Müsəlmanların Rəhbəri Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.v.) Sünnəsidir


Müsəlman əksəriyyətin səhv davrandığı mühitdə Allahın əmr etdiyi kimi vicdanla və Quran əxlaqına uyğun davranmalıdır. Buna görə, əksəriyyətin Quran əxlaqına uyğun olmayan həyat tərzini seçməsi, gündəlik həyatda buna uyğun qərar verib bu cür düşünməsi cəmiyyətdə yaşayan digər şəxslərə təsir etməməlidir.

Müsəlmanlar harada olsalar da, nə etsələr də, qəlblərində və söhbətlərində daima Allaha olan imanlarını və bağlılıqlarını əsas götürürlər. Həyatlarının məqsədi Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olduğu üçün hər an bu məqsədə uyğun hərəkət edirlər. Hər işdə Quranda bildirildiyi kimi, Allaha təslim olurlar. Bu əxlaqlarına görə, çoxluq içində Quran əxlaqına uyğun hərəkət edən yeganə insan olsalar da, bu onları əsla zəiflətməz. Əksinə, daha diqqətli davranar və Allahın razı olmadığı davranışlardan çəkinərlər. Allahın iznilə, heç bir şərait və mühit onları gözəl əxlaqdan, Allahı və axirəti düşündürməkdən uzaqlaşdırmaz. Rəbbimiz Quranda möminlərin bu xüsusiyyətini belə bildirmişdir:

O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)

 Hz. İbrahim insanların əksəriyyətinə tabe olmamış, bütün müsəlmanlara nümunə olmuşdur

Quranda hz. İbrahimin və onunla birlikdə olan möminlərin onları qınayan insanlardan çəkinməyən qətiyyətli davranışları nümunə göstərilir. “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. (Nəhl surəsi, 120)” ayəsilə təriflənən hz. İbrahim və yanındakı möminlər insanların əksəriyyətinin bütlərə sitayiş etdiyi cəmiyyətdə yaşayırdılar. İnsanların onları qınamasına, hədə-qorxu gəlməsinə baxmayaraq, ancaq Allahdan qorxduqlarına görə, bu cəmiyyətin batil hərəkətlərinə kəskin reaksiya vermişdilər. Hz. İbrahimin bu qətiyyətinə görə, müşrik qövmü onu cəzalandırmağa qərar vermişdi. Lakin buna baxmayaraq, hz. İbrahim Allaha bağlılıqda qətiyyət göstərmişdir. Allah bu gözəl davranışına görə, onu qövmünün əziyyətindən xilas etmişdir. Bu, ayələrdə belə bildirilmişdir:

O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz? Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!” Onlar (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik. (O dedi): “Mən Rəbbimə doğru gedirəm. O, məni doğru yola yönəldəcəkdir”. (Saffat surəsi, 95-99)

Ancaq insanların bəziləri hz. İbrahim kimi qətiyyətli ola bilmir. Qəlbləri Allahdan uzaq olduğu üçün vicdanlarını da dinləmirlər. Vicdanlarının qarşısına “insanların əksəriyyəti edir, onlar edirsə, doğrusu budur” kimi səhv məntiqlə sədd çəkir və Allahdan qafil, insanların razılığını üstün tutan, onların qınamasından çəkinən həyat yaşayırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma