istəklərə etiraz etməsi, əhəmiyyət verməməsi və ya bu tələbləri lazımsız hesab etməsi kimi hallar baş verməz. Çünki bunlar Quran əxlaqının tələbləridir.

Ona görə də əgər mömin Qurana tam tabe olarsa, Allahın izni ilə təsəvvüründəki bu ideal insan xarakterinə və əxlaqına yiyələnə bilər. Eyni şəkildə qarşısındakı insanlarda axtardığı gözəl əxlaqı da möminlərdə görə bilər.

Möminlərin ən mühüm xüsusiyyəti əsla “özlərini üstün görməmələri” və “nə qədər gözəl əxlaqlı olsalar da, hər zaman hər sahədə daha yaxşı ola biləcəklərini” unutmamalarıdır. Bir insan həqiqətən daha  mərhəmətli, daha dürüst, daha çalışqan, daha çox sevgi dolu  ola bilər. Çünki o da qarşısındakı insan nə qədər yaxşı olsa da, bir çox məsələdə həmin insanın daha yaxşı olmasını tələb edər. Ona görə müsəlman özü kimi ətrafındakı möminlərin də bu cür gözləntilərini normal qarşılamalıdır.

Möminlərin digər mühüm xüsusiyyəti isə “ideal əxlaqı” əvvəlcə başqalarından gözləməkdənsə, özlərinin həmin əxlaqa uyğun davranmalarıdır. Mömin bunu özü üçün olduğu qədər başqaları üçün də vacib olduğunu qavrayır. “İdeal əxlaqın” bütün detallarını bilir və dostluqda əhəmiyyətli görür, eyni zamanda qarşısındakı insanların da onunla dost olmaq, ona etibar etmək, onu daha çox sevmək üçün onda bütün bu detalları axtaracağını bilir. Bunun nə qədər haqlı tələb olduğunu anlayaraq, Allah rizası üçün özü ideal insan əxlaqına uyğun davranaraq digərlərinə nümunə olur.

Allahın izni ilə bir insan Allah üçün Quranda bildirilən bütün gözəl əxlaqi xüsusiyyətləri mənimsədikdə, inşaAllah Allah əvəzində ona ətrafındakı insanlarda da gözəllik, yaxşılıq və nemət yaradaraq lütf edir.

Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir? – deyə soruşduqda onlar: “Xeyir” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)

Mömin olub yaxşı işlər görən  kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)

Təsəvvürünüzdə “İdeal İnsan” Canlandırın və Siz də Məhz O Cür İnsan Olun” üzərinə bir şərh

  1. MEN SIZDEN BIR MESLEHET ISTEYIREM:(eger mumkunse)
    MEN DEDIYINIZ KIMI QAYGI SEDAQET SEVGI SEBIR VE S.GOSTERIREM,AMMA YENE DE QARSHILIGINI GORE BILMIREM VE BU DA MENE ISTER ISTEMEZ PIS TESIR EDIR VE TEZ BIR ZAMANDA DEPRESSIV VEZIYYETE DUSHUREM.
    MEN BASHQA NE EDE BILEREM KI QARSHIMDAKI INSAN DA MENE EYNI MUNASIBETI GOSTERSIN?
    teshekkur edirem chox gozel yazidir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma