Qara Dəliklər

     Qara dəliklər yanacağı bitmiş, yəni sönmüş ulduzlardır.

     Enerjisi bitən ulduzların işıqları da yox olur.

     Ulduzun öz içinə doğru yığılması və büzülməsi nəticəsində ulduzun yerinə sonsuz sıxlıqda və sıfır həcmdə cəzbetmə sahələri, yəni qara dəliklər meydana gəlir.

     Ulduzlar bir an içində qara dəliyə çevrilə bilər.

     Qara dəliklər “qara”dırlar.  Gözlə görmək mümkün deyil.

     Cəzbetmə qüvvələri böyük olduğundan işığı həbs etdikləri üçün onları ən müasir teleskoplarla belə görmək mümkün deyil. Oxumağa davam et

Kainatdakı Həssas Tarazlıq

Kainatımızı, Süd yolu qalaktikası, Günəş sistemini və yaşadığımız Yer planetini əhatə edən möhtəşən  tarazlıq var. Bu həssas tarazlıq və ölçülərin hər biri insanın yaşaması üçün xüsusi olaraq hesablanmış və təşkil edilmişdir. Kainatımızı ətraflı araşdırsaq, ən fundamental kosmik qanunlardan ən yüksək fiziki dəyərlərə, ən kiçik tarazlıqlardan ən incə hesablara qədər hər şeyin ayrılıqda çox həssas şəkildə nizamlandığını görərik.

Kainatın genişlənmə sürətindən Yerin Süd yolu qalaktikasındakı mövqeyinə, günəş şüalarının tərkibindən suyun axıcılıq dəyərinə, Ayın Yerdən uzaqlığından atmosferdəki qazların nisbətinə qədər saysız faktor insan həyatının mövcud olması üçün ən ideal ölçülərdə nizamlanmışdır. Belə ki, bu saysız faktorlardan yalnız birində kiçik dəyişiklik olsa, bu, kainatda canlılığın məhv olmasına gətirib çıxarar. Oxumağa davam et

İncə Düşüncəli Olmaq

Quran əxlaqı möminlərin öz haqlarından keçərək digər mömin bacı-qardaşlarını özlərindən üstün tutmağı tələb edir. Həqiqi iman, təslimiyyət və qardaşlıq budur. Möminin digər möminləri özündən üstün tutması təkcə onları daha çox maddi imkanla təmin etməsi ilə məhdudlaşmır. Mömin digər möminlərin ehtiyaclarını da özündən çox düşünməlidir.

Kobud, düşüncəsiz davranışlar insanın imanının kamilləşmədiyini göstərir. Etdiyi hərəkətin digər möminlərə necə təsir edəcəyini düşünməyən, ancaq öz istəklərini və öz bildiyini edən bir insan Allahın tərif etdiyi mömin modelindən uzaqdır. Quranda incə düşüncəyə və düşüncəsizliyə dair nümunələr verilir. İncə düşüncənin əhəmiyyəti bir ayədə belə vurğulanır:

Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu, Peyğəmbəri narahat edir və o, sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır… (Əhzab surəsi, 53) Oxumağa davam et

Kosmosdan Atom Zərrələrinə Qədər Səyahət

İnsan ucsuz-bucaqsız kainatda nöqtə boyda sahəni belə əhatə etmir. Aşağıdakı şəkilləri araşdırdığınızda bunu daha yaxşı anlayacaqsınız. Allah kosmosdan atomun daxilindəki zərrəciklərə qədər davam edən sistemdə mükəmməl nizam yaratmışdır. Nəhəng qalaktikalarda da, mikroskopik ölçüdəki yarpaq hüceyrəsində də çox incə nizam mövcuddur. Kainatdakı hər şeyi qüsursuz yaradılışla var edən Rəbbimizin sənəti bədənimizdə də, atomlarda da, ulduzlarda da mükəmməl şəkildə təcəlli edir. Bizim üzərimizə düşən məsuliyyət isə həyat üçün belə qüsursuz kainatı yaradan Rəbbimizə şükür etməkdir.

     Everest kimi yüksək zirvələri, Nil kimi uzun çayları, Sakit, Atlantik okean kimi nəhəng okeanları və 6.5 milyarda çatan insanları özündə ehtiva edən dünyaya 100.000 km uzaqdan baxsaq, bir aspirin dərmanı boyda olduğunu görərik.

     Yer kürəsinin Günəşdən qəbul etdiyi bir günlük enerji bütün bəşəriyyətin bir gün ərzində ehtiyacı olan enerjinin təxminən on min mislidir. Oxumağa davam et

Alova Çağıran Ənənə: Ataların Dininə Bağlılıq

Bəzi insanların ömür boyu yaşadıqları mühitdən, ailələrindən, dostlarından təsirlənərək formalaşan və kökündə atalarının dini duran düşüncə tərzləri onların din əxlaqını mənimsəməsinə mane olur. Bu tip düşüncə tərzləri əksər hallarda tamamilə materialist təmələ əsaslanır və din adı altında üzə çıxan, lakin haqq dinlə heç bir əlaqəsi olmayan fikirlərdən  ibarət olur. Belə ki, Quranda din əxlaqını təbliğ edən peyğəmbərlərə və möminlərə atalarının dininə bağlı olan insanların verdiyi cavablar bildirilmiş, bu insanların ümumi xüsusiyyətləri xəbər verilmişdir. Elmdən təhsilə, iqtisadi quruluşdan ədalət sisteminə qədər hər sahədə keçmiş adət-ənənələrin davam etdirilməsinin tərəfdarı olan bu şəxslər din əxlaqının gətirdiyi ağıllı, ədalətli sistemə qarşı çıxmışlar. Ancaq qarşı çıxarkən müdafiə etdikləri fikirlər, adətən, ağıla və vicdana əsaslanan fikirlər olmamış, mənfəət, adət-ənənə əsas götürülmüşdür. Bu mühafizəkar təfəkkürlə Allahın vəhyini insanlara təbliğ edən elçilər də qarşılaşmışdır. Hz. Muhəmmədin (s.ə.v.), hz. İsanın, hz. Şüeybin, hz. Musanın, hz. İbrahimin, hz. Nuhun, hz. Hudun və bir çox elçinin təbliğindən üz çevirən bu insanlar Quranda bildirildiyinə görə, batil dinlərindən və inanclarından əl çəkməyəcəklərini söyləyiblər. Oxumağa davam et

Əhli-beyt İmamlarından Axırzamanla Bağlı Ayə Təfsirləri

“ƏRAF” SURƏSİNİN 128-ci AYƏSİ

“Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”.

…Əbu Xalid əl-Kabuli Əbu Cəfərdən (Muhəmməd Baqir) rəvayət etmişdir: Hz. Əlinin kitabında belə yazıldığını gördük: “…Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”. Mən və əhli-beytim Allahın yer üzündə varisləriyik. Biz müttəqilərik və yer üzünün hamısı bizimdir… Mənim soyumdan Qaim (hz.Mehdi (ə.s.))… bütün yer üzünə hakim olar, Rəsulullahın (s.ə.v.) yer üzündə hakimlik etdiyi… kimi. Oxumağa davam et

Quranda Hər Mövzu Açıqlanmışdır

Allah bütün insanların qaranlıqdan nura çıxması üçün hər mövzunun açıqlamasını və həll yolunu Quranda bildirmişdir. “Nəhl” surəsində Rəbbimiz Quran haqqında belə buyurur:

… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

“Ənam” surəsində isə: “… Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar. (Ənam surəsi, 38)” – şəklində bildirilmişdir. Quranda hər şey ən mükəmməl, ən hikmətli tərzdə hərtərəfli açıqlanmışdır. Bu, Allahın qullarına olan rəhmətinin təzahürüdür. Oxumağa davam et