Yarım Kiloqram Bal Əldə Etmək Üçün 120.000 km Yol Qət Edən Arılar

Bir kiloqram bal əldə etmək üçün 40.000 arı 6 milyon çiçəyi ziyarət etməlidir.

10 mikro vattan daha az enerji sərf edən bal arısının beyni müasir dövrün ən məhsuldar kompyuterindən 100 milyon dəfə üstündür.

Ana arının bir gündə yumurtladığı yumurtaların ağırlığı öz ağırlığından 20 dəfə çoxdur.

Bal arıları bir pətəyi doldurmaq  üçün 100 milyon çiçəyin nektarını yığa bilir və 100 min kilometr uça bilir. Oxumağa davam et

Gizli Eqoizmi Bəsləyən Davranışlardan Çəkinməyin Əhəmiyyəti

İnsanı gündəlik həyatda gizli eqoizmə sürükləyən səbəblər hansılardır?

Nəfs insanı gizli şəkildə necə eqoizmə sürükləyir?

Eqoizm nəfsdə olan və insanın həyatı boyu çox böyük diqqətlə çəkinməli olduğu pisliklərdən biri olub insanın özünün belə təxmin etmədiyi pis əxlaqa, həyat tərzinə və yanlış məntiqə sürükləyən çox təhlükəli hissdir. Ən əsas xüsusiyyəti eqoizm olan şeytan da insanı həyatının sonuna qədər bu yöndən aldatmağa çalışır. Ona görə, insan eqoizmə qarşı çox diqqətli olmalıdır. Oxumağa davam et

İnsan Möcüzəsi: Gözlərin Qorunmasında Kirpiklərimizin Rolu

Gözlər orqanizmin xarici aləmə açılan pəncərəsidir. Bu pəncərələrin qorunması və baxımı xüsusi sistem nəticəsində təmin olunur. Göz qapaqları mükəmməl işləyən bu sistemin ən mühüm hissələrindən biridir. Kirpiklər də bu möhtəşəm müdafiə sisteminin bir hissəsi və insanın simasını gözəlləşdirən estetik möcüzədir. Oxumağa davam et

Axirətdəki Peşmançılıq

Dindən uzaq yaşayan insanlar axirətdə dünyada keçirdikləri hər anın peşmançılığını yaşayacaqlar. Çünki onlara dünyada dəfələrlə xəbərdarlıq edilmiş və doğru yol göstərilmişdir. Onlara verilən müddət ərzində düşünə biləcəkləri və doğrunu müəyyən edə biləcəkləri vaxtları çox olmuşdur. Ancaq bu anları həmişə gözardı etmiş, xəbərdar edildiklərində dinləməmiş və dünya həyatının sona çatmayacağı hissinə qapılaraq axirəti unutmuşlar. Bu cür insanlar cəhənnəmlə qarşılaşanda artıq geri dönə bilməyəcəklər. Oxumağa davam et

Hər İnsan Vəhylə Hərəkət Edir

İnsan vəhylə necə hərəkət edir?

Peyğəmbərlərə gələn vəhy ilə insanlara gələn vəhy arasındakı fərq nədir?

Hz. Mehdi (ə.s) vəhy alacaqmı?

Allah hər insana gözəl davranmağı və danışmağı, sağlam fikirlə mühakimə yürütməyi, doğrunu və yanlışı bir-birindən ayırd etməyi ilham edir. Bu mənəvi xüsusiyyət vicdandır.

Allahın hər insana vəhyi: vicdan

Vicdan bütün insanlarda ortaqdır. Yəni bir insanın vicdanına görə doğru olan şey eyni şərtlər daxilində başqa insanların vicdanlarına görə də doğrudur. Vicdanlar heç vaxt bir-birinə zidd olmaz. Bunun səbəbi vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. İnsan vicdanını dinlədikdə Allahın vəhyi ilə hərəkət etmiş olur. Allah hər insana vicdanı vasitəsilə Öz rizasına uyğun ən doğru davranışları bildirir. Oxumağa davam et

Həşəratlardakı Aerodinamik Quruluş

Bir həşərat uçarkən saniyədə təxminən bir neçə yüz dəfə qanad çırpır. Hətta saniyədə 600 dəfə qanad çırpan həşəratlar da var. Bir saniyədə bu qədər hərəkət, üstəlik, fövqəladə həssaslıq bu dizaynın texnoloji cəhətdən təqlidini qeyri-mümkün edir.

Kaliforniya Universitetinin biologiya professoru Maykl Dikinson və əməkdaşlarının meyvə milçəklərinin uçma texnikasını öyrənmək üçün düzəltdikləri robot meyvə milçəklərindən 100 dəfə böyük olmasına baxmayaraq, ondan min dəfə az sürətlə qanad çırpa bilir. Hər beş saniyədə bir qanadını hərəkət etdirən robot milçək bu hərəkəti etmək üçün 6 müxtəlif mühərrikdən yardım alır. Oxumağa davam et

Müsəlman Allahın Bəyənmədiyi Danışıq Üslubundan İmtina Edər

·  Müsəlmanlar hansı danışıq üslubundan çəkinərlər?

·  Allahın bəyəndiyi danışıq üslubu hansıdır?

Nitq insanların fikir, düşüncə və hisslərini, istək və arzularını ifadə etmələrinə, bir-birləri arasında ünsiyyət qurmalarına kömək edir. Quran əxlaqından uzaq yaşayan insanlar isə ünsiyyət vasitəsindən bir-birlərini narahat etmək üçün istifadə edərlər. Bu cür insanlar bütün komplekslərini, şəxsiyyət pozuqluqlarını, psixoloji problemlərini, ruhi sarsıntılarını danışıqları əsnasında ortaya tökərlər. Halbuki, Allah möminlərin danışıqlarının hikmətli olmasını əmr etmişdir: Oxumağa davam et

Dinlərin Təkamülü Yalanı

Təktanrılı dinlərin təkamüllə çoxtanrılı dinlərdən əmələ gəlməsi yalandır

Təxminən bir əsr əvvəl, Çarlz Darvinin “Növlərin mənşəyi” adlı kitabı hələ ilk dəfə nəşr olunduğu dövrdə təkamül anlayışı materialist və ateist kütlələrin dəstəyini qazanmışdı. Dövrün bəzi mütəfəkkirləri insanın ətrafındakı hər şeyi təkamüllə açıqlayırdılar. Onların fikrincə, hər şey “ibtidai”dən başlayır, daha sonra aliyə doğru inkişaf edirdi.

Bu yanlış fikri bir çox sahəyə tətbiq etməyə çalışdılar. Məsələn, iqtisadiyyatda marksizm təkamül xarakterli inkişafın labüd olduğunu və nəticədə, bütün millətlərin kommunizmi qəbul edəcəyini iddia edirdi. Bunun ancaq təxəyyül məhsulu olduğu və marksizmin irəli sürdüyü iddiaların həqiqətləri əks etdirmədiyi zaman keçdikcə aparılan təcrübələrlə sübut edildi. Oxumağa davam et

Allahın Cənnət əhli üçün hazırladığı nemətlər

Allah Quranda Cənnəti təsvir edən ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir nemət üfüqü açır. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 35) ayəsi ilə Cənnətdəki nemət bolluğu xəbər verilir.

Allah insanları hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq şəkildə yaratmışdır. Bu səbəbdən, insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə çatmaq üçün cəhd edir. Daima gözəllik və nemət axtarır. Ancaq bunu nə qədər çox istəsə də, bunun üçün nə qədər çox səy göstərsə də, dünya həyatında heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əksik yaratmışdır. Oxumağa davam et

Müasirlik Adı Altında Gizlənən Batil Təlim: Reinkarnasiya

 karma-ve-reenkarnasyon-600x400Reinkarnasiya nədir?

Qarışıq ruh halına, yanlış dünyagörüşünə yönəldən və Quranda inkar edilən reinkarnasiya azğınlığının əsl üzü necə kamuflyaj edilir?

Tamamilə xəyali fikirlərə əsaslanan bu inanc niyə gənclərə silsilə yazılar, məqalələr və dünya səviyyəsində məşhur olan sənətkarlar vasitəsilə yeridilməyə çalışılır?

Bəzi insanlar ölüm və axirət qorxularını aşmaq, özlərini bu həqiqətlərdən uzaq tutmağa çalışaraq təsəlli vermək üçün reinkarnasiya kimi batil inancları qəbul etmək istəsələr də, niyə bu inanclar onlara rahatlıq gətirmir? Oxumağa davam et

2012: Ateizmin Sonu, İnanc Əsrinin Başlanğıcı

Son dövrdə elm və fəlsəfə sahəsində baş verən irəliləyişlərin qarşısını ateizm ala bilmir. Şübhəsiz, ateist dünyagörüşünün sarsılması ilə başqa bir dünyagörüşü dünyaya hakim olacaq ki, bu da Quran əxlaqıdır.

Tarixdə əhəmiyyətli dönüş məqamları mövcuddur. Hal-hazırda da dönüş məqamlarından birindəyik. Bəzi insanlar bunu qloballaşma və ya informasiya əsrinin başlanğıcı adlandırırlar. Son 20-25 ildir ki, elm və fəlsəfə sahəsində baş verən irəliləyişlər sayəsində XIX əsrdən etibarən elm və düşüncə dünyasına təsir edən ateizm süqut edir.

Ateizm XVIII əsr Avropasındakı bəzi din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması ilə inkişaf etdi. Diderot, Baron, Holbax kimi materialistlər kainatın sonsuzdan bəri var olan maddə olduğunu və maddədən başqa bir varlığın olmadığını irəli sürdülər. XIX əsrdə ateizm daha da yayıldı. Feyerbax, Marks, Engels, Nitçşe, Darkheym, Freyd kimi mütəfəkkirlər ateist düşüncəni elm və fəlsəfə sahələrində tətbiq etdilər. Oxumağa davam et

ANA SÜDÜ VƏ OKSİTOSİN HORMONU

Ana südü Allahın yaratdığı saysız-hesabsız möcüzədən biridir. Ana südündə yeni doğulmuş körpənin hər ehtiyacını təmin edən maddələr var. Habelə, körpənin inkişaf mərhələlərində dəyişən ehtiyaclarına uyğun olaraq ana südünün tərkibi də dəyişir. Elm adamlarının laboratoriyada belə hazırlaya bilmədiyi ana südünü ananın döşündəki bəzi hüceyrələr hazırlayır. Bu hüceyrələrdə ana südünün bənzərsiz formulu var və nə vaxt hazırlamağa başlayacaqlarını, hazırladıqları maddənin tərkibini nə vaxt dəyişdirməli olduqlarını bilirlər. Oxumağa davam et