Quranda Hər Mövzu Açıqlanmışdır


Allah bütün insanların qaranlıqdan nura çıxması üçün hər mövzunun açıqlamasını və həll yolunu Quranda bildirmişdir. “Nəhl” surəsində Rəbbimiz Quran haqqında belə buyurur:

… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

“Ənam” surəsində isə: “… Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar. (Ənam surəsi, 38)” – şəklində bildirilmişdir. Quranda hər şey ən mükəmməl, ən hikmətli tərzdə hərtərəfli açıqlanmışdır. Bu, Allahın qullarına olan rəhmətinin təzahürüdür.

Allah həqiqi imanın şərtlərini, insanların dünyadakı və axirətdəki həyatına dair bir çox məsələni, iman sahibi insanın əxlaqını və həyatı boyu yol göstərən bir çox şeyi bizə Quranda ətraflı bildirir. Bundan əlavə, Allah Quran vasitəsilə bizə Özünü tanıdır, bütün kainatı yoxdan yaradan, aləmlərdən üstün, qüsursuz, gizlinin gizlisini görən, eşidən, hər şeydən xəbərdar olduğunu bizə ayələrlə açıqlayır.

Bununla bərabər, Quranda insanların nə üçün və necə yaradıldıqları, Allahın rizasını qazanma yolları, ibadət formaları, gözəl əxlaqın tərifi, fiziki və mənəvi cəhətdən sağlam olmağın yolları, çətin anlarda və gözlənilməz hallarda görüləcək tədbirlər, müxtəlif insan xarakterləri hərtərəfli açıqlanmışdır. Bundan əlavə, elmi həqiqətlərə işarə edən ayələr, gündəlik həyata və sosial problemlərə dair məlumatlar, qiyamət günü, cənnət və cəhənnəm kimi bir çox məsələ haqqında xəbər verilmişdir. Quranda insanın həyatının hər anında ehtiyacı olan əsas biliklərin hamısı var. Ayələrdə belə bildirilir:

Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar çəkinsinlər və ya ibrət alsınlar. (Taha surəsi, 113)

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi. (İsra surəsi, 89)

Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik… (Kəhf surəsi, 54)

Qurana əsasən, insan Allahın hökmlərini qeyd-şərtsiz qəbul etməli, ancaq Allahı özünə dost və vəkil tutmalı, həyatdakı yeganə məqsədi Allahın rizası, rəhməti və cənnəti olmalıdır. Quran ayələrində bildirildiyi kimi yaşayan insan üçün yeganə ölçü Quran, tutduğu yol da Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) yoludur. Quranda həqiqi müsəlmanların hər dövrdə yaşadıqları cəmiyyətin batil dinindən ayrılıb ancaq Allaha və Onun əmrlərinə tabe olduğundan bəhs edilir. Quranda yaşadıqları cəmiyyətin batil dinini qəbul etmədikləri üçün qınanan və ölümlə hədələnərək mağaraya sığınan əməlisaleh gənclər haqqında “Kəhf” qissəsində xəbər verilir (Kəhf surəsi, 13-16). Quranın başqa ayələrində də hz. Yusifin ancaq Allaha və Onun əmrlərinə tabe olması iman gətirənlərə nümunə göstərilir:

… Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam. Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və (bütün) insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir. (Yusuf surəsi, 37-38)

Əlbəttə, yaşadığı cəmiyyətin batil dinindən ayrılmaq mənəvi cəhətdən bu dinin bütün mənsublarından ayrılmaq deməkdir. Başqa sözlə, onların Allahın haqq dini olan İslamdan başqa ibadət formalarını, inanclarını, dəyər ölçülərini, düşüncə tərzlərini, əxlaq anlayışlarını, adət-ənənələrini, davranışlarını, danışıq üslublarını mənimsəməmək, əsas mənbə kimi Allahın vəhyini ölçü almaqdır.

Allah Ona qulluq edənlərə din olaraq İslamı seçib bəyənmiş, Quranı doğru yol göstərən rəhbər kimi nazil etmiş, Peyğəmbərimizin həyatını nümunə göstərmişdir. Yeganə doğru haqq yol Allahın yoludur. Allahın Quranda bildirdiyi yollardan başqa bütün yollar batildir və ancaq xurafata, bidətə, zənnə əsaslanır. Ona görə, insan ancaq Quran ayələrini ölçü qəbul etdikdə, Allahın əmrlərini dəqiq yerinə yetirdikdə, hər an Onun rizasını qazanmaq üçün saleh əməllər etdikdə və Peyğəmbərimizdən (s.ə.v.) nümunə götürdükdə Allahın dərgahından gözəl mükafata ümid bəsləyə bilər.

Quranda bildirildiyi kimi, Allahın sözləri tamamlanmışdır və ancaq Quranı və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini özünə rəhbər edən insan ən doğru biliyi əldə edə bilər. Allahdan başqa hakim olmadığı Quranda belə xəbər verilmişdir:

“… mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir. (Ənam surəsi, 114-115)

Peyğəmbərimiz hz. Muhəmməd də qövmünə yeganə mənbəyin Quran olduğunu demişdir. Peyğəmbərimiz (s.ə.v.) bəzi hədislərində müsəlmanlara belə öyüd-nəsihət verir:

“Qurandan bərk yapışın və Onu özünüzə doğru yol göstərən, rəhbər edin. Çünki o, Aləmlərin Rəbbinin kəlamıdır. Ondandır və Ona qayıdır (Sizi də Ona çəkər)”. (Ramuz El-Ehadis, 2-ci cild, səh. 317, No. 10)

Yenə buyurdu: “Bu qəlblər dəmir kimi pas tutur”. “Pas nə ilə təmizlənir, ya Rəsulullah?” – dedilər. Buyurdu: “Qurani-kərim oxumaqla və ölümü xatırlamaqla” (Beyhaki). Yenə buyurdu: “Mən sizə iki vaiz qoyub gedəcəyəm, daima sizə nəsihət verəcəklər. Biri səsli, digəri sükutla danışacaq: səsli vaiz Qurani-kərimdir. Susan vaiz isə ölümdür.” (İmam-ı Gazali, Kimya-yı Saadet, səh. 141)

Allahdan başqa ilah olmadığına və Mənim Onun elçisi olduğuna şahidlik edirsiniz, elə deyilmi? Elə isə müjdələnin. Bu Quran elə bir ipdir ki, bir ucu Allahın əlində, bir ucu da sizin əlinizdədir. Ondan yapışın. Ondan sonra dəlalətə (inkara) və təhlükəyə əsla düşməzsiniz. (Ramuz El-Ehadis, 1-ci cild, səh. 7, No.4)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma