Hadisələrin Zahiri, Batini və Əsli

İman etməyən insanlar özlərini Allahdan müstəqil varlıq kimi görürlər. Bu səbəbdən, hadisələri özlərinin idarə etdiyini düşündüklərindən daima bunun gərginliyini yaşayırlar. Hər hadisənin Allahın istəyi ilə qədərlərində (talelərində) yaradıldığını, hər məsələdə Allahı vəkil edib dinc və təvəkküllü yaşayacaqlarını bilmədiklərindən çox çətin və əsəbi həyat tərzi keçirirlər. Məsələn, həyatını özünün idarə etdiyini düşünən bir insanın xəyallarını reallaşdırmaq üçün, adətən, silsilə planları olur. Rahat yaşamaq istəyir. Lakin bunun üçün pula ehtiyacı olur. Pul qazanmaq üçün yaxşı təhsil alıb peşə sahibi olmalıdır. İllərlə işləyib istədiyi pulu əldə etdiyində isə ailə qurmaq təlaşına düşür. Düşüncələrindəki hər şey tamamlandığı zaman isə bu dəfə də ailəsini, ətrafını, malını, işini və bunun kimi həyatına hakim bir çox faktoru əlində tutmaq üçün çalışır. Həmişə öz kontrolu ilə həyatını yönləndirdiyini düşündüyü üçün qədərin rahatlığını yaşaya bilmir. Məsələn, qazandığı pulla avtomobil alır, amma avtomobildə qəzaya düşməsini, yaralanmasını, qəzadan sonra xəstəxana xərclərini və ya öldükdə cənazə proseduralarının nizamlanmasını təfərrüatlı şəkildə düşünüb gərginlik içində yaşayar. Oxumağa davam et

Əsl Xoşbəxtlik Ancaq Allaha Səmimi Qəlblə Yönəlməklə Mümkündür

İnsanların əksəriyyəti xoşbəxtliyi əldə etmək həsrəti ilə yaşayırlar. Öz məntiqlərinə əsasən, onları xoşbəxt edən hər şeyin arxasınca var gücləri ilə qaçırlar. Onlar xoşbəxtliyi və rahatlığı tanışları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında müvəffəqiyyət əldə edərək, məktəbdə əlaçı olaraq, səyahət edərək, sevdikləri işlərlə əylənərək, yaxşı karyera quraraq, müxtəlif hədiyyələr alaraq və bunun kimi dəyərləri qazanaraq əldə edəcəklərini hesab edirlər. Halbuki xoşbəxtliyi müvəqqəti və çox qısa olan dünya həyatına yönələn məqsədlərdə axtaran insanlar nə etsələr də, hansı yollara baş vursalar da, həsrətini çəkdikləri xoşbəxtliyə heç cür qovuşa bilməzlər. İnsanların bir çoxu xəyal etdikləri xoşbəxtliyi bu dəyərlərlə qazanmağın mümkün olmadığını görə bilmirlər. Həyatları həmişə əldə etməyə çalışdıqları xoşbəxtliyin arxasınca qaçarkən qəflətən sona çatır. “İstədiyim hər şeyi əldə etdim, amma hələ də xoşbəxt deyiləm”, “Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?”, “Xoşbəxtliyə nail olmaq bu qədər çətindirmi?” -deyə soruşur, amma çox vaxt bu sualın cavabını tapa bilmirlər. Oxumağa davam et

Əhli-Sünnənin Dörd Məzhəb İmamı Hz. Mehdinin (ə.s.) Gələcəyini Müjdələmişdir

Peyğəmbərimizdən (s.ə.v.) nəql edilən “təvatür” (içində yalan ehtimalı olmayan, səhih, əsaslı xəbər) dərəcəsindəki hədislərdə hz. Mehdinin (ə.s.) bu əsrdə zühur edəcəyi açıq-aydın bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v.) hədisləri və böyük İslam alimlərinin açıqlamaları ilə yanaşı, İslam aləminin dörd böyük məzhəbinin imamları da hz. Mehdinin (ə.s.) bu əsrdə çıxacağını müjdələmişdir.

Dörd haqq məzhəbdə hz. Mehdinin (ə.s.) zühuru necə müjdələnib?

İslam aləmi Peyğəmbərimizdən (s.ə.v.)  sonra müxtəlif üsullarla idarə edilmişdir. Rəsulullahın (s.ə.v.) vəfatından sonra idarəçilik xəlifələrə keçmişdir. Növbə ilə Hz. Əbubəkr (r.ə.), hz. Ömər (r.ə.), hz. Osman (r.ə.) və hz. Əlinin (r.ə.) İslam aləminin idarəçisi olduğu dörd xəlifə dövrü 30 il davam etmişdir. Peyğəmbərimizin (s.ə.v.) vəfatından sonra İslam aləminin sərhədləri daha da genişlənmiş, bir çox səhabə İslamı yeni qəbul etmiş ölkələrə gedərək Quran əxlaqını və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini təbliğ etmişdir. Bu şəkildə Peyğəmbərimizin (s.ə.v.) miras qoyub getdiyi elm və hikmət əshabi-kiram vasitəsilə onlardan sonrakı nəsil olan tabiinlərə (səhabələri görənlərə) çatdırılmışdır. Oxumağa davam et

Şəkər Yediyiniz Zaman Bədəninizdə Çalışan Nəhəng Fabrikdən Xəbəriniz Varmı?

Əgər ehtiyacınızdan bir az artıq şəkərli qida yeyirsinizsə, bədəninizdəki sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün işə başlayır:

1- Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın içində olan yüzlərlə molekulların arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Həmçinin bu molekulların sayının az və ya çox olduğuna qərar verir; sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görünməyəcək qədər kiçik olan hüceyrələrin qanın içindəki şəkər molekullarının sayı haqqında məlumatı olması düşündürücü mövzudur.

2- Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan çox şəkər olduğunu təyin edərsə, normadan artıq olan şəkərin yığılmasına qərar verir. Ancaq bu işi özləri deyil, özlərindən çox uzaqda olan başqa hüceyrələr yerinə yetirir.

3- Uzaqdakı bu hüceyrələr onlara əmr gəlməyənədək şəkəri yığmırlar. Mədəaltı vəzi hüceyrələri bu hüceyrələrə “şəkər yığmağa başlayın” əmrini daşıyan hormon göndərir. Mədəaltı vəzi hüceyrələri ilk yaradıldıqları andan etibarən DNT-lərində insulin adlı bu hormonun düsturu qeyd olunur. Oxumağa davam et

Hər İşimizdə Allaha Necə Yönələ Bilərik?

Allah imtahanın tələbi olaraq dünya həyatını çox rəngarəng, zənginliklərlə dolu, həmişə davam edəcəkmiş kimi bir hiss oyandıran, bir hadisə bitdiyində davamlı olaraq yeni hadisələrin başladığı, söhbət etdikcə bitməyəcək gözəlliklərlə yaratmışdır. Əlbəttə, dünya həyatının bu cür görünməsi Allahın sonsuz  yaratma sənətinin təzahürüdür.

Allaha iman edən bir insan bu qarışıqlıq və ehtişamlı zənginlik içində bütün diqqətini Allaha və Allahın razılığını qazanmağa yönəltməlidir. Allahdan qorxan və həyatını Quran əxlaqına görə davam etdirən bir insan Allahın razılığını dünyadakı hər şeydən üstün tutar. Belə imani dərinliyə çatmış insan hər işində, hər danışığında, hər rəftarında bütün diqqətini Allaha və Allahın ən bəyənəcəyi əxlaqı yaşamağa verər. Zehnində mütəmadi olaraq “hansı rəftarı göstərsəm, Allahı razı edərəm?” düşüncəsi olar. Oxumağa davam et

Haqq Dinlər Tarixin Hər Dövründə Olmuşdur

TÖVRATDAN 1500 İL ƏVVƏLƏ AİD OLAN EBLA LÖVHƏLƏRİNDƏ ADI ÇƏKİLƏN PEYĞƏMBƏRLƏR

E.ə. 2500-cü illərə aid Ebla lövhələri din tarixini öyrənmək baxımından çox əhəmiyyətli məlumatlarla zəngindir. 1975-ci ildən etibarən bir neçə dəfə tədqiqat və müzakirə mövzusu olan Ebla lövhələrinin ən əhəmiyyətli xüsusiyyəti isə İlahi kitablarda bəhs edilən üç peyğəmbərin adının çəkilməsidir.

Ebla lövhələrinin min illər sonra tapılması Quranda adı çəkilən qövmlərin coğrafi mövqeyinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir.

Ebla e.ə. 2500-cü illərdə indiki Suriyanın paytaxtı olan Şam və Türkiyənin cənub-şərq ərazilərini əhatə edən krallıq idi. Bu krallıq mədəni və iqtisadi baxımdan inkişaf etmiş, amma bir müddət sonra (bir çox sivilizasiyada olduğu kimi) tarix səhnəsindən silinmişdi. Lövhələrdən aydın olur ki, Ebla krallığı dövrünün tanınmış mədəniyyət və ticarət mərkəzi olub. Eblalılar dövlət arxivi formalaşdıran, kitabxana quran və yazılı şəkildə ticarət müqavilələri bağlayan mədəniyyətə sahib idilər. Hətta eblait adlanan öz dilləri var idi. (Ebla, funk & wagnalls new encyclopaedia, (c) 1995 funk & wagnalls corporation, infopedia 2.0, softKey multimedia inc.) Oxumağa davam et

Müasir Elmin İslami Mənşəyi

14 əsr əvvəl Allah bütün insanlara yol göstərici olaraq Quranı endirdiyində ərəblər batil inanclara sahib idilər. Quranın nuru sayəsində batil inanclardan xilas oldular və ağıllı metodlardan istifadə edərək inkişaf etməyə başladılar. İslamla birlikdə mədəniyyəti öyrəndilər. Yalnız ərəblər deyil, İslamı qəbul edən bütün cəmiyyətlər cahiliyyə dövrünün qaranlığından sıyrılıb çıxdılar. Bunun nəticəsində İslamın yayıldığı ilk dövrlərdə dünya tarixində çox sürətli inkişaf baş verdi. Əvvəllər bir şəhəri belə idarə edə bilməyən ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan imperiya qurdular.

Bu imperiyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tarixdə o günə qədər misli görünməmiş elmi inkişafa nail olması idi. Avropanın orta əsrlər qaranlığını yaşadığı bir dövrdə İslam dünyası möhtəşəm elmi irs meydana gətirdi. Tibb, cəbr, həndəsə elmləri ilk dəfə sistematik şəkildə İslam mədəniyyətinin tərkibində inkişaf etdi.

İslam aləmindəki böyük dini təhsil mərkəzləri, həmçinin elmi inkişafın da mərkəzləri idi. Bu cür elmi mərkəzlər, minlərlə məktəb-məscid Abbasilər dövründə (750-1258) tikilməyə başladı. X əsrdə Bağdadda 300-ə yaxın mədrəsə var idi. XIV əsr başlanğıcında təkcə İsgəndəriyyədə 12 min şagird təhsil alırdı. Oxumağa davam et