Kosmosdan Atom Zərrələrinə Qədər Səyahət


İnsan ucsuz-bucaqsız kainatda nöqtə boyda sahəni belə əhatə etmir. Aşağıdakı şəkilləri araşdırdığınızda bunu daha yaxşı anlayacaqsınız. Allah kosmosdan atomun daxilindəki zərrəciklərə qədər davam edən sistemdə mükəmməl nizam yaratmışdır. Nəhəng qalaktikalarda da, mikroskopik ölçüdəki yarpaq hüceyrəsində də çox incə nizam mövcuddur. Kainatdakı hər şeyi qüsursuz yaradılışla var edən Rəbbimizin sənəti bədənimizdə də, atomlarda da, ulduzlarda da mükəmməl şəkildə təcəlli edir. Bizim üzərimizə düşən məsuliyyət isə həyat üçün belə qüsursuz kainatı yaradan Rəbbimizə şükür etməkdir.

     Everest kimi yüksək zirvələri, Nil kimi uzun çayları, Sakit, Atlantik okean kimi nəhəng okeanları və 6.5 milyarda çatan insanları özündə ehtiva edən dünyaya 100.000 km uzaqdan baxsaq, bir aspirin dərmanı boyda olduğunu görərik.

     Yer kürəsinin Günəşdən qəbul etdiyi bir günlük enerji bütün bəşəriyyətin bir gün ərzində ehtiyacı olan enerjinin təxminən on min mislidir.

     Yer kürəsinin nəhəng qitələrini məhsuldar torpaqları ilə insan üçün əlverişli şəkildə yaradan Allah bizə lütf etdiyi dünya nemətlərini bir ayədə belə bildirmişdir:

     Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır“. (Rəd surəsi, 4)

     Günəş şüaları canlı həyatın davam etməsi üçün Yer kürəsinə tam lazım olan ölçüdə çatır. Bu ideal ölçünü təmin edən isə  Yer kürəsini bir tavan kimi əhatə edən atmosferdir. Atmosferin başqa xüsusiyyəti isə Yerə çatan şüaları seçib zərərli şüaların keçməsinə mane olmaqdır. Allah dünyanı insanların  yaşaması üçün əlverişli yaratmışdır.

     100 milyon işıq ili uzaqlığında bir nöqtə kimi görünən Süd yolunun kainatdakı milyonlarla qalaktikadan yalnız biri olduğunu düşünsək,  Allahın yaratma gücünün böyüklüyünü daha yaxşı qavrayarıq.

     Genişliyi təxminən 100 min işıq ili olan və Günəş, Yer və Ayın da içində olduğu Süd yolu qalaktikası ən az 200 milyard ulduzla birlikdə kainatdakı ən böyük qalaktikalardan biridir.

       Allah Quranda ulduzlar haqqında belə bildirmişdir:

       Biz dünya səmasını parlaq ulduzlarla bəzədik. (Saffat surəsi, 6)

Ulduzların batdığı yerlərə and olsun! Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz. (Vaqiə surəsi, 75-76)

     1 işıq ilindən daha az uzaqlıqda olan Günəşin parlaqlığı digər ulduzlara nisbətən daha çoxdur. Səmanı möhtəşəm nizamla yaradan Rəbbimiz Günəşi çıraq kimi yaratdığını belə bildirir:

Ayı bir nur, günəşi də çıraq etmişdir. (Nuh surəsi, 16)

     Yarpağa rəngini verən xloroplast piqmentidir. Piqmentin yaşıl rəngdə olmasının səbəbi isə onun həm bənövşəyi, həm də qırmızı işığı qəbul etməsidir. Xloroplast günəş işığına məruz qalanda hərəkət etməyə başlayır və yarpaq hüceyrəsinin içində dolaşır. Bu hərəkətin səbəbi isə günəş işığından maksimum səmərəli şəkildə istifadə etməsidir.

     Palıd ağacı dərin kökləri sayəsində torpaq aşınmasına səbəb olan erroziyanın qarşısını alır. Torpağın keçiriciliyini artıraraq, yağış sularının yeraltı qaynaqlara enməsini təmin edir. Palıd qozası ilə qidalanan dələlər üçün də qida qaynağı olan palıd ağacı Allahın yer üzündə yaratdığı nemətlərdən yalnız biridir.

     Dünyaya 1 km uzaqlıqdan baxdığımızda yollar, göllər, binalar daha yaxşı görünür. Allah Quranda dağları, çayları, yolları bir nemət olaraq yaratdığını belə bildirir:

O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. (Nəhl surəsi, 15)

     İnsan bədənində bir saniyə içində reallaşan əməliyyatlar heyrətamizdir. Eyni anda sinir hüceyrələri arasında xəbərləşmə gedir, böyrəklər qanı süzür, qırmızı qan hüceyrələri oksigen-karbondioksid alış-verişi edir, fermentlər kimyəvi reaksiyalara başlayır, ürək qanı nasosla vurur… Ancaq ortada açıq-aşkar bir həqiqət var ki, bədəni meydana gətirən mikroskopik hüceyrələrin qanın içindəki mineralları ayırması, oksigeni, karbondioksidi bir-birindən ayırd edib daşıması, elektriksiz nasos vəzifəsini icra etməsi mümkün deyil. Həm kainatın, həm də öz bədənimizin yaradılışında detallara varsaq, böyük incəliklə qarşılaşarıq. Bu şəkillərdə gördüyümüz kimi, böyükdən kiçiyə qədər ətrafımızı əhatə edən strukturların və ya sistemlərin hansına baxsaq, böyük bir möcüzə ilə mütləq qarşı-qarşıya gələrik. Burada əhəmiyyətli olan məqam isə bu möcüzələri görə bilməkdir. Bu möcüzələri görə bilmək, Allahın varlığını və sonsuz böyüklüyünü anlamaq ancaq iman gətirənlərə xas olan xüsusiyyətdir.

     Xromatin hüceyrənin DNT-sinin içində olan nazik ip formasındadır. Nazik olduğuna görə mikroskop altında görünmür. Ancaq hüceyrə bölünəndə xromatin genişlənir və daha qalın olur. Beləliklə də, mikroskop altında görünür.

     DNT hüceyrə nüvəsində olan və bədənin bütün məlumatını daşıyan şifrələri ehtiva edir. İnsanın bir DNT molekulunda bir milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumat var.

     Elektronlar nüvənin ətrafında müxtəlif orbitlərdə saniyədə 1000 km. sürətlə fırlanır. Bu sürət bir saniyədə İstanbuldan Antalyaya getməyə bərabərdir. Bu yüksək sürətə baxmayaraq, elektronlar bir-birləri ilə toqquşmurlar.

     Tənəffüs etdiyimiz hava, içdiyimiz su, dağlar, heyvanlar, bədənimiz, qısaca desək, gördüyümüz, toxunduğumuz, hiss etdiyimiz hər şey atomlardan meydana gəlmişdir. Əlinizdə tutduğunuz bu jurnalın hər bir səhifəsi də milyardlarla atomdan ibarətdir.

     Elektronlarla nüvə arasında olduqca böyük məsafə var. Əgər elektronlarla nüvə arasındakı boşluq aradan qaldırılsaydı, bir planet qədər maddə cəmi bir noxud dənəsi böyüklüyündə qalardı.

     Yarpağın üzərindəki damarlar xüsusi planla yaradılmışdır. Bu damarlar həm yarpağın hər nöqtəsini qidalandırır, həm də bitkinin Günəş işığından maksimum faydalanması üçün dik dayanmasını təmin edir.

     Fotosintez yaşıl bitkilərin reallaşdırdığı kimyəvi əməliyyatdır. Bitkilər Günəş şüalarını enerji qaynağı kimi istifadə edərək karbondioksid və hidrogeni birləşdirirlər və bu yolla qida və oksigen istehsal edirlər. Bu əməliyyat elə kompleks şəkildə reallaşır ki, XXI əsrin üstün texnologiyasına baxmayaraq, hələ də fotosintez sisteminə bənzər sistem qurulmamışdır.

     Yarpağı meydana gətirən hüceyrələr Günəş işığını maksimum səviyyədə yığan, hər cür xarici təsirə davam gətirən, ən az vəsaitlə ən çox əməliyyat aparan şəkildə yaradılmışdır. Yarpaq kağız nazikliyində olmasına baxmayaraq, içindəki hüceyrələri qoruyur və onlar arasındakı əlaqəyə nəzarət edir.

     Təxmini hesablamalara görə, yer üzündə hər il bitkilər tərəfindən istifadə edilən su miqdarı 280 milyard ton, karbondioksid miqdarı 680 milyard ton və bu maddələrin əvəzinə atmosferə buraxılan oksigenin miqdarı isə 500 milyard tondur. Bu rəqəmlər molekulun reallaşdırdığı əməliyyatların nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə ortaya qoyur. Fotosintez canlılığın mənşəyini təsadüflərlə şərh etməyə çalışan təkamül nəzəriyyəsinin nə qədər əsassız olduğunu göstərir.

     Atomu meydana gətirən proton və neytronlar “kvark” adlanan alt hissəciklərdən meydana gəlir. Kvarkların ölçüsü isə 10-18 (0,000000000000000001) metrdir.

     Kainatda var olan güclü nüvə qüvvəsi sayəsində protonlar neytronlarla birlikdə nüvədə bir-birlərinə birləşmiş halda olurlar. Başqa sözlə desək, güclü nüvə qüvvəsi protonları bir yerdə tutaraq atomun mərkəzindəki nüvəni meydana gətirir.

   Karbon həyati əhəmiyyət daşıyan elementdir. Dünyadakı bütün xammalın təxminən 1/500-ni sadə, ya da mürəkkəb halda karbon meydana gətirir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma