Boş vaxt keçirməyi gözəl görmək şeytanın insanlara verdiyi təlqinlərdən biridir. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə bəzi insanlar üçün boş vaxt keçirmək, yəni “vaxtı öldürmək” normal qarşılanır. Lakin möminlər Allahın onlara lütf etdiyi vaxtın hər anını Allaha olan yaxınlıqlarını artıraraq, daha dərin düşünərək və İslam yolunda fikri mübarizə apararaq keçirərlər.
Səmimi şəkildə Allaha inanan şəxs şeytanın dünya həyatında insanlara cəlbedici göstərdiyi boş işlərdən özünü tamamilə uzaq tutmalıdır. İnsan ancaq bu şəkildə açıq zehinlə lazımi kimi dərin düşünə bilər. Quranda möminlərin boş işlərdən üz çevirdikləri belə bildirilmişdir:
O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər. (Muminun surəsi, 3) Oxumağa davam et