Mömin İbarəli Danışmağı, Zarafatla Söz Atmağı Gözəl və Nəcib Ruhuna Yaraşdırmaz…


Müsəlmanların gözəl xüsusiyyətlərindən biri də səmimiyyətləridir. Bir söz söyləyəcəkləri zaman bunu sözün ən gözəli ilə, amma açıq şəkildə söyləyərlər. Dolayı üsulları, kinayəli danışıq üslubunu, cahiliyyə cəmiyyətlərində “söz atmaq” kimi ifadə edilən üsullardan heç vaxt istifadə etməzlər. Zarafatlarından qarşılarındakı insanlara söz atmaq üçün istifadə etməzlər. Davranış və hərəkətləri ilə ətrafındakılara nə isə izah etməyə çalışmazlar. Əgər söyləmək istədikləri bir şey varsa, bunu səmimi bir üslubla, təhqir etməyəcək sözlərlə, ən aydın şəkildə qarşılarındakı insana açıqlayarlar. 

Məqsədləri hirsləndiklərini bildirmək, qarşı tərəfi gözdən salmaq, etdiyi səhvə görə o insana unuda bilməyəcəyi dərs verməyə çalışmaq, onun rəftarına uyğun cavab vermək deyil. Əksinə, yalnız Allah rizası üçün qarşı tərəfə fayda verməyə çalışmaqdır. Bu niyyətləri rəftarlarına əks olunduğu üçün qarşılarındakı insan da onların səmimi sözlərini və ya  tənqidlərini nəzərə alar və davranışındakı nöqsanları qavrayıb düzəldə bilər.

Möminlərin bu xüsusiyyəti, eyni zamanda, onların əxlaqındakı yüksək keyfiyyətin və dərinliyin də əhəmiyyətli bir göstəricisidir. Bəsit üslublardan istifadə etməyən, insanlarla bəsit mövzular üzərində mübahisə etməyən, söz güləşdirməyən, qaş-göz işarələri, üz ifadələri və ya  mimikalarla ətrafdakı insanlarla mesajlaşmayan yüksək şəxsiyyətə sahibdirlər. Əksi isə insanların ruhundakı bəsitliyi, adiliyi, səthiliyi göstərən bir əlamətdir. Mömin gözəl ruhunu belə bəsit rəftarlarla kirləndirməz.

Ancaq cahiliyyə cəmiyyətlərində bu xarakterdəki insanlar kifayət qədər çoxdur. Hətta bir çox insan ətrafındakı insanlarla başqa cür ünsiyyət qurmağı ağlına belə gətirməz. Günün böyük hissəsini insanlarla bu tərzdə eyham və gizli mesajlar verərək keçirər. Səmimiyyətə, açıq şəkildə fikrini bildirəcəyi danışıqlara heç vaxt ehtiyac duymaz. Çünki bunun nəticəsində qarşı tərəfə fayda vermək kimi bir məqsədi yoxdur. Məqsəd yalnız qəzəbini büruzə vermək, rahatlaşmaq, qarşı tərəfi hirsləndirmək, təhqir etmək və çəkişməkdir. Belə insanlar bu dialoq şəklini səmimiyyətdən daha üstün görürlər.

Möminin vicdanı isə belə bir həyat tərzini qəbul edə bilməz. Ətrafındakı insanlarla bu şəkildə dialoq quraraq yaşamağı heç vaxt məqbul görməz. Ruhu belə bir üslubda heç vaxt rahatlıq tapa bilməz. Cəmiyyətdə məşhur olan bu üslubla qarşılaşdığı zaman möminin xoş rəftarı heç vaxt dəyişməz. Ruhundakı yüksək keyfiyyətdən, səmimiyyətdən, dürüstlükdən heç vaxt imtina etməz. Bəsitliyə heç vaxt meyil etməz. Bu cür insanlara sözün ən gözəli, ən gözəl rəftarlar, ən açıq və səmimi sözlərlə cavab verər.

Quranda möminlərin bu  əxlaqı belə xəbər verilmişdir:

Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər.  (Furqan surəsi, 72)

Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”- deyərlər. (Furqan surəsi, 63)

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir.  (İbrahim surəsi, 24-26)

 

Mömin İbarəli Danışmağı, Zarafatla Söz Atmağı Gözəl və Nəcib Ruhuna Yaraşdırmaz…” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma