Quran Asan Olana Yönəldir


Allah bütün insanlara doğru olanı tapmaq, dəqiq məlumata və gözəl əxlaqa yiyələnmək üçün müqəddəs kitabları və onları çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır.

Quran qiyamətə qədər qüvvədədir

Quranın qiyamətə qədər qüvvədə olduğunu və qorunacağını bilən möminlər bunun rahatlığını və etibarını yaşayırlar. Quran insanın hər hökmündən, hər əmrindən qəti əmin olduğu, vicdanının isə azad və rahat şəkildə tabe olduğu kitabdır. İnsanların bu cür yol göstəricisinin olması Allah qatından verilmiş böyük nemət və rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verir:

…Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Quranı özünə rəhbər edən bir insan yaradılış məqsədini və sirlərini, Allahın razılığını, rəhmətini və Cənnətini qazanmağın yolunu, Cənnət və Cəhənnəmdə həyatın necə olacağını, ən gözəl əxlaqı və bir çox məlumatı ən doğru və ətraflı şəkildə öyrənir. Quranda hər şey açıqlanmışdır.

Bir insanın din haqqında soruşa biləcəyi hər sual Quranda cavablandırılmışdır. Allah bir ayəsində belə buyurur:

Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı izahını verməyək. (Furqan surəsi, 33)

Quran ayələri ilə din haqqında hər şeyin məlumatı verilmişdir. Bununla bərabər, Allah Quranın endirilmə səbəblərindən birinin də insanların ixtilafa düşdükləri mövzuların açıqlanması olduğunu bildirmişdir. Ayədə belə buyurulur:

Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu) mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun. (Nəhl surəsi, 64)

Ayədən göründüyü kimi, Quran Allaha iman gətirən saleh qullar üçün böyük rəhmət və hər mövzuda yol göstəricidir. Allah Quran vasitəsilə bizə bilmədiyimiz, yaradılış sirri olan mövzuları bildirir və bütün insanları bu məlumatlarla xəbərdar edir.

Məsələn, Quranda şeytanın varlığı, xüsusiyyətləri, məqsədi, insanlara hansı istiqamətlərdən yaxınlaşa biləcəyi, hansı üsullardan istifadə edə biləcəyi, şeytanın hiyləgər xarakteri və bir çox məlumat verilir. Bununla yanaşı, insanın şeytanın təsirindən necə xilas ola biləcəyinin yolu da göstərilir. Quranda şeytan haqqında izah edilənlər möminlər üçün böyük asanlıqdır. Çünki bunun sayəsində şeytan kimi hiyləgər və onlara müxtəlif gizli yollarla yaxınlaşan düşmənə qarşı insanlar daim ayıq olurlar.

Quran hər kəsin anlaya biləcəyi dildədir

Allah insanların daha asan qavrayıb başa düşmələri üçün Quranda ayələri müfəssəl izah etmişdir. Allah Quranın bu üslubunu ayələrində belə bildirir:

Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir Kitab gətirdik. (Əraf surəsi, 52)

…Bax gör! Biz ayələri belə izah edirik ki, bəlkə başa düşsünlər. (Ənam surəsi, 65)

Allahın bu hökmlərinə baxmayaraq, insanların böyük səhvlərindən biri Quranın hər insan tərəfindən aydın olmadığını düşünmələridir. Bir çox insan düşünür ki, Quranı oxumaq, başa düşmək və ayələrin hökmünə uymaq üçün uzun illər sürən təhsilə ehtiyac var. Bu mühakiməni yürüdənlərin böyük hissəsi Quranı oxumamışdır. Oxusa belə, anlamağı sınamamış, əvvəlcədən ayələri anlamayacağına özünü inandırmışdır. Halbuki Quran Allahın ayələrində bildirdiyi kimi, müfəssəldir. Buna görə də, səmimi olaraq Quranı oxuyan hər insan onu asanlıqla anlaya bilər. Quranın dilinin çox aydın olması insanlar üçün böyük nemətdir. Allah insanların Quranı oxuyub rahat anlamaları üçün asanlaşdırdığını bir ayəsində belə bildirir:

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən. (Məryəm surəsi, 97)

Allah rəhmətinin və mərhəmətinin nəticəsi olaraq insanların anlaması üçün dinini bu qədər asanlaşdırmışkən, insan da Allahın bildirdikləri üzərində düşünməli və onları tətbiq etməlidir. Bir çox insan belə asan bir yol varkən, çətin olanı seçir. Özlərinə səhv yol axtarır, həyatlarının məqsədini öyrənə biləcəkləri, əbədi qurtuluşlarına səbəb olan Qurandan uzaq yaşayırlar.

Quran yeganə hidayət rəhbəridir

Qəlbən Allaha bağlanan möminlər Quranın hökm və hikmət sahibi olan Rəbbimizdən göndərilmiş bir hidayət rəhbəri olduğunu bilirlər. Allah Quranın möminlər üçün şəfa və mərhəmət (İsra surəsi, 82)” olduğunu bildirmişdir.

Quran ayələri ilə insanda meydana gələn sual və şübhələr tamamilə ortadan qalxır və insan özü üçün ən uyğun olan əxlaqı və həyat formasını öyrənmiş olur. Bu səbəblə, Quran ona uyanlara mənəvi şəfa verir.

Bu çox əhəmiyyətlidir: Allah insanları İslam fitrətini yaşadıqları zaman xoşbəxt, dinc, şüurlu və fiziki cəhətdən sağlam olacaqları şəkildə yaratmışdır. Allahın ayəsində bildirdiyi kimi, Quran insanları qaranlıqdan nura çıxaran yeganə haqq kitabdır.

(Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nuraQüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)

Allahın kitabının nuruna uyanlar, yoluna tabe olanlar (Allahın diləməsilə) dünya və axirətdə daim asanlıqla qarşılaşar və gözəl həyat yaşayarlar.

Quran Asan Olana Yönəldir” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma