Xoşbəxtliyin Sirri


İman gətirən insan bu dünyanın həqiqi mahiyyətini, öz yaradılış məqsədini, Uca Allahın onu sınadığını və Ona qulluq etməklə məsul olduğunu dərk edir. Ona görə həyatı boyu Allahın rizasını, rəhmətini qazanmağa çalışır və möminlərin əsl yurdu olan cənnətə daxil olmaq üçün cəhd edir.

Xoşbəxtlik isə Uca Allahın saleh qullarına səmimi imanlarına və bağlılıqlarına görə həm dünyada, həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının mənbəyi isə sadəcə imanlarıdır. Allah səmimi imanlarının əvəzində onların qəlbinə xoşbəxtlik və rahatlıq vermişdir. Möminlər şəraitdən asılı olaraq xoşbəxt olmurlar, bu, Allaha və axirətə iman gətirməyin qazandırdığı mənəvi xoşbəxtlikdir. Bu anlayışdan uzaq yaşayan insanlar isə iman gətirmədikcə həqiqi xoşbəxtlikdən uzaq qalırlar. Sonsuz güc sahibi Allah din əxlaqına uyğun yaşamadıqlarına görə bu insanların qəlblərinə sıxıntı verəcəyini bir Quran ayəsində belə bildirmişdir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)

Möminləri xoşbəxt edən nədir?

İman gətirməyən insanlar axirət həyatının çox yaxın olduğunu və bir gün axirətə köçəcəklərini düşünmədən yaşayırlar. Ölümü, ölümdən sonra nələrlə qarşılaşacaqlarını, həyatları boyu bütün etdiklərinə görə Allaha cavab verəcəklərini, nəticədə cənnət və ya cəhənnəmdə əbədi qalacaqlarını ağıllarına gətirmir və ya gətirmək istəmirlər. Bu insanları bu cür laqeyd davranmağa təhrik edən ən mühüm amil isə sonsuz axirət həyatını özlərindən uzaq görmələridir. Bu cür düşünən insanlar özləri üçün yaşayırlar, ona görə heç düşünmədikləri və ya düşünsələr belə baş verəcəyinə ehtimal vermədikləri bir şey üçün həyatlarını və qurduqları planları fəda etmək istəmirlər. Bunu özləri üçün böyük itki hesab edirlər. Böyük səhv edərək dünya həyatını və dünyəvi mənfəətləri axirətdə qazanacaqlarına nisbətən daha yaxın və asan görürlər. Ona görə dünyaya çox bağlanıb axirətə əhəmiyyət vermirlər. Bütün istəklərinə qısa dünya həyatında nail olmağa çalışırlar. Allahın rizası üçün olan davranışlardan, din əxlaqına uyğun yaşamaqdan çəkinir, dünyəvi arzularını həyata keçirmək üçün bütün vaxtlarını sərf edirlər.

Dünya həyatına olan ehtirasları insanları bədbəxt edir. Quran əxlaqından uzaq yaşayan bu insanların dünya həyatında xoşbəxt olmayacaqlarını, daima sıxıntı içində yaşayacaqlarını Uca Allah Quranda belə bildirir:

Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. (Taha surəsi, 124)

İman gətirməyən insanları bədbəxt edən, onlara narahatlıq verən digər məsələ isə qarşılaşdıqları çətinlik və sıxıntı anlarıdır. Bu insanların bədbəxtliyi tamamilə dünyəvi mənfəət və qazanca bağlı olduğuna görə çətinlik anlarında bu mənfəətlərini itirmək qorxusu ilə üzləşirlər. Hər şeyləri buna bağlı olduğuna görə heç gözləmədikləri hadisə nəticəsində əllərində olanları itirmək onlar üçün bədbəxtlikdir. Əldə etdikləri müvəqqəti sevinci də bu yolla tamamilə itirirlər. Ümidsizliyə və bədbinliyə qapılırlar.

Allahın rizasını qazanmaq ümidi möminlərin qəlbinə sevinc və rahatlıq verir və bu yolda əllərindən gələni etməyə çalışırlar. Bu sevinc və rahatlıq onları həm dünya həyatında xoşbəxt edir, həm də Allahın rizasını daha çox qazanmalarına səbəb olan şövqlərinin mənbəyidir. Bu sevinc və xoşbəxtlik insanların iman gətirmədikdə əsla əldə etmədikləri təqlid edilməz sevincdir. Çünki bu, Allahın yalnız möminlərə hiss etdirdiyi və Allahın razılığına, rəhmətinə və sonsuz cənnətinə olan ümidin verdiyi xoşbəxtlik və rahatlıqdır.

İmanın sevinci

Möminlər Allaha və Onun yaratdığı qədərə iman gətirdikləri üçün daima sevinclidirlər. Bu vəziyyət onların gündəlik həyatına da yansıyır və möminlərin xarakterinin əsas mənbəyini təşkil edir. İman gətirməyənləri isə Allahdan və Onun ayələrindən xəbərsiz yaşadıqlarına görə daima bədbəxt olurlar.

Möminlərin Allaha olan sevgisi, bağlılığı və qədərə təslimiyyətləri onları maddi və mənəvi cəhətdən narahat edən hər cür səbəbi aradan qaldırır. Çünki mömin üçün həyatı boyu “pis” heç nə yoxdur. Quran əxlaqı ilə Allahın bütün “pis” kimi görünən vəziyyətləri onun üçün “xeyirə” və “yaxşılığa” çevirəcəyini bilir. Bu da möminin hər zaman imani sevinc içində olmasına səbəb olur. Hər kəsin kədərləndiyi, bədbin olduğu mühitdə onu kədərləndirən hər hansı səbəb olmadığına görə sevincindən heç nə əskilməz. Çünki möminlər hər şeyin Allahın iradəsi daxilində olduğunu bilirlər. Allah bunu bir ayədə belə bildirir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Ancaq möminlər daima xoşbəxtdirlər

Nəticədə möminlər şərtlərdən asılı olmayaraq daima Allaha güvənən, Ona üz tutan, daima Onu razı etməyi düşünən və Quran əxlaqından əsla əl çəkməyən əxlaqa malik olduqlarına görə Allahın heç bitməyən rəhməti, fəzli və sevgisi daima onların üzərindədir. Uca Allah Ona iman gətirənləri əsla tək və köməksiz qoymayacağını vəd vermişdir. Allah Öz yolunda səmimi cəhd edən, heç bir şübhəyə qapılmadan mallarını və canlarını Allahın razılığını qazanmaq üçün sərf edən bu sadiq qulların əməllərinin qarşılığında içində əbədi qalacaqları, nemətlərlə dolu olan cənnətlərlə müjdələmişdir:

 Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur! (Yunus surəsi, 64)

Xoşbəxtliyin Sirri” üzərinə bir şərh

  1. salam. çox möhtəşəm xidmətinizdən dolayı sizə təşəkkür edirik. Həqiqətən də insan Allaha iman gətirdikdən sonra xoşbəxtliyin sirrini anlayır. Şəxsən mən özüm əvvəllər namaz qılmayanda (təbii ki, namaz qılmayan Allahı yalnız dara düşdükdə xatırlayır və ya heç xatırlamır) bilmədiyim səbəblərdən dolayı çox sıxıntılı olurdum, həyat anlamsız idi, həyatımda bir çox bədbəxtçiliklə rastlaşırdım. Lakin Harun Yəhyanın kitabı ilə tanış olduqdan sonra həyatımda yeni bir başlanğıc oldu. Əlhəmdu lillah indi vaxtlı-vaxtında namaz qılır, Allahı zikr edirəm və bunun yaşamım üçün müsbət təsirlərini görürəm. Mənim dini və Allahı daha yaxşı anlamağımda rolu olanlara hər gün dualar edirəm. Allah saleh qullarından razı olsun. sizdən bir ricam var ki, Harun Yəhyanın hansı dini məzhəbə mənsub olduğunu söyləsiniz. bu çox maraqlıdır. əvvəlcədən təşəkkürlər!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma