Heç kimə və heç nəyə faydası olmayan, boş və mənasız bir hiss: KƏDƏRLƏNMƏK


Kədər Allahın Quran ayələri ilə qadağan etdiyi rəftardır. Allaha iman gətirən, Allahın sonsuz gözəl əxlaqını, sonsuz gücünü bilən bir insan üçün kədərlənəcək heç nə yoxdur. Allah o insanın qədərində nə yaradırsa yaratsın, bu, o insan üçün ən dəyərli, ən hikmətli, ən gözəl və ən xeyirli hadisələrdir.

Allah sonsuz ədalətlidir. Allah qullarını çox sevəndir. Allah mömin qulları üçün hər şeyi xeyirlə yaradandır. Allah ağrını-acını, çətinliyi də yaradar, ancaq bunları mömin qullarının daha gözəl əxlaqlı olmalarına və axirətdə daha gözəl qarşılıq görmələrinə səbəb olmaq üçün yaradar. Bu səbəbdən, mömin yoxsul olsa, əzab çəksə, xəstə olsa, tək qalsa, hər şeydən məhrum olsa belə (Allahı tənzih edirik, Allah sonsuz ədalət sahibidir), bunların heç birini kədər vasitəsi kimi görməz.  İnsan maddi-mənəvi baxımdan, həqiqətən, çox çətin vəziyyətlərlə qarşılaşa bilər. Ancaq bu şərtlərdə də insan Allahın sevgisindən əmin olmalı, Allahın rəhmətini ümid etmənin rahatlığını, sevincini yaşamalıdır. Çətinliklər qarşısında ümidsizliyə qapılmamalı (Allahı tənzih edirik), əzabı və çətin hadisələri dünya həyatının kədəri kimi görməməlidir.

İnsanlara kiçik yaşlarından etibarən öyrədilən bəzi inanclar var. Bunlar cəmiyyətdə hakim olan anlayışın bir hissəsidir. Bir insanın nədən qorxması, nəyə sevinməsi, nədən küsməsi, nəyə kədərlənməsi kimi bütün məlumatlar bu yaşlarda insanlara aşılanır. İnsanlar xoşlarına gəlməyən vəziyyətlə qarşılaşdıqlarında dərhal kədərlənirlər. Bu da onlara illər boyu verilən təlqinlərin nəticəsidir.

Nəfs insanı ümidsiz və çarəsiz olduğuna inandırır. Buna bir də cəmiyyətdən alınan təlqinlər əlavə olunduqda, iradə, ağıl və vicdanından istifadə etməyən bir çox insan asanlıqla kədərə təslim olur. Kədərə tam təslim olan insana kənardan müdaxilə etmək çox çətindir. Belə insanlar kədəri bir həyat forması kimi mənimsəyirlər. Allahın gücünü, ədalətini, mərhəmətini, sevgisini, dualara cavab verən və hər şeyi xeyirlə yaradan olduğunu düşünmək istəmirlər. Bunun yerinə daim (Allahı tənzih edirik) nə qədər zərər çəkdiklərini düşünüb, özlərini daha da kədərləndirirlər.

İnsan, həqiqətən, çox əzab çəkə bilər. Bunu kənardan baxan insanlar tam olaraq anlamaya bilərlər. Bu vəziyyətin verdiyi fiziki və ya mənəvi narahatlığın ölçülərini təxmin etməyə bilərlər. Amma nə olursa olsun, heç bir mövzuda kədərlənmək çıxış yolu deyil. Kədərlənmək, hər şeydən əvvəl, Allahın haram etdiyi bir davranışdır. Möminin yalnız bu məlumatı bilməsi bu rəftardan dərhal uzaqlaşıb çəkinməsi üçün kifayətdir.

Bununla bərabər, insan öz-özünə bu sualları mütləq verməlidir:

– Kədərlənmək mənim vəziyyətimi dəyişirmi?

– Kədərləndikdə mövzular həll olurmı?

– Kədər mənə hər hansı bir fayda verirmi?

– Kədərim həyatıma müsbət təsir edirmi?

Bu sualların heç birinin cavabında kədəri məqbul göstərən dəlil yoxdur. Kədərin insana heç bir faydası yoxdur. Kədərlənmək insanın vəziyyətinin dəyişməsinə heç bir şəkildə təsir etmir. Kədərləndikdə çətinliklərindən xilas olmaq da mümkün deyil. Kədərin rahatlıq verən bir tərəfi yoxdur və kədər heç vaxt insana müsbət təsir etmir.

Kədər insana nə edir?

– Kədər insana fiziki və mənəvi cəhətdən zərər verir.

– İnsanın doğru düşünməsinə, hadisələrə düzgün yanaşmasına, çıxış yollarını görə bilməsinə tamamilə mane olur.

– İnsanın bütün gücünü alır. Belə bir insan fiziki və mənəvi baxımdan zəifləyir. Mübarizə aparmağa, səy göstərməyə gücü qalmır.

– Kədər insanı sürətlə yaşlandırır.

– İnsanı xəstə edir. Belə bir şəxs ard-arda yeni xəstəliklərlə qarşılaşır. Bədən müqavimətini itirir,  hər cür narahatlığa açıq hala gəlir.

– Daim bədbəxtdir. Gözəlliklər, yaxşılıqlar onu xoşbəxt edə bilmir.

– Ətrafındakı nemətləri görə bilmir.

– Kədəri sevməyə başlayır. Daim əzablarını, çətinliklərini düşünüb daha da kədərlənmək istəyir.

– Kədərdən xilas olma, kədərlə mübarizə aparma əzmini itirir. Hər fürsətdə özünü kədərə təslim etməyi  həyat formasına çevirir.

– Təkliyi sevməyə başlayır. Tək qalıb kədərlərini düşünmək, başında qurduğu ssenarilərə kədərlənmək, ağlamaq ona ətrafındakı bir çox nemətdən daha cazibədar gəlir.

– Həyat sevincini və həyat əzmini itirir.

Burada qısaca yekunlaşdırılan bir neçə şey belə kədərin insana heç bir fayda vermədiyini, əksinə olaraq, həm fiziki, həm də mənəvi baxımdan insana böyük zərər verdiyini açıq şəkildə ortaya qoyur. Kədər çox böyük vaxt itkisidir. Faydalı bir tərəfi yoxdur. Bu səbəbdən, insanın özünü kədərə təslim etməsi çox böyük ağılsızlıqdır. İnsan çətinliklərdən xilas olmağı hədəfləməlidir. Kədər isə xilas olmaq bir tərəfə, insana yeni çətinliklər yaradan başqa bir çətinlik formasıdır.

Hər insanın kədər mövzusundakı bu həqiqəti bilməsi çox əhəmiyyətlidir. Ağılla düşünən bir insanın özünə heç bir faydası olmayan, yalnız zərər verən, çətinliyə salan bir sistemi gözəl görüb qəbul etməsi mümkün deyil. Ənənələr, köhnə vərdişlər, cəmiyyətdəki ümumi reaksiyalar kədərlənməyi nə qədər məqbul göstərirsə göstərsin, ağıllı insan bu təlqinlərin təsirindən çıxmalıdır.

Bir insana bədənini zəhərləyən bir maddə verilsə və: “Götür, bunu iç”, – deyilsə, o da: “Niyə içim, bu çox təhlükəlidir, içmirəm”, – deyər və bu maddədən uzaqlaşar. Əksini etməyin böyük bir ağılsızlıq olduğunu görər. Kədərin də bundan heç bir fərqi yoxdur. Belə ki, insan zəhərli maddənin bədəninə, ağlına, həyatına verəcəyi zərəri görüb bundan çəkinirsə, eyni şəkildə, kədərin də təsirlərini görüb, ondan zəhərdən çəkinən kimi çəkinməlidir.

Allah kədərin zərərlərini insanlara xüsusi olaraq göstərir. Hər insan başqasının izahına ehtiyac olmadan öz həyatında kədərin zərərli təsirlərini açıq şəkildə görür. Bu da Allahın rəhmətinin bir təcəllisidir. Allah kədəri haram etdiyini Quran ayələri ilə insanlara bildirmiş, insanların ağıl və vicdanla bu əxlaq pozuntusunun fərqinə varıb çəkinmələri üçün onlara bir yol göstərmişdir.

İnsanın sevinəcəyi, xoşbəxt olacağı o qədər çox şey var ki, dünyada bunları görməməzlikdən gəlmək mömin üçün mümkün deyil. Qullarını çox sevən, onların bütün dualarına cavab verən, sonsuz mərhəmət sahibi, sonsuz ədalətli, sonsuz ağıllı, sonsuz yaratma gücünə sahib və sonsuz qüdrətli bir Rəbbimiz olduğunu bilmək və Allaha qəlbən iman gətirmək dünyadakı ən böyük nemətlərdən biridir. Allah qulları üçün saysız nemətlər yaratmışdır. Allah gözəl xasiyyətli, səmimi qullarını Öz razılığı ilə sonsuz Cənnət həyatı və sonsuz nemətlərlə müjdələmişdir.

İnsan dünyanın ən çətin şəraitində olsa belə, (bu çətinliklər də Allahın rəhmətinin bir təcəllisi və xeyirlə yaradılan imtahan səbəbləridir) bu nemətlərin sevinci insanın kədərlənməyib xoşbəxt olması və ümidvar olması üçün kifayətdir.

Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!” (Səba surəsi, 15)

 

 Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! Bağışlayan da, Sevən də Odur! Ərşin sahibidir, Şan-şöhrətlidir! İstədiyini edəndir.

(Buruc surəsi, 13-16)

Heç kimə və heç nəyə faydası olmayan, boş və mənasız bir hiss: KƏDƏRLƏNMƏK” üzərinə bir şərh

  1. Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! Bağışlayan da, Sevən də Odur! Ərşin sahibidir, Şan-şöhrətlidir! İstədiyini edəndir.
    Mende Allahimdan boyuk bir mocuze gozleyirem inaniram ki o menim sesimi esidecek birce onu meni ona qovusdursun tezlikle.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma