İncə Düşüncəli Olmaq


Quran əxlaqı möminlərin öz haqlarından keçərək digər mömin bacı-qardaşlarını özlərindən üstün tutmağı tələb edir. Həqiqi iman, təslimiyyət və qardaşlıq budur. Möminin digər möminləri özündən üstün tutması təkcə onları daha çox maddi imkanla təmin etməsi ilə məhdudlaşmır. Mömin digər möminlərin ehtiyaclarını da özündən çox düşünməlidir.

Kobud, düşüncəsiz davranışlar insanın imanının kamilləşmədiyini göstərir. Etdiyi hərəkətin digər möminlərə necə təsir edəcəyini düşünməyən, ancaq öz istəklərini və öz bildiyini edən bir insan Allahın tərif etdiyi mömin modelindən uzaqdır. Quranda incə düşüncəyə və düşüncəsizliyə dair nümunələr verilir. İncə düşüncənin əhəmiyyəti bir ayədə belə vurğulanır:

Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu, Peyğəmbəri narahat edir və o, sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır… (Əhzab surəsi, 53)

Quran əxlaqı ilə tərbiyə almış insanlar çox nəzakətli və incə düşüncəlidirlər. Bu, öz nəfslərindən əvvəl möminlərin nəfsini düşünən, özü çox sevdiyi yeməyi yoxsula, yetimə və əsirə yedirən möminlərin təbii xüsusiyyətləridir.

İncə düşüncəli olmaq eyni zamanda cənnət əhlinin xüsusiyyətidir.

İncə düşüncəyə dair nümunələri şəraitə və mühitə görə sadalamaq olar. Bir işlə məşğul olan mömin bacı və ya qardaşını narahat etməmək, əgər dua edirsə, sakitliyi təmin etmək, o istəmədən ona qulluq etmək, rahatlığını təmin etmək, ehtiyacı olub-olmadığını öyrənmək bunlara misaldır. Lakin unutmaq olmaz ki, bunlar ümumi izahlardır. Hər mühitə və şərtə görə bu nümunələri artırmaq olar.

İncə Düşüncəli Olmaq” üzərinə 2 şərh

  1. Uca Allahın salamı və bərəkəti sizin üzərinizə olsun! İslama və insanlığa etdiyiniz xidmətlərin mükafatını Allah on qat versin. Bildiklərinizi insanlarla paylaşmağınız çox hem siz, həm də biz möminlər üçün çox faydalıdır. Allah elminizi artırsın. Sağ olun!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma