Əhli-beyt İmamlarından Axırzamanla Bağlı Ayə Təfsirləri


“ƏRAF” SURƏSİNİN 128-ci AYƏSİ

“Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”.

…Əbu Xalid əl-Kabuli Əbu Cəfərdən (Muhəmməd Baqir) rəvayət etmişdir: Hz. Əlinin kitabında belə yazıldığını gördük: “…Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”. Mən və əhli-beytim Allahın yer üzündə varisləriyik. Biz müttəqilərik və yer üzünün hamısı bizimdir… Mənim soyumdan Qaim (hz.Mehdi (ə.s.))… bütün yer üzünə hakim olar, Rəsulullahın (s.ə.v.) yer üzündə hakimlik etdiyi… kimi.

“TÖVBƏ” SURƏSİNİN 33-cü AYƏSİ

“Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur”.

İmam Cəfər Sadiq bu ayə haqqında: “Vallah! Qaim (hz.Mehdi (ə.s.)) zühur etmədən bu ayənin mənası təcəlli etməz. Abaye bin Rəb’idən: Əmirəlmöminin hz. Əli yuxarıda zikr edilən ayə haqqında: “Nəfsim əlində olan Allaha and içirəm ki, heç bir kənd, qəsəbə və şəhər qalmayacaq ki, səhər-axşam içində “Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulalllah deyilməsin”, – deyə buyurdu.

 İmam Zeynəl-Abidin və İmam Muhəmməd Baqir: “Cənabi-Haqq mütləq Qaim (hz. Mehdi (ə.s.)) ilə İslam dinini bütün dinlərə qalib edəcək”, – deyə buyurdular.

“YASİN” SURƏSİNİN 30-cu AYƏSİ

“Vay (bu) qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər”.

Əmirəlmöminin əleyhissəlam Kufə şəhərinin minbərində belə buyurdu: “Sizdən sonra qaranlıq, kor və şiddətli fitnələr olacaq. Bu fitnələrdən sadəcə “Nevmə”lər qurtulacaq?” Dedilər ki: “Ey Əmirəlmöminin! “Nevmə” nədir?” Buyurdu ki: “XALQI TANIYAN, AMMA XALQIN TANIMADIĞI KİMSƏDİR. BİLİN Kİ, YER ÜZÜ ALLAHIN HÜCCƏTİ (HZ. MEHDİ (Ə.S.) OLMADAN AYAQ ÜSTƏ DURA BİLMƏZ. AMMA ALLAH XALQIN NƏFSİNDƏKİ ZÜLM, CƏFA VƏ İSRAF ÜZÜNDƏN ONU XALQDAN GİZLƏDƏCƏK. ƏGƏR ALLAHIN HÜCCƏTİ (HZ. MEHDİ (Ə.S.) BİR AN YER ÜZÜNDƏN ÇƏKİLSƏ, YER XALQIN ÜSTÜNƏ ÇÖKƏR. AMMA HÜCCƏT (HZ. MEHDİ (Ə.S.)) XALQI TANIYIR, XALQ İSƏ ONU TANIYA BİLMƏZ.  Yusif kimi. Yusif xalqı tanıdığı halda, onlar Yusifi inkar etdilər”. Sonra hz. Əli bu ayəni oxudu: “Vay (bu) qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər”. (Mübarək “Yasin” surəsi, 30-cu şərifə. Qeybəti-Numani, səh.162)

“HUD” SURƏSİNİN 86-cı AYƏSİ

“Əgər möminsinizsə, (bilin ki,) Allahın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.

Əbu Cəfər bu əlamətləri belə sadalamışdır:

“… O (Hz. Mehdi (ə.s.)) çıxanda kürəyini Kəbəyə söykəyər. Ona (Hz. Mehdi (ə.s.)) 313 nəfər tabe olar. Hz. Mehdi (ə.s.) əvvəl  “əgər möminsinizsə, (bilin ki,) Allahın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir” ayəsini oxuyar”. (Hud surəsi, 86)

Bu ayəni oxuyub belə deyər: “MƏN ALLAHIN SİZƏ VERDİYİ XƏLİFƏSİYƏM (müsəlmanların mənəvi lideriyəm). MƏN ONUN HÜCCƏTİYƏM”. HZ. MEHDİYƏ (Ə.S.) SALAM VERƏNLƏR BELƏ DEYƏRLƏR: “SALAM SƏNƏ, EY ALLAHIN YER ÜZÜNDƏKİ (BAQİYYƏSİ!)”. Sonra hamı ona (Hz. Mehdiyə (ə.s.)) beyət edər. (Hz. Mehdinin (ə.s.)) adamlarının sayı on minə çatar. Allahdan başqasına ibadət edən, musəvi və xristian olan hər kəs ona (Hz. Mehdiyə (ə.s.)) iman gətirər. Beləliklə, yer üzündə bir millət hasil olar. O da İslam millətidir. Sonra Allahdan başqasına tapınanların üzərinə göydən bir atəş düşər və onları yandırar. Doğrusunu Allah bilir”. (Nurul-Ebsar, Ehl-i Beyt, Oniki İmam, Kutuplar ve Mezhep İmamlarının Menkıbeleri Şeblenci (1250),Tercüme: Saim Güngör, (Pamuk Yayıncılık Nisan 2004 Cild: 628 77 93) s. 594).

“NUR” SURƏSİNİN 55-ci AYƏSİ

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir”.

Əli bin Həsən vasitəsilə Əyyaşi tərəfindən rəvayət edildi: Onun yanında bu ayə oxundu:  “Allaha and olsun ki, onlar bizim əhli-beytin sevənlərindəndir. ALLAH BİZDƏN BİR ŞƏXSİN (HZ. MEHDİ-nin (Ə.S.)) ƏLİ İLƏ ONLARA (BUNU) ETDİRİR. O ŞƏXS İSƏ BU ÜMMƏTİN MEHDİSİDİR”. (Mecmau’l beyan fi tefsiri’l-Kuran Ebu Ali Eminuddin Fazl, Hasan b. Fazl Tabersi 1986, 4-cü cild, səh. 832).

 Əyyaşi təfsirində:

Zeynəl-Abidin həzrətləri: … (Nur surəsi, 55) ayəsini oxudu və belə buyurdu: “Vallah! Onlar biz Əhli Beyti sevənlərdir. Allah onlar üçün bunu mütləq edəcək, bizdən birinin əli ilə… ki, o bu ümmətin Mehdisidir”.

“ƏNBİYA” SURƏSİNİN 105-ci AYƏSİ

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.

 İMAM MUHƏMMƏD BAQİR BU AYƏ İLƏ ƏLAQƏDAR BELƏ BUYURMUŞDUR: “BUNLAR AXIRZAMANDA ZÜHUR EDƏCƏK HZ. MEHDİNİN (Ə.S.) SƏHABƏLƏRİDİR”. (Mecma-ul Beyan Tefsiri)

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. İmam Baqir və Sadiqdən rəvayət edilir: “Buradakı (ayədə bildirilən) “əməlisaleh qullar” HZ. MEHDİ (Ə.S.) VƏ TƏLƏBƏLƏRİDİR”. (Hüseyin es-Şirazi, səh. 113)

“MAİDƏ” SURƏSİNİN 54-cü AYƏSİ

“Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər…”

ONLAR (HZ. MEHDİ (Ə.S.) VƏ ONA TABE OLAN MÜSƏLMANLAR) BU AYƏNİN BİLDİRDİYİ ŞƏXSLƏRDİR: “Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər… (Maidə surəsi, 54)” (Tefsir-un Nu’mani)

Süleyman bin Haruni İcli demişdir: “İmam Cəfər Sadiq əleyhissəlamın belə buyurduğunu eşitdim: “Bu əmrin sahibinin (Hz. Mehdinin (ə.s.)) səhabələri məhfuzdur (sadiq), əgər xalqın hamısı ölsə belə, Allah onun (Hz. Mehdinin (ə.s.)) səhabəsini gətirər. Əziz və Cəlal Allah onlar (Hz. Mehdi (ə.s.)) və səhabələri) haqqında belə buyurmuşdur: “Onlar ona qarşı kafir olsalar da, Ona elə bir qövm vermişik ki, ona qarşı kafir olmazlar”. Allah onlar (hz. Mehdi (ə.s.) və səhabələri) haqqında belə buyurmuşdur: “Allah elə bir qövm gətirəcək ki, Allah onları (Hz. Mehdi (ə.s.) və səhabələrini) sevər, onlar da Allahı sevərlər. Möminlərə qarşı mülayim, kafirlərə qarşı sərtdirlər”.

“ƏNAM” SURƏSİNİN 89-cu AYƏSİ

“Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər (kafirlər) ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik”.

… İmam Cəfər Sadiq (ə.s.) bu ayə ilə bağlı belə buyurmuşdur: “BU AYƏDƏ İŞARƏ EDİLƏN VƏZİFƏNİN SAHİBİ (HZ. MEHDİ (Ə.S.)) QORUMA ALTINDADIR. İNSANLARIN HAMISI GETSƏLƏR DƏ, ALLAH ONU (HZ. MEHDİNİ (Ə.S.)) VƏ SƏHABƏLƏRİNİ GƏTİRƏCƏKDİR. ONLAR UCA ALLAHIN HAQQINDA BELƏ BUYURDUĞU KİMSƏLƏRDİR: Onlar kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər (kafirlər) ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik. (Ənam surəsi, 89)

“NƏML” SURƏSİNİN 62-ci AYƏSİ

“Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir?…”

Muhəmməd bin Müslim belə demişdir: “Ehtiyac içində, möhtac olan biri çağırsa, Ona cavab verər” ayəsi haqqında İmam Muhəmməd Baqir əleyhissəlam belə buyurdu: Bu ayə Qaim (Hz. Mehdi (ə.s.)) əleyhissəlam haqqında nazil olmuşdur… XALQIN İÇİNDƏ HZ. MEHDİYƏ (Ə.S.) İLK BEYƏT EDƏN CƏBRAİL ƏLEYHİSSƏLAMDIR. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s.37)

“BƏQƏRƏ” SURƏSİNİN 155-ci AYƏSİ

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver”.

… Əbu Basirdən: İmam Cəfər Sadiq əleyhissəlam belə buyurdu: QAİMİN (HZ. MEHDİNİN (Ə.S.)) QİYAMINDAN ÖNCƏ* BİR İL XALQ AC QALACAQ VƏ ONLARI ÖLDÜRÜLMƏ QORXUSU BÜRÜYƏCƏK; MALLARI, CANLARI VƏ MƏHSULLARI AZALACAQ. Bu hadisə Allahın Kitabında açıq şəkildə yazılmışdır. Sonra bu ayəni oxudu: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver”. (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 297)

*Hz. Mehdinin (ə.s.) qiyamından öncə dünyada 7 il sürən çox böyük iqtisadi tənəzzül baş verəcək. İmam Cəfər Sadiq (ə.s.) 7 il sürən iqtisadi tənəzzülün bir il daha da artacağına diqqət çəkmişdir.

Eynilə Muhəmməd bin Müslimdən edilən rəvayətə görə isə, İmam Cəfər Sadiq əleyhissəlam belə buyurdu: “Qaimin (Hz. Mehdinin (ə.s.)) qiyamından öncə əlamətlər var: Uca Allah tərəfindən mömin qullarına bəlalar gələcək”. “Bu əlamətlər hansılardır?” – deyə ərz etdim. Buyurdu ki: O ƏZİZ VƏ CƏLAL ALLAH BELƏ BUYURMUŞDUR: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver”.

Buyurur ki: Siz möminləri mütləq sınayacağıq. Qorxu ilə, yəni səltənətlərinin sonlarına doğru onların oğullarının hökuməti ilə qorxudacağıq. Və aclıqla, yəni məhsulların bahalığı ilə. Malların azalması, yəni ticarətlərin kasad olması və fəzilətinin azalması. Canlar(ın azalması) yəni, sürətli və ani ölümlər. Məhsullar(ın azalması), yəni təsərrüfatın azalması və meyvələrin bərəkətinin azalması. SƏBİR EDƏNLƏRİ MÜJDƏLƏ, YƏNİ O ZAMAN QAİM (HZ. MEHDİ (ə.s.)) ƏLEYHİSSALAMIN ZÜHURU İLƏ (ONLARI MÜJDƏLƏ). Sonra mənə buyurdu ki: Ey Muhəmməd! Bu onun şərhidir. (əsl məna və şərhi budur). Əziz və Cəlil Allah buyurur ki: “Onun şərhini yalnız Allah və elmdə dərin olanlar bilərlər”.

“ALİ-İMRAN” SURƏSİNİN 83-cü AYƏSİ

“Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar”.

Təfsiri-Əyaşidə İmam Musa Kazım vasitəsilə bu ayənin hz. Mehdiyə (ə.s.) işarə etdiyi rəvayət edilir.

 “HƏDİD” SURƏSİNİN 17-ci AYƏSİ

Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.

Salam bin Müstənir də İmam Muhəmməd Baqidən bu hədisi rəvayət etmişdir:

“ALLAH-TƏALA QİYAM EDƏN HZ. MEHDİNİN (Ə.S.) ƏLİ İLƏ YERİ DİRİLDƏCƏK. O (HZ. MEHDİ (Ə.S.)), ƏDALƏTLƏ XALQI İDARƏ EDƏCƏK. BELƏLİKLƏ, YER ÜZÜ ZÜLMLƏ ÖLDÜKDƏN SONRA HZ. (MEHDİ (Ə.S.)) ONU ƏDALƏTLƏ YENİDƏN DİRİLDƏCƏK”.  (Şeyh Tusi, Gaybet, s. 120; Duhayyil, el-Hz. Mehdi, s. 57)

“HUD” SURƏSİNİN 8-ci AYƏSİ

“Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir.

…İshaq bin Əbdüləzizdən:

İmam Cəfər Sadiq əleyhissəlam “onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək” ayəsi haqqında belə buyurdu: “Əzab Qaim əleyhissəlamın (Hz Mehdinin (ə.s.)) qiyamıdır. Sayı məlum olan ümmət isə Bədrdə döyüşənlərin sayı qədər olan səhabələridir”.

“BƏQƏRƏ” SURƏSİNİN 148-ci AYƏSİ

…Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

…əbu Basirdən:

İMAM CƏFƏR SADİQ ƏLEYHİSSƏLAM “Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır” ayəsi haqqında belə buyurdu: “Qaim (Hz. Mehdi (ə.s.)) və səhabələri haqqında nazil olmuşdur. Allah onları (Hz. Mehdi (ə.s.) və səhabələrini) bir yerə toplayacaq”.

“RƏHMAN” SURƏSİNİN 41-ci AYƏSİ

“Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar”.

…əbu Bəsirdən:

İmam Cəfər Sadiq əleyhissəlam “günahkarlar simalarından tanınacaq” ayəsi haqqında belə  buyurdu: “ALLAH ONLARI TANIYIR, LAKİN BU AYƏ QAİM (HZ. MEHDİ (Ə.S.)) HAQQINDA NAZİL OLMUŞDUR. (HZ. MEHDİ (Ə.S.)) ONLARI SİMALARINDAN TANIYACAQ VƏ SƏHABƏLƏRİ İLƏ BİRLİKDƏ ONLARI FİKRƏN DARMADAĞIN EDƏCƏK”.

“FUSSİLLƏT” SURƏSİNİN 53-cü AYƏSİ

“(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?”

Əbu Bəsir deyir ki: İmam Muhəmməd Baqir əleyhissəlamdan Əziz və Cəlal Allahın bu ayəsinin təfsiri soruşuldu: “(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik”. Belə buyurdu: “Onlara nəfslərindəki mesh (heyvanlaşma) göstəriləcək və kainatın onlara daraldığı göstəriləcək. Beləliklə, onlar Allahın qüdrətini həm öz nəfslərində, həm də kainatda görəcəklər. “Onun haqq olduğunu anlayacaqlar”. Məhz o zaman Qaimin (Hz Mehdinin (ə.s.)) zühurudur. O (Hz. Mehdi (ə.s.)), Əziz və Cəlal Allahdan gələn haqdır və bu xalq onu (Hz. Mehdini (ə.s.)) mütləq görəcək”.

“BƏQƏRƏ” SURƏSİNİN 249-cu AYƏSİ

“Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək…”

Əbu Bəsir belə deyir: “İmam Cəfər Sadiq əleyhissəlam: “Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək” ” – deyə buyurmuş və belə demişdir: “QAİM (HZ. MEHDİ) ƏLEYHİSSƏLAMIN SƏHABƏLƏRİ DƏ ONUN KİMİ İMTAHAN OLUNACAQ” ”.

“ALİ-İMRAN” SURƏSİNİN 200-cü AYƏSİ

“Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”

İmam Baqir əleyhissəlam bu ayəyə belə məna vermişdi: “Ey Muhəmmədilər! Səbir edin, düşmənlərinizin əziyyətlərinə dözün, bir-birinizə yardım edin, imamınız Mehdi Rəsuldan möhkəm yapışın”. (Süleyman İbrahim, Meveddet Pınarları, Hz. Muhammed Aleyhisselam ve Al-I Aba, On İki İmam, Hz. Mehdi (a.s.) Resul Hakkındaki Ayet ve Hadisler, Çeviren: Adnan M. Selman, s. 219)

“YUNUS” SURƏSİNİN 20-ci AYƏSİ

“Onlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

 …Cəfər Sadiq əleyhissəlam: “Bu ayədəki qeyb hz. Mehdidir (ə.s.)” – buyurdular.

“HUD” SURƏSİNİN 80-cı AYƏSİ

“O dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”

Məali: Hz. Lut (ə.s.) Allaha şikayət edərək qövmünə xitabən demişdir: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”

İmam Cəfər Sadiq əleyhissəlam: “Bu ayədəki hz. Lutun (ə.s.) təmənna etdiyi qüvvə Qaimin (Hz. Mehdinin (ə.s.)) qüvvəsi, sığınmaq istədiyi dayaq da hz. Mehdinin (ə.s.) səhabələri idi. “Rukni- Şədid” onlardır. Onlardan hər biri qırx adam qüvvəsindədir və hər birinin qəlbi dəmir kimidir…” – buyurmuşdur.

“YUSİF” SURƏSİNİN 110-cu AYƏSİ

“Elçilər (hər dəfə) ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və dilədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz”.

Mufəddaldan, Cəfər Sadiq həzrətlərindən, atasından, babalarından, Əmirəlmöminin hz. Əlidən:

Allahın köməyi (zəfəri) ancaq insanların ümidlərini itirdikləri zaman gəlir, Rəbbimin bu ayədə bəyan etdiyi kimi: “… ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz (Hz. Mehdi (ə.s.)) onlara yetişdi. Biz istədiyimizi xilas edərik”.

Cənabi-Haqqın köməyi Qaim (HZ. MEHDİ (ə.s.) ) ilə gələcək.

“HƏCC” SURƏSİNİN 41-ci AYƏSİ

“Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir”.

 Əbul Caruddan: “… O zülmlə yurdlarından çıxarılan kimsələrə, əgər ərzdə yer versək, onlar (Hz. Mehdi (ə.s.) və səhabələri) iqtidar sahibi olanda təkəbbürlənməzlər, namazlarına davam edərlər, zəkatlarını verərlər, yaxşılığı əmr edərlər və pis işlərdən çəkindirərlər. Bütün işlərin aqibəti Allaha aiddir”.

İmam Baqir həzrətləri: “Bu ayə HZ. MEHDİ (ə.s.) və səhabələri haqqında nazil olmuşdur. Allah onları şərqdən qərbə qədər bütün dünyaya sahib edəcək, İslamı onlarla ucaldacaq, zülmdən və bidətdən əsər-əlamət qalmayacaq”.

“ZARİYAT” SURƏSİNİN 23-cü AYƏSİ

“Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir”.

Məali: Səmaların və yerin Rəbbinə and olsun ki, o (Hz. Mehdi (ə.s.)) danışdığınız söz kimi haqdır.

Bu ayədə Cənabi-Haqq: “Göyün və yerin Rəbbinə and olsun ki, Qaimin (HZ. MEHDİNİN (ə.s.)) zühurunun vədi  danışdığınız söz kimi haqdır”, – deyə buyurur.

“RUM” SURƏSİNİN 4 VƏ 5-ci AYƏLƏRİ

“… O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə. O, istədiyinə kömək edir…”

İmam Cəfər Sadiq (ə.s.) bu ayə haqqında: “Qaim (HZ. MEHDİ (Ə.S.)) zühur edincə, möminlər Allahın köməyi ilə fərəhlənəcəklər”, – buyurdu.

“FUSSİLƏT” SURƏSİNİN 53-cü AYƏSİ

“(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?”

Əbu Bəsirdən:

İmam Baqir (ə.s.) bu ayə haqqında soruşduqda belə buyurdu: “Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. HZ. MEHDİNİN (ə.s.) zühurunun haqq olduğuna inanacaqlar. Bunda heç kimin şübhəsi qalmayacaq”.

Əhli-beyt İmamlarından Axırzamanla Bağlı Ayə Təfsirləri” üzərinə 2 şərh

  1. Rəhman və Rəhim olan Allahın adı ilə…çox maraqlı mövzulra toxunduğunuz üçün təşəkkürlər. yazılarıınızın hamısı çox gözəldir, lakin bir məsələ fikrimi məşğul edir. bunda bir köməklik göstərsəniz sevinərəm. məsələ ondan ibarətdir ki, Hz. Mehdinin (ə.s) zühurundan sonra bütün yer üzündə hər kəs müsəlman olacaqdır dedikdə “Bəs daima inkar edənlər necə,onlarda iman edəcək, bəs cəhənnəmə kim girəcək?” kimi suallar məni məşğul edir. bu barədə fikirlərinizi bölüşsəniz sevinərəm. Allahdan sizə asanlıq arzu edirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma