Orqanizmi Təmizləyən Lizosom Fermentləri


Gün ərzində orqanizmimizdə fərqinə varmadığımız bir çox proses baş verir. Bu prosesləri hüceyrələrimiz həyata keçirir. 100 trilyona yaxın hüceyrəmizin içində vəzifələrini çox yaxşı bilən bir çox orqanoid var. Bəzisi enerji, bəzisi zülal istehsal edir, bəzisi nəqliyyat vasitəsi vəzifəsini yerinə yetirir, bəzisi də anbar funksiyasını daşıyır.

Hüceyrənin içindəki bu orqanoidlərdən biri də lizosomdur. Lizosomu hüceyrənin həzm cihazı adlandıra bilərik. Bu orqanoidin ifraz etdiyi fermentlər orqanizmdə bir çox “parçalama” prosesini həyata keçirir. Lizosom fermentləri işə yaramayan hüceyrələri məhv edir, parçalayır və ya bir orqanoidin ətrafını əhatə edən qılafı deşir, habelə orqanizmdə daima böyüyən bəzi hüceyrələri parçalayır. Lizosom fermentlərinin bu parçalama prosesi orqanizm üçün çox əhəmiyyət daşıyır.

Hamilə qadınlarda körpənin inkişafı ilə əlaqədar ana bətni çox böyüyür. Bu körpənin sağlam doğulması üçün mühüm prosesdir. Ancaq körpə doğulduqdan sonra artıq bu qədər böyük bətnə ehtiyac olmur. Bu təqdirdə həddindən artıq genişlənmiş bu orqan yenidən əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bu prosesi lizosom fermentləri həyata keçirir. Doğuş sona çatdıqdan sonra müəyyən hüceyrələrin lizosomları sanki bunu xəbər alıb nə etməli olduqlarını bilirmiş kimi dərhal lazımi fermentləri ifraz etməyə başlayırlar. Bu fermentlər isə hamiləlikdən sonrakı 10 gün ərzində sürətlə ana bətnini 40% kiçildirlər. Beləliklə, ana bətni əvvəlki ölçüsünə düşür. Lizosomlar spermanın baş hissəsində də yerləşirlər. Sperma yumurta hüceyrəyə çatdıqda onu əhatə edən qılafı deşmək üçün içindəki lizosom fermentlərindən istifadə edir. Parçalayıcı təsirə malik bu fermentlər yumurtanı qoruyan qılafı deşərək spermanın yumurta hüceyrəni mayalandırmasını təmin edirlər.

Bu misallardan da göründüyü kimi, orqanizmimizdəki hər mexanizm bir-birini tamamlayacaq şəkildə işləyir. Hamiləlik zamanı ana bətninin böyüməsini təmin edən sistemlə birlikdə onu əvvəlki vəziyyətinə qaytaran sistem də var. Eyni şəkildə, möhkəm qılafla qorunan yumurta hüceyrəni deşən ferment də spermanın içinə xüsusi yerləşdirilmişdir.

Darvinistlər bir-birilə uyğunluq içində olan bu mükəmməl sistemin bəzi təsadüflər nəticəsində əmələ gəldiyini və qüsursuz fəaliyyətə başladığını iddia edərək ağıldan və məntiqdən uzaqlaşıblar. Mükəmməl funksiyaya malik olan bu mexanizmlərin bütün orqanizmdəki sistemlərlə uyğun işləməsi Allahın yaratma sənətindəki qüsursuzluğu göstərir. “Həşr” surəsinin bir ayəsində belə buyurulur:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma