Yer Kürəsinin Böyüklüyü və Daxili Quruluşundakı İdeal Nisbət


Yer kürəsinin daxili quruluşu və böyüklüyü xüsusi olaraq həyat üçün yaradılmışdır. Bu quruluşdakı təbəqələr sayəsində Yerin maqnit sahəsi var və bu maqnit sahəsi həyatın qorunması üçün çox əhəmiyyətlidir.

Canlılığın var olması və varlığını davam etdirməsi üçün Yerin böyüklüyü tam lazım olan ölçüdədir. Dünyamızı onun kütləsinin yalnız 8%-nə sahib olan Merkuri və ya Yer kürəsindən 18 dəfə böyük olan Yupiterlə müqayisə etsək, görərik ki, planetlər müxtəlif ölçüdədirlər. Müxtəlif ölçülərdə olan planetlərin içində Yer kürəsinin böyüklüyünün təsadüfən tam lazım olan ölçüdə meydana gələ bilməyəcəyi aydındır. Yer kürəsinin xüsusiyyətlərini araşdırdığımız zaman isə üzərində yaşadığımız göy cisminin tam lazım olan böyüklükdə olduğunu görərik. Amerikalı geoloqlar Press və Siever Yer kürəsi haqqında bu məlumatları verirlər:

“Yer kürəsi tam lazım olan böyüklükdədir. Bir az kiçik olsaydı, cəzbetmə qüvvəsi çox zəifləyər və atmosferi Yer kürəsinin ətrafında tuta bilməzdi. Daha böyük olsaydı, bu dəfə də cəzbetmə qüvvəsi çox artar və bəzi zəhərli qazları da tutaraq atmosferi məhv edərdi. Yer kürəsi ilə Günəşin arasındakı məsafə, fırlanma sürəti və ya forması qədər onun böyüklüyü də əhəmiyyətlidir”. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4.)

Yer kürəsinin daxili quruluşu həyat üçün xüsusi yaradılmışdır

Dünyamız iç-içə keçmiş bəzi kürələrdən meydana gəlmişdir. Fiziki və kimyəvi xüsusiyyətləri bir-birindən fərqli olan bu kürələrin mərkəzində nüvə, xaricində isə yer qabığı yerləşir. Nüvə ilə yer qabığı arasında isə mantiya təbəqəsi adlanan qat var.

Xarici qat: Yer qabığı

Dünyanın xarici təbəqəsini meydana gətirən və qalınlığı 33-35 km olan yer qabığı və litosfer bir-birindən fərqli iki hissədən ibarətdir. Yer qabığının qalınlığı quruda təxminən 35-40 km, dənizdə isə 8-10 km-dir. Yer qabığının sıxlığı və qalınlığı da öz növbəsində, iki müxtəlif təbəqədən ibarətdir. Bunlardan biri olan sial qatını meydana gətirən daşlar tamamilə bərkimişdir. Sıxlığı 2,7 qr/cm3-dir. Bu, yer qatlarındakı ən aşağı sıxlıqdır. Qatı meydana gətirən daşlar daha çox vulkanizasiyanın təsiri ilə meydana gəlmişdir. Silisium və alüminium çox olduğu üçün bu qat sial adlandırılmışdır. Sial təbəqəsinin qalınlığı quruda çox, dənizdə azdır. Qranit və qum daşı kimi yüngül daşlardan ibarətdir.

Sial qatının altında yerləşən sima qatı isə hələ qatılaşmamış, əsasən, bazalt növündən olan daşlardan ibarətdir. Bu qatın daxilindəki sıxlıq 3,3 qr/cm3-dir. Sima qatında qalınlıq elə bir dəyişikliyə məruz qalmır. Ancaq sial qatından fərqli olaraq, bu qatın qalınlığı quruda az, dənizdə isə çoxdur.

Maye qat təbəqəsi: mantiya

Mantiya litosferlə nüvə arasındakı qatdır. 100-2890 km olan mantiyanın sıxlığı 3,3-5,5 q/cm3, temperaturu 1900-3700°C-dir. Mantiya Yerin ən böyük hissəsini meydana gətirir (80%). Bu qatda silisium, maqnezium, nikel və dəmir var. Mantiyanın üst təbəqəsi yüksək temperatur və təzyiqdən plastik xüsusiyyətə malikdir. Alt təbəqələri isə maye halındadır. Bu səbəbdən, mantiyada daim alçalan və yüksələn hərəkətlər görünür. Vulkanizasiya ilə yerin üzünə çıxan maddələr daha çox bu qatdan gəlir. Bazaltdan ibarət mantiya hərəkət halındadır. Məsələn, tektonik zəlzələlərin və vulkanizasiyanın meydana gəlməsi mantiyadakı bu hərəkətlərlə əlaqədardır.

Yer kürəsinin daxili təbəqəsi: nüvə

Mantiyanın 2900 km dərinliyindən nüvəyə keçid başlayır. Nüvə 2 hissədən ibarətdir: biri 2.200 km qalınlığında olan maye-xarici nüvə, digəri də 1.250 km qalınlığındakı bərk-daxili nüvə. Temperaturu 3700°C, təzyiqi 125 GPa-dır.

Maqnit sahəsi Yer kürəsinin nüvəsinin quruluşundan irəli gəlir. Nüvə dəmir və nikel kimi maqnit xüsusiyyəti olan ağır elementləri özündə daşıyır. Nüvənin iki qatı (bərk və maye) bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində maqnit sahəsini meydana gətirir. Bu maqnit sahəsi həyatın qorunması üçün çox əhəmiyyətlidir. Elm adamları bu mövzunu belə açıqlayırlar:

“Dünyanın nüvəsi isə çox böyük həssaslıqla tarazlanmış və radioaktiv yanacaqla qidalanan temperatur mühərrikidir… Əgər bu mühərrik bir az yavaş işləsəydi, qitələr indiki strukturlarına çata bilməzdilər… Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə çatmazdı. Beləliklə, Yer kürəsinin maqnit sahəsi heç vaxt meydana gəlməzdi… Əgər Yer kürəsinin daha çox radioaktif yanacağı olsaydı və dolayısilə, daha sürətli temperatur mühərriki olsaydı, vulkanik buludlar Günəşi bağlayacaq qədər qalın, atmosfer həddindən artıq sıx olar, Yer səthi də hər gün vulkanik partlayış və zəlzələlərlə sarsılardı”. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)

Atmosferin xaricinə qədər uzanan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunur

Ulduzlardan qaynaqlanan öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı qoruyucu qalxanı keçə bilmirlər. Xüsusilə Yer kürəsindən on minlərlə kilometr uzaqda maqnit halqalar yaradan Van Allen qurşaqları dünyamızı bu öldürücü enerjidən qoruyur.

Maqnit sahəsi Yer kürəsini öldürücü kosmik şüalardan qoruyur

Hesablamalara görə, plazma buludlarının öldürücülüyü Xerosimaya atılan atom bombasından 100 milyard dəfə artıqdır. Eyni şəkildə, Yer kürəsi bəzən şiddətli kosmik şüaların da hədəfi olur. Ancaq dünyamızın maqnit sahəsi bu öldürücü şüaların yalnız 0.1%-ni keçirir, qalan şüalar isə atmosfer tərəfindən əmilir. Bu maqnit sahəsini yaratmaq üçün istifadə edilən elektrik enerjisi bir milyard amperlik cərəyandır ki, insanlığın bütün tarixi boyu istehsal etdiyi elektrik enerjisinin cəminə bərabərdir. Əgər Yer kürəsinin bu maqnit qalxanı olmasaydı, həyat tez-tez öldürücü şüalarla korlanar, bəlkə də heç var olmazdı.

Dünyanın maqnit sahəsi daha güclü olsaydı, canlılığı təhdid edən elektromaqnit fırtınalar meydana gələrdi

Bir neçə nümunədə gördüyümüz kimi, Yer kürəsinin nüvəsi tam lazım olan ölçüdə olduğu üçün dünya bu şəkildə qorunur. Bir ayədə bu vəziyyətə belə diqqət çəkilmişdir:

Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. (Ənbiya surəsi, 32)

Yer üzünün 7 qat yaradıldığının Quranda bildirilməsi bir Quran möcüzəsidir

Quranda Yer kürəsi ilə əlaqədar verilən məlumatlardan biri onun yeddi qatdan ibarət olmasıdır:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Yuxarıdakı ayədə diqqət çəkilən bu məlumata elmi qaynaqlarda da yer verilir və Yer kürəsinin yeddi qatdan ibarət olduğu açıqlanır. Elm adamlarının sıraladığı qatlar belədir:

1. Litosfer (su) 2. Litosfer (quru) 3. Astenosfer 4. Üst mantiya 5. Alt mantiya 6. Xarici nüvə 7. Daxili nüvə

Ancaq XX əsrdəki texnologiya ilə təsbit edilə bilən Yerin qatlarının səma ilə olan bənzərliyinin Quranda bildirilməsi Quranın bir çox elmi möcüzəsindən biridir.

Yer kürəsinin nüvəsinin ağır elementlərinin növü, nisbəti və reaksiya sürətləri dünyanın ətrafındakı qoruyucu maqnit sahəsinin meydana gəlməsində əhəmiyyətli rol oynayır. “Van Allen qurşaqları” adlanan və Yer kürəsinin maqnit sahəsindən qaynaqlanan bu təbəqə planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyasını yerinə yetirir. Günəşdən və digər ulduzlardan yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez meydana gələn enerji partlayışları Van Allen qurşaqları olmasa, Yer kürəsindəki bütün həyatı yox edə bilər.

Maqnit sahəsi olan və qayalıqlardan ibarət olan yeganə planet Merkuridir. Lakin bu maqnit sahəsinin gücü Yer kürəsindən 100 dəfə azdır. Van Allen qoruyucu təbəqəsi yalnız dünyamıza xasdır.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma