Son Sözü Demək Xəstəliyi


Ətrafınızdakı insanları bir neçə saatlıq müşahidə etsəniz, onların əksəriyyətinə hakim olan vacib bir xüsusiyyəti görə bilərsiniz:

Son sözü demək xəstəliyi

  • Son sözü demək xəstəliyi niyə təhlükəlidir? 
  • Son sözü demək məntiqinə sahib olan insan hansı xüsusiyyətləri ilə tanına bilər?
  • Möminlər Allahın izni ilə hansı gözəl əxlaq xüsusiyyətləri ilə bu xəstəlikdən qurtula bilərlər?

İnsanlardakı son sözü demək xəstəliyini görmək üçün mütləq əhəmiyyətli mövzulardan danışmaq lazım deyil. Bəzən  bir yeməyin tərifi, bəzən tamaşa edilən bir televizor proqramı, bəzən yaşanan gündəlik bir hadisə, bəzən də oxunan adi bir qəzet xəbəri insanlardakı bu xəstəliyi ortaya çıxara bilər.

Əlbəttə ki, adi gündəlik söhbətlərdə belə bu rəftarı göstərən insan daha əhəmiyyətli və həyati mövzularda son sözü özündən başqa kiminsə deməsinə izn verməz.

Bir çox insan özündəki bu vərdişi şəxsiyyətli olmaq,  ağıllı hərəkət etmək, ya da şəxsiyyətini ortaya qoymaq kimi düşüncələrlə təyin edə bilər. Amma nə cür adlandırılırsa-adlandırılsın, son sözü demək vərdişi çox böyük çatışmazlıqdır. İnsan, həqiqətən, çox ağıllı ola bilər. Hamıdan daha təcrübəli, daha əsaslı düşünən biri ola bilər. Ancaq bununla belə, insanın yalnız öz ağlına güvənməsi, öz dediyində israr etməsi və heç kimin düşüncəsinə etibar etməməsi bir çox cəhətdən səhvdir.

Son sözü demək xəstəliyinin əsasında təkəbbür durur

Bir insanın, nə olursa-olsun, son sözü söyləmədən rahat ola bilməməsi eqoizm, yəni təkəbbür hissi ilə sıx bağlıdır.

Nəfslərindəki hər kəsdən üstün olmaq istəyi onları bu cür rəftara sürükləyir. İstəyirlər ki, yalnız öz dedikləri olsun, hər bir problem onların təklifinə görə həll edilsin, hər kəs bu insanın doğru və yanlışlarına tabe olsun, hamının ən çox hörmət etdiyi, etibar etdiyi şəxs olsunlar. Bunun əksini edən biri olduqda isə eqoizm hissinə qapılan şəxslər bu insanın rəftarından çox narahat olurlar. Özləri kimi son sözü demək xəstəliyinə tutulmuş başqa bir insanla qarşılaşdıqları zaman isə bu şəxsə ciddi şəkildə qarşı çıxır və qalib gəlmək üçün yarışırlar.

Bir mövzuda üstünlük qazanmaq, haqlı çıxmaq, öz fikirlərini qəbul etdirmək və son sözü demək üçün gözəl əxlaqa uyğun olmayan bir çox hərəkət edə bilirlər. Bəzən sərt üslublardan istifadə edərək, qarşısındakının sözünü kəsərək, incidici və iynələyici sözlər söyləyərək, gözəl söhbəti mübahisəyə çevirərək, necə olursa-olsun, bu pis vərdişi davam etdirirlər.

Son sözü demək xəstəliyi insana müxtəlif zərərlər verir

Nitq qabiliyyəti Allahın insanlara verdiyi böyük nemətdir. İnsan hər nemət kimi, bu neməti də Allahın rizasına uyğun istifadə etməlidir. Hər insan axirət günündə davranışları ilə bərabər danışıqlarından da hesaba çəkiləcək və etdiklərinin əvəzini tamamilə alacaq.

Bu həqiqəti qavrayan möminlər həyatları boyu danışıqlarının Allahın razılığına uyğun olmasına diqqət yetirərlər. Ancaq Quran əxlaqından uzaq yaşayanlar möminlərin göstərdikləri bu əxlaqdan məhrumdurlar. Çox vaxt boş və mənasız söhbətlərə dalan bu insanlar danışmağı qürurlarının təmin vasitəsi kimi görürlər. Bunun ən diqqətə çarpan göstəricilərindən biri də son sözü demək xəstəliyidir. Bu cür insanlar:

• Mübahisəçi və əsəbi rəftarları ilə özlərinə və ətraflarına zərər verirlər

Özünü bütün insanlardan üstün görən, hər mövzunu ən yaxşı bildiyini iddia edən və buna görə də, daima son sözü özünün deməsini istəyən insanların ən diqqətə çarpan xüsusiyyətləri fikirlərini qarşı tərəfə qəbul etdirmək üçün mübahisə etmələridir. Buna ən bariz nümunə televizorda gördüyümüz bəzi xəbər proqramlarıdır. Yüksək səslə edilən mübahisələrdə kimin nə dediyinin dəqiq aydın olmadığı bu proqramlar ya iştirakçılardan birinin hirslənərək proqramı tərk etməsi, ya da izləyənlərin heç bir nəticə əldə edə bilməməsi ilə yekunlaşır. Xəbər proqramlarında olduğu kimi, gündəlik həyatda da bəzi insanlar qarşısındakına öz fikirini qəbul etdirmək və son sözü demək üçün mübahisə edir, qarşı tərəf qəbul etmədikdə hirslənirlər. Halbuki mübahisəçi üslub və əsəbi rəftar ilk növbədə insanın özünə zərər verir. Bu cür insanların əsəbi rəftarlarının meydana gətirdiyi gərginlik öz bədənlərində əks olunur. Əsəbi insanlarda ürək xəstəlikləri, nevroloji pozğunluq və yaddaş itkisi riskinin daha böyük olduğu tibbi cəhətdən sübut edilmişdir. Bədənlərinin rəngi solğun, ağ və ya sarımtıldır. Daim baş ağrısı, bel ağrısı kimi narahatlıqları olur. Çünki qəzəbləri bədənlərini sıxır, bu sıxılma isə sinirlərinə təsir edir. Bu insanlar bəzən öz düşüncələrini qəbul etdirmək üçün kobud rəftara əl atır, qarşılarındakı insana xətər yetirir, hətta öldürə də bilirlər. Bu şəkildə, həm özlərinə, həm də qarşılarındakına böyük zərər vermiş olurlar.

“Ali-İmran” surəsinin 134-cü ayəsində bildirilir ki, qəzəb Allahın bəyənmədiyi davranışdır.

Təkəbbür göstərib lovğalanaraq şirk qoşanlar

Son sözü demək xəstəliyinə tutulmuş insanların ən diqqətəçarpan xüsusiyyətlərindən biri də inkara uymalarıdır. Çünki bu insanlar öz doğrularını və prinsiplərini elə mənimsəyiblər ki, Allahın yoluna dəvət edilmək, iman gətirənlərin yolunu izləmək onlara ağır gəlir. Bu şəxslərin vəziyyətini AllahBuna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər… (Nəml surəsi, 14)” ayəsi ilə bildirir. Rəbbimizin Quranda əmr etdiyi düz yol yerinə öz düşüncələrini ilahlaşdıranlar uca olan Allaha şirk qoşduqlarını və bu fikirləri ilə özlərini cəhənnəmə sürüklədiklərini belə dərk etmirlər. Allah onların vəziyyətini belə xəbər verir:

Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

• Yanlış qərarlar verərək işləri daha da çətinləşdirərlər

Bu şəxslərin başqa bir xüsusiyyəti isə qarşı tərəfin özündən daha ağıllı ola biləcəyini, daha məqsədəuyğun qərarlar verə biləcəyini qəbul etməmələri və buna görə, asan həll edilə bilən işlərin daha da çətinləşməsinə səbəb olmalarıdır. Çünki bu insanlar yaxşı olsa da, başqa fikirlərə bağlıdırlar. Ən kiçik bir tövsiyəyə, öyüdə belə dözümləri yoxdur. Öz ağıllarını bəyəndikləri üçün haqq olan hər cür çağırışa qulaqları tıxalı, gözləri isə bağlıdır. Halbuki insanın həmişə doğrunu görə bilməsi mümkün deyil. Üstəlik imani dərinliyə sahib deyilsə, verdiyi qərarlar və düşüncələr, şübhəsiz ki, hikmətsiz olar. Daha tez və praktik həll ediləcək bir iş bu səbəbdən uzanar və çıxılmaz bir hala gələr. Bu isə həm insanın özünə, həm də ətrafındakı insanlara böyük çətinlik yaradar.

Təvazökar olmaq insanı son sözü demək xəstəliyindən qoruyar

İnsan özünün haqlı çıxmasındansa, əvvəlcə, yanlarındakı müsəlman qardaşlarına sevgi ilə, hörmətlə, təvazökarlıqla, xoş münasibətlə yaxınlaşmalı, doğrunu bilsə belə, mövzunu mütləq onların könüllərini alaraq, mehribanlıqla, onların razı qalacaqları şəkildə həll etməlidir. İnsanın doğru olan bir şeyi tətbiq etməsinin bir sıra gözəl yolları var. İnsanın gözəl əxlaq xüsusiyyətlərinə əhəmiyyət vermədən, yalnız doğru bildiyini söyləyib keçməsi isə Quran əxlaqına uyğun deyil.

Bundan əlavə, insanın hər zaman, hər mövzuda mütləq ən doğru olanı bilməsi çox çətindir. Hər insanın ətrafındakı insanlardan öyrənəcəyi, istifadə edəcəyi, fikir mübadiləsi aparacağı, nümunə götürəcəyi bir çox mövzu var. Bəzən bir nəfərin heç düşünə bilmədiyi bir məsələ heç gözlənilməyən bir nəfərin ağlına gələ bilər. Allah hər kəsə bir mövzunun fərqli cəhətlərini göstərib hər birinə fərqli üsullarla düşünmələrini ilham edə bilər.

Buna görə də, insanın özündən başqa heç kimi söz sahibi qəbul etməməsi, özündən başqasının sözünü dinləməməsi və mövzuya nöqtə qoyanın həmişə yalnız özünün olmasını istəməsi məqbul əxlaq deyil.

Allah Quranda elmini dilədiyi şəxsə verə biləcəyini və hər biləndən üstün bir bilən olduğunu bildirmişdir:

… Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır! (Yusuf surəsi, 76)

Bir müsəlman dünyanın ən ağıllı insanı olsa belə, yenə də mömin qardaşlarına qarşı təvazökar olmalıdır. Quran əxlaqına uyğun olan davranış budur. Mömin ən yaxşı bildiyi bir mövzuda belə bu əxlaqın tələbi olaraq son sözü başqalarının öhdəsinə buraxmalı, hər kəsin fikrinə hörmət etməli, nəzakətlə və könül alaraq hərəkət etməlidir.

Hər şey uca olan Allahın ilhamı ilə həyata keçir 

Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, Allaha və Elçisinə müraciət edin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (Nisa surəsi, 59) 

Yuxarıdakı ayədə bildirildiyi kimi, uca olan Allah möminlərə öz ağıllarına güvənərək hərəkət etməmələrini və son sözü özlərinin deməmələrini, əksinə, elçinin və özlərindən olan rəhbərlərin düşüncələri yönündə hərəkət etmələrini, anlaşılmazlığa düşdükləri mövzularda isə məsələnin xeyirli şəkildə həll edilməsi üçün elçiyə müraciət etmələrini əmr edir. Əslində, bu ayədə Rəbbimiz Allah çox açıq olan həqiqətə diqqət çəkir. Bu, hər şeyin Rəbbimizin idarəsi altında olduğu həqiqətidir. Çünki anlaşılmazlığa düşülən mövzu da, ortaya çıxan fikir də, əmr də, hamısı Allahın ilhamı ilə reallaşdığından hər şey uca olan Allaha aiddir.

Son Sözü Demək Xəstəliyi” üzərinə 4 şərh

  1. Hər şey uca olan Allahın ilhamı ilə həyata keçir

    Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, Allaha və Elçisinə müraciət edin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (Nisa surəsi, 59)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma