“Azlıq Çoxluğa Tabedir” Məntiqi Degenerasiyanın Əsas Mənbəyidir


İnsanların əksəriyyətinin həmişə doğru etdiyinə inanmaq nə üçün düzgün düşüncə tərzi deyil?

 Bəzi insanların “çoxları edir” məntiqinə sığınmasının səbəbi nədir?

 Bir insanın Quran əxlaqı əvəzinə düşünmədindən və mühakimə etmədən insanların əksəriyyətinin istəyinə uyğun hərəkət etməsi, qərar verməsi nə üçün onu daima uğursuzluğa sürükləyir?

Əsrlər boyu cəmiyyətdə bəzi insanlar əksəriyyətin etdiyini doğru qəbul etmişdir.  Bəzi insanları din əxlaqının tələblərini yerinə yetirməkdən çəkindirən ən böyük maneələrdən biri də budur. İnsanları yaşadıqları cəmiyyətin onlar haqqında nə deyəcəyindən, nə düşünəcəyindən asılı edən bu yanlış düşüncə tərzi din əxlaqına uyğun yaşamayan əksər insanlar tərəfindən həyat tərzi kimi mənimsənilmişdir. Nəticədə, bu insanların cəmiyyətdə əksəriyyət təşkil etməsi digər insanları da səhv istiqamətləndirmiş və onları bu kütlənin yaşadığı yanlış həyat tərzinin və qayda-qanunlarının doğru olduğuna inandırmışdır. Halbuki düşünmədən əksəriyyətlə ayaqlaşmaq şeytanın bir oyunudur və insanı dünyada və axirətdə itkiyə məruz qoyar. Quranda Allah müsəlmanlara belə əmr edir:

Onların aralarında Allahın nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir. (Maidə surəsi, 49)

Ayədən də məlum olduğu kimi, Allah insanlara haqsız çoxluğa və onların nəfslərinə uyğun qayda-qanunlarına tabe olmamağı əmr edir, Quran əxlaqına uyğun hərəkət etməyin həll yolu olduğunu bildirir.  Ancaq insanların əksəriyyəti vicdanları qəbul etməsə də, özlərini çoxluğun həyat tərzi ilə ayaqlaşmağa məcbur hiss edir, bunu cəmiyyətin bir fərdi olmaq üçün labüd hesab edirlər. Halbuki əksəriyyətin nə etdiyi, nəyə inandığı, nəyi müdafiə etdiyi bir insan üçün əsla etibarlı mənbə və dəyər ölçüsü deyil.

Bəzi insanlar “çoxları edir” məntiqinə niyə sığınırlar?

İnsanların bir qismi, eynilə haqq dinin əmri kimi “madam ki, bu cəmiyyətdə yaşayırıq, cəmiyyətin həyat tərzinə və qoyduğu qaydalara tabe olmalıyıq” məntiqinə tabe olmağa özlərini məcbur hiss edirlər. Din əxlaqının həqiqi mənasını qavramamış bu insanlar dünyada Allahın əmrlərindən başqa insanların tabe olduğu bəzi qaydalar olduğuna, insanın da sosial varlıq olduğuna görə, bu qayda-qanunlara əməl etməli olduğuna inanırlar. (Qeyd etmək lazımdır ki, burada bir şəxsin, cəmiyyətin rahatlığı üçün lazımi bəzi qaydalara tabe olmasından bəhs edilir. Əgər  əksəriyyət din əxlaqına uyğun yaşamırsa, bir insanın din əxlaqından uzaqlaşması, Quranda qadağan olunduğu halda, əksər insanlar içki içdiyinə, qumar oynadığına, saxtakarlıq etdiyinə görə, bunları etməyi təhlükəli görməməsi yanlışdır). Bu əxlaqa malik insanlar cəmiyyətin fərdlərini razı salmağı ən zəruri vəzifə hesab edirlər. Buna görə, cəmiyyətin “başqaları nə deyər, insanlar necə qiymət verər, nə düşünər, mənim haqqımda yaxşı desinlər, ağıllı, zəkalı desinlər, varlı desinlər, əliaçıq desinlər, mənim haqqımda belə düşünməsinlər, bunu deməsinlər, belə danışmasınlar” kimi fikirlərin içindən çıxa bilmirlər. Nəticədə isə din əxlaqına uyğun yaşamadıqları üçün əsla həqiqi xoşbəxtliyi və rahatlığı tapa bilmir və nə razı salmaq istədikləri insanları razı salır, nə də özləri razı qalırlar.

Əksəriyyət haqsız ola bilər 

Əksəriyyətin mənimsədiyi həyat tərzi, saxta qayda-qanunlar və hərəkətlər insanları doğruya yönəltməz. Əksinə, Allah Quranda əksəriyyətə tabe olmağın insanı azdıran təhlükə olduğunu belə xəbər verir:

“Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan danışırlar”. (Ənam surəsi, 116)

Buna görə, əksəriyyətin Quran əxlaqına zidd həyat tərzini seçməsi, insanları ələ salması, zülm etməsi, ailələrinə, hətta dövlətlərinə qarşı çıxması, Allahın haram etdiyi hərəkətləri düşünmədən etməsi cəmiyyətdə yaşayan başqa insanlara təsir etməməlidir. Bundan əlavə, bu cür insanların əksəriyyət təşkil etməsi də onların etdiyi səhvlərə haqq qazandırmır. Məsələn, bir xalqın oda, günəşə və ya ulduzlara sitayiş etməsi başqasının da eyni inancı mənimsəməsi üçün əsas deyil.

Bir xalqın içində fırıldaqçılıq, zalımlıq, oğruluq və bunun kimi əxlaqsız davranışlara səs çıxarılmasa da, bir şəxs “çoxu bunu edir” məntiqi ilə eyni hərəkətləri etməyə məcbur deyil.

Bir xalqın içində ancaq varlılara hörmət edilməsi, gözəl əxlaqlı kasıb insanların maddi gücü olmadığına görə əzilməsi digər insanların da bu düşüncə tərzini dəstəkləməsinə əsas vermir.

Əksinə, bəzi insanların vicdanları qəbul etmədiyi halda, məhz əksəriyyətin qınamasından qorxaraq bu zalım məntiqi doğru qarşılaması böyük vicdansızlıq olar. Çünki insan cəmiyyət tərəfindən qınanmaqdan, təcrid edilməkdən və ya alçaldılmaqdan qorxaraq vicdanı ilə doğru olduğunu bildiyi şeyi etməkdən çəkinməsi ağıllı hərəkət deyil. Allah Quranda müsəlmanların mühüm xüsusiyyətinin insanların qınamasından qorxmaması olduğunu belə xəbər verir:

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) əhatə edəndir, biləndir. (Maidə surəsi, 54)

 “Əksəriyyətə tabe olmaq” məntiqi cəmiyyətə ancaq itki gətirər

Yuxarıdakı nümunələrdə qısa şəkildə bildirildiyi kimi, insanlar Allahın razı qaldığı həyat tərzindən fərqli həyatı mənimsəyiblərsə, əksəriyyətə tabe olmaq məntiqi onlara qazanc gətirməyəcək. Belə ki, əqli cəhətdən çökmüş və əxlaqi degenerasiyaya uğramış fərdlərdən ibarət cəmiyyət dünyada ciddi qarışıqlığın içinə sürüklənir. Mənfəətə əsaslanan çəkişmələr, düşmənçiliklər, qəzəb, nifrət, qısqanclıq kimi mənfi duyğu və düşüncələr insanlar arasında sürətlə yayılır. Dünya isə yaşamaq mümkün olmayan, narahatlıq və xaosun hakim olduğu yerə çevrilir. Bu, Allahın Ona şərik qoşanlara dünyada verdiyi qarşılıqdır. Axirətdə bu insanları daha pis son gözləyir. Bu son Quranda belə xəbər verilmişdir:

Onlar yer üzündə (Allahdan) yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar (haqqı) eşidə bilmirdilər və görmürdülər. Onlar özlərini ziyana uğradarlar. Uydurduqları (bütlər) isə onlardan qeybə çəkilib gedər. Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır. (Hud surəsi, 20-22)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma