Əsl Sevgini Əldə Etməyin Yolları


Qəzetlərdə, jurnallarda, televizor kanallarında və ya ətrafımızda tez-tezbir bir-birilərini nə qədər çox sevdiklərini söyləyən insanların əyləncə yerlərində çəkilmiş rəsmlərini görürük.Bir müddətdən sonar həmin insanların dostluqlarının və ya evliliklərinin bitməsi ilə bağlı xəbərlərlə üzləşirik. Bir müddət əvvəl bir-birini sevdiyini, bir-birinə dəyər verdiyini, “bizim sevgimiz çox fərqlidir” söyləyənlər dava-dalaş edərək, cəmiyyətin qarşısında bir-birinə bəzən kobud sözlərsöyləyərək, böhtanlar ataraq, qarşı tərəfi məhkəməyə verərək ayrılırlar.

Bu şəxslər qəzetlərdən, televizor kanallarından bir-birini ittiham edərək sevgilərinin bitdiyini söyləyir, bir-birini günahlandırır, bir-birindən böyük məbləğdə maddi təzminat tələb edirlər.

İnsanlar arasındakı evlilik, iş ortaqlığı,  dostluq kimi əlaqələrin qopması bu və ya buna bənzər şəkillərdə baş verir. Məhkəmə dəhlizləri bir-birilə dalaşan, mübahisə edən, nifrətindən bir-birinin üzünə belə baxa bilməyən insanlarla dolub-daşır.

Bir müddət əvvəl sevdiklərini bildirən bu insanlar bir-birini alçaldaraq, nifrət edərək ayrılırlar.

İnsanların əksəriyyəti bu mərhələdə “sevgilərinin bitdiyini” elan edirlər.

Əslində, yaşadıqları bu dünyagörüşü daxilində (“)sevgi(“) adlandırdıqları anlayış (“)əsl sevgi(“) deyil. Bu,  yalnız keçici həvəslərə əsaslanan, möhkəm dayağı olmayan, qarşılıqlı mənfəətlər müqabilində yaranan, heç bir mənəvi dərinliyi olmayan, çox vaxt maddi dəyərlərə əsaslanan və tərəflərdən birinin mənfəətinin bitməsi ilə sona çatmağa məhkum olan əlaqələrdir.

Məsələn, qarşısındakı insanı çox sevdiyini söyləyən bir şəxs sevdiyinin qəza nəticəsində bir qolunu itirməsi ilə birlikdə ona olan sevgisini, marağını daitirər. Bəlkə bunu həmin anda bildirməz, həm özündən, həm də ətrafındakılardan utana bilər. Ancaq qısa müddət ərzində müxtəlif bəhanələr uyduraraq bu insanla əlaqəsini kəsər, sevdiyini iddia etdiyi insanla artıq bir arada olmaq istəməz. Eynilə sevdiyini iddia etdiyi yaxını bütün malını, mülkünü itirsə, ona olan marağı və sevgisi də tamamilə itər.

İman gətirməyən insanların bir yerdə olmalarını təmin edən ortaq mənfəətlər var. Bu mənfəətlərdən bir və ya bir neçəsinə zərər gəldiyində, artıq iddia edilən bu “sevgi” insanları bir yerdə tutmağa kifayət etməz. Cəmiyyətdə yaşanan bu və ya buna bənzər nümunələrin siyahısını daha da artırmaq da olar.

Həyatlarını Qurana əxlaqına uyğun olmaya tərzdə quran insanların əsl sevgini hiss etmələri əsla mümkün deyil. İmana əsaslanan əsl sevginin yaşandığı hallarda yuxarıda sadalananlar və daha çətin hadisələr, daha ağır şərtlər meydana gəlsə də sevgi əsla bitməz, əhəmiyyətini itirməz.

Çünki əsl sevgi Allah sevgisi və razılığı üzərində qurulan, imanla, təqva ilə, Allaha olan yaxınlıqla artan sevgidir. İman gətirən insane Allahı böyük coşqu və həyəcanla sevər. Allah eşqi, Allahı razı etmək, Allahın sevdiyi bir insane olmaq ümidi insane çox böyük şövq və həyəcan verər. Allah sevgisi ruhundakı coşqunu, dinamikliyi, rahatlığı həmişə canlı tutar. Allaha olan sonsuz sevgi ağılı, mərhəməti, yaradıcılıq gücünü, şəfqəti, fədakarlığı daha da artırar. Allaha olan sevgisindən ötrü mömin Allahın yaratdıqlarını da çox sevər. Allahı çox sevdiyi üçün Allahı sevən imanlı insanlara qarşı da böyük sevgi duyar. Allahın yaratdığı bitkiləri, heyvanları sevər. Təqvaya əsaslanan sevgi dəcahiliyyə əxlaqında tez-tez eşitdiyimiz “… sevgim bitdi, sevgim azaldı, artıq sevə bilmirəm… və s.” kimi ifadələrə yer yoxdur. Möminin qarşısındakı insane imanlı və təqvalı olduğu müddətdə hər cür şərait və vəziyyətdə onu çox sevər. Yaşlılıq, şikəstlik, fiziki qüsur, mövqeyini itirmə, müflisləşmə, xəstəlik, səhv etmə kimi hallar əsla sevgisinə mənfi təsir etməz. Əksinə, bunlar meydana gəldiyi zaman qarşısındakının mömin olmasından ötrü müsəlmanın sevgisi daha da dərin məna qazanaraq artar. Allah üçün yaşanan sevgi çox şaxəlidir, çox əhatəlidir. Bu sevgidə vəfa, sədaqət, mərhəmət, bağışlama var. Qüsur olsa belə, yenə də gözəl tərəflərini görmə var. Allah üçün sevməkdə sevginin bir müddəti ya da sonu yoxdur. Bu sevgi dünyaya və sonsuz axirət həyatına istiqamətlənmiş sevgidir. Sonsuz axirət həyatına bağlıdır. Ölüm anında belə möminin üzündə Allaha olan coşqulu sevgi və iman gözəlliyi var. Heç bir şey sonsuz gözəlliklərin sahibi olan Rəbbimizə duyulan sevgi və iman coşqusu qədər insanın ruhunda rahatlıq meydana gətirə bilməz.

Allah əsl sevginin yaşanmasının ancaq imanla mümkün olduğunu Quranda belə bildirir:

İman gətirib yaxşı işlər görənlər üçün Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

Əsl Sevgini Əldə Etməyin Yolları” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma