Quran Asan Olana Yönəldir

Allah bütün insanlara doğru olanı tapmaq, dəqiq məlumata və gözəl əxlaqa yiyələnmək üçün müqəddəs kitabları və onları çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır.

Quran qiyamətə qədər qüvvədədir

Quranın qiyamətə qədər qüvvədə olduğunu və qorunacağını bilən möminlər bunun rahatlığını və etibarını yaşayırlar. Quran insanın hər hökmündən, hər əmrindən qəti əmin olduğu, vicdanının isə azad və rahat şəkildə tabe olduğu kitabdır. İnsanların bu cür yol göstəricisinin olması Allah qatından verilmiş böyük nemət və rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verir:

…Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89) Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) ŞƏHİD EDİLMƏMƏSİ ALLAHIN BÖYÜK MÖCÜZƏSİDİR

Peyğəmbərimizin (s.ə.v) haqqa və doğruya dəvəti haqsızlıq və zülmdən mənfəət əldə edən, mövqelərini itirməkdən qorxan bəzilərinin Peyğəmbərimizə (s.ə.v) və onunla birlikdə olan möminlərə müxtəlif tələlər qurmasına səbəb olmuşdur. Çünki Peyğəmbərimizin (s.ə.v) açıqladığı həqiqətlərlə əllərində olan dünyəvi mənfəətlərin böyük əksəriyyəti bir anda dəyərini itirmişdir. Təkəbbürlü olduqlarına görə, o vaxta qədər sitayiş etdikləri bütlərə bağlılıqda israr etmiş, batil inanclarından əl çəkmək istəməmişlər. Əksinə, Peyğəmbərimizi (s.ə.v) ya din əxlaqından uzaqlaşdırmaq,  ya da şəhid etmək üçün birlikdə plan qurmuşlar. Halbuki, iman gətirməyənlər Peyğəmbərimizi (s.ə.v) uca Allahın qoruduğunu bilmirdilər. Oxumağa davam et

MÖMİN İÇİNDƏN GƏLƏN HƏR HİSSƏ TƏSLİM OLMAZ

Möminlər nə üçün içlərindən gələn hər hissə təslim olmazlar?

İnsan nəfsinin mənfi təlqinlərini və vicdanının səsini necə ayırd edə bilər?

Möminlər bu mənfi təlqinlərə və içlərindən gələn hər hissə təslim olmamaq üçün nə edərlər?

Bəzi insanlar içlərindən hansı hiss gəlsə, heç düşünmədən ona təslim olurlar. Fikirlərindən nə keçsə, dərhal onu düşünmədən söyləyirlər. Davranışlarının və ya dedikləri sözlərin nəticəsini ölçüb-biçmirlər. Qəzəbləndikdə əsəblərini cilovlamırlar. Daxilən küskün olanda bunu üzə vururlar. Narahat olduqda qarşı tərəfə bunu dərhal hiss etdirirlər. İçlərindən ağlamaq hissi gələndə ağlayırlar. Kədərlənmək, ümidsizliyə qapılmaq və ya inciklik təlqinləri gəldikdə dərhal bu əhvala düşürlər. Ancaq möminlər belə vəziyyətlərdə tamamilə fərqli davranırlar. Oxumağa davam et

Canlılardakı Qüsursuz Simmetriya

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)

Əlinizə bir cüt balıqqulağı götürün və simmetrik şəkildə qarşı-qarşıya qoyun. Xətlərin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında qüsursuz bir nizam və simmetriya görəcəksiniz. Təbiətdəki hansı canlı araşdırılırsa araşdırılsın, hər dəfə fövqəltəbii nizam, qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyi görünəcək.

Güzgüdə üzünüzə baxın, qüsursuz simmetriya görəcəksiniz. Əlinizə bir jurnal götürüb vərəqləyin. Vərəqlədiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, quşlar, çiçəklər və kəpənəklər də eyni simmetriyaya malikdir. Oxumağa davam et

Axırzamanın mübarək şəxslərindən Hz. İsa (ə.s) mükəmməl fiziki xüsusiyyətlərinə görə dərhal tanınacaq

Hz. İsanın (ə.s) axırzamanda yer üzünə yenidən göndəriləcəyi, İslamı seçərək Hz. Mehdi (ə.s) ilə birlikdə İslam əxlaqının bütün dünyaya hakim olmasına kömək edəcəyi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələnmişdir. Yaşadığımız axırzamanın ən mühüm məsələlərindən biri Hz. İsanın (ə.s) hansı xüsusiyyətləri ilə tanınmasıdır.

Möminlər Hz. İsanı (ə.s) imanının dərinliyi və nuru ilə dərhal tanıyacaq. Ancaq Allah bu mübarək peyğəmbəri tanıtmaq üçün ona çox mükəmməl, cazibədar fiziki görünüş bəxş etmişdir. Hz. İsanın (ə.s) Peyğəmbərimizin (s.ə.v) hədislərində tərif etdiyi fiziki xüsusiyyətləri bu gözəl peyğəmbərin möminlər tərəfindən tanınmasını daha da asanlaşdıran böyük sevinc mənbəyidir. Oxumağa davam et

TEXNOLOGİYAYA İLHAM MƏNBƏYİ OLAN KƏRTƏNKƏLƏ AYAQLARI

Kərtənkələlərin yerin cazibə qüvvəsinə baxmayaraq, tavanda və divarda yeriməsi texnologiyaya necə ilham vermişdir?

Kərtənkələlərin suda yeriməsini təmin edən fiziki qanun nədir və necə fəaliyyət göstərir?

Allahın yaratdığı mükəmməl sistemlərdən biri də canlı ayaqlarının qeyri-adi quruluşudur. Hər canlı növünün məhz ehtiyacına uyğun ayaqları var. Qartalın güclü pəncəli, ördəyin pərdəli, insanın bədəninin bütün ağırlığını daşıyan mükəmməl ayaqları var. Fərqli xüsusiyyətlərə malik ayaqlardan biri də kərtənkələnin ayaqlarıdır. Çünki kərtənkələ ayaqları qızğın qumların və ya suyun üzərində yerimək üçün əlverişli olduğu kimi, şüşənin üstündə və ya tavanda yeriməyə də uyğundur. Kərtənkələlərin elm adamlarına ilham verən ayaqlarının qüsursuz quruluşu bizə onları mükəmməl xüsusiyyətləri ilə birlikdə yaradan Rəbbimizin üstün yaratma sənətini göstərir. Ayədə belə buyurulur: Oxumağa davam et