2012: Ateizmin Sonu, İnanc Əsrinin Başlanğıcı


Son dövrdə elm və fəlsəfə sahəsində baş verən irəliləyişlərin qarşısını ateizm ala bilmir. Şübhəsiz, ateist dünyagörüşünün sarsılması ilə başqa bir dünyagörüşü dünyaya hakim olacaq ki, bu da Quran əxlaqıdır.

Tarixdə əhəmiyyətli dönüş məqamları mövcuddur. Hal-hazırda da dönüş məqamlarından birindəyik. Bəzi insanlar bunu qloballaşma və ya informasiya əsrinin başlanğıcı adlandırırlar. Son 20-25 ildir ki, elm və fəlsəfə sahəsində baş verən irəliləyişlər sayəsində XIX əsrdən etibarən elm və düşüncə dünyasına təsir edən ateizm süqut edir.

Ateizm XVIII əsr Avropasındakı bəzi din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması ilə inkişaf etdi. Diderot, Baron, Holbax kimi materialistlər kainatın sonsuzdan bəri var olan maddə olduğunu və maddədən başqa bir varlığın olmadığını irəli sürdülər. XIX əsrdə ateizm daha da yayıldı. Feyerbax, Marks, Engels, Nitçşe, Darkheym, Freyd kimi mütəfəkkirlər ateist düşüncəni elm və fəlsəfə sahələrində tətbiq etdilər.

Ateizmə ən böyük dəstək verən insan isə yaradılışı inkar edən və təkamül nəzəriyyəsini qarşıya qoyan Çarlz Darvin oldu. Darvinizm ateistlərin əsrlərdir cavab verə bilmədikləri “Canlılar və insan necə var oldu?” sualına “elmi” cavab gətirdi. XIX əsrin sonlarında ateistlər hər şeyi açıqladıqlarını zənn etdikləri dünyagörüşü meydana gətirdilər. Bu dünyagörüşü:

-Kainatın yaradıldığını inkar edir və kainatın sonsuzdan bəri var olduğunu, başlanğıcının olmadığını deyirdi.

-Kainatdakı nizam və tarazlığın təsadüfən olduğunu irəli sürür, kainatda heç bir məqsədin olmadığını iddia edirdi.

-Canlıların və insanın necə var olduğunun darvinizm tərəfindən açıqlandığını zənn edirdi.

-Tarix və sosiologiyanın Marks və Darkheym, psixologiyanın isə Freyd tərəfindən ateist prizmadan açıqlandığını zənn edirdi.

Bu fikirlərin hər biri XX əsrdəki elmi, siyasi və ictimai tərəqqi ilə yanlış olduğu ortaya çıxdı. Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox nailiyyət, təsbit və nəticələr ateizmin bütün fərziyyələrini sarsıtdı.

İndi müxtəlif elm sahələrinin bu istiqamətdə ortaya qoyduqları nəticələri qısaca analiz edib, ateizmdən sonrakı dövrün bəşəriyyətə nə gətirəcəyinə baxaq.

Kosmologiya: sonsuz kainat anlayışının süqutu və yaradılışın kəşf edilməsi

Fridrix Nitçşe kimi XIX əsr filosofları ateizmin cəmiyyətdə yayılması üçün böyük səy göstərdilər. XXI əsrdə isə elmin hər budağında ateist dünyagörüşünün verdiyi zərərlər ortaya çıxdı. XX əsr elminin ateizmə vurduğu ilk böyük zərbə kosmologiya sahəsində oldu. Sonsuzdan bəri var olan kainat inancının əsassızlığı ortaya çıxdı və kainatın bir başlanğıcının olduğu, başqa sözlə desək, yoxdan yaradıldığı elmi dəlillərlə sübut edildi.

Sonsuzdan bəri var olan kainat inancı qərb dünyasına materialist fəlsəfə ilə birlikdə daxil olmuşdu. Qədim Yunanıstanda yayılan bu fəlsəfə maddədən başqa bir varlığın olmadığını müdafiə edir, kainatın sonsuzdan bəri var olduğunu, sonsuza qədər də mövcud olacağını ortaya qoyurdu. Müasir dövrdə qərbli elm və fikir adamlarının yenidən qədim yunan qaynaqlarına maraq göstərmələri ilə birlikdə materializm də yenidən qəbul edilməyə başladı.

Materialist kainat anlayışını müasir dövrdə ilk dəfə müdafiə edən məşhur alman filosofu İmmanuel Kant oldu. Kant kainatın sonsuzdan bəri var olduğunu və bu sonsuzluq içində hər ehtimalın mümkün sayıldığını irəli sürdü. XIX əsrdə isə kainatın bir başlanğıcının, yəni yaradılış anının olmadığı geniş şəkildə qəbul edilməyə başladı. Karl Marks, Fridrix Engels kimi dialektik materialistlərin bu iddiaları XX əsrə də yayıldı.

Politzer yaradılışa qarşı sonsuz kainat fikrini müdafiə edərkən, elmin onun tərəfində olduğunu sanırdı. Halbuki, elm çox keçmədən, Politzerin: “Əgər elədirsə, bir Yaradıcı olduğunu qəbul etmək lazımdır”, – deyərkən ifadə etdiyi gerçəyi, yəni kainatın bir başlanğıcının olduğunu isbat etdi.

Bu isbat XX əsr astronomiyasının bəlkə də ən əhəmiyyətli anlayışı olan “Big Bang” nəzəriyyəsindən gəldi. Beləliklə, maddə və zaman həcmsiz nöqtənin partlaması ilə ortaya çıxmışdı. Başqa sözlə desək, kainat yoxdan yaradılmışdı.

Nəticədə, müasir astronomiyanın gəldiyi nəticə budur: maddəni və zamanı hər ikisindən də müstəqil olan, sonsuz güc sahibi bir Yaradıcı var etmişdir. Yaşadığımız kainatı var edən sonsuz güc və ağıl sahibi olan Allahdır.

Təbiət elmləri: darvinizmin iflası və şüurlu dizaynın zəfəri

Yuxarıda da qeyd etdiyimiz kimi, XIX əsrdə zirvəyə qalxan ateizmin ən əhəmiyyətli dayağı darvinin təkamül nəzəriyyəsidir. Darvinizm insanın və bütün canlıların mənşəyinin şüursuz təbiət mexanizmləri olduğunu irəli sürməklə ateistlərə əsrlərlə axtardıqları fürsəti təmin etmişdir.

Paleontologiya, biokimya, anatomiya, genetika kimi elm sahələrinin ortaya qoyduğu tapıntılar təkamül nəzəriyyəsini müxtəlif istiqamətdən süqut etdirdi. (Harun Yəhya, Həyatın gerçək mənşəyi)

Bu həqiqətlər XX əsrin sonunda darvinizmi küncə sıxışdırdı. Bu gün başda ABŞ olmaqla, bir çox qərb ölkələrində elm adamları arasında şüurlu dizayn (intelligent design) anlayışı yayılır. Elmi tapıntılar canlılarda dizayn olduğunu göstərir və bu da yaradılışı sübut edir. Qısacası, elm Allahın bütün canlıları yaratdığını bir daha təsdiq edir.

Psixologiya: freydizmin iflası və inancın qəbul edilməsi

Psixiatr Ziqmund Freyd ruhun varlığını inkar edən, insanın bütün mənəvi dünyasını cinsi və oxşar dünyəvi impulslarla izah etməyə çalışan psixologiya nəzəriyyəsini ortaya atdı. Ən böyük hücumu isə dinə qarşı idi. 1927-ci də nəşr olunan “Bir illüziyanın gələcəyi” (The Future of an Illusion) adlı kitabında dini inancın bir növ ağıl xəstəliyi (nevroz) olduğunu irəli sürür və bəşəriyyətin inkişaf etməsi ilə birlikdə dini inancların tamamilə ortadan qalxacağını iddia edirdi. Freyddən sonra da psixologiya elmi ateist təməldə inkişaf etdi.

Ancaq psixoloqların çoxunun içinə düşdüyü bu böyük aldanışın özlərinin apardıqları psixoloji araşdırmalar sayəsində yalan olduğu üzə çıxdı. Əvvəlcə freydizmin əsas fərziyyələrinin heç bir elmi dayağının olmadığı ortaya çıxdı. Amerikalı yazıçı Patrik Qlinnin sözü ilə desək, XX əsrin sonunda müasir psixologiya dinlə yenidən tanış olmağa başladı və insanın zehni həyatı haqqındakı sekulyar dünyagörüşünün həm nəzəri, həm də praktik səviyyədə çökdüyü ortaya çıxdı”.

Tibb: qəlblərin necə rahat olmasının kəşfi

Amerikanın Sağlamlıq Araşdırmaları Milli Mərkəzinin əməkdaşı David B. Larson tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, dindarlar digər insanlara nisbətən ürək xəstəliyinə 60% daha az tutulur, onlar arasında intihar hadisələri 100% daha aşağı olur, onlar təzyiq xəstəliyinə daha az tutulurlar. Siqaret çəkənlər arasında onların 1/7 nisbətdə olduğu ortaya çıxmışdır.

Bu, onu göstərir ki, Allaha olan inanc hər hansı bir mənəvi təsirdən daha güclüdür. Benson bu araşdırmadan sonra heç bir inancın Allaha olan inanc kimi zehnə rahatlıq vermədiyi nəticəsinə gəldiyini açıqlamışdır.

Bəs niyə imanla insanın ruh və bədəni arasında belə xüsusi bir əlaqə var? Sekulyar tədqiqatçı olan Benson belə nəticəyə gəlmişdir ki, insan bədəni və zehni Allaha görə nizamlanmışdır.

Müasir tibb yuxarıda qeyd etdiyimiz tapıntılar işığında bu gerçəyin fərqinə varmaq yolundadır. Qlinnin ifadəsi ilə desək, müasir tibb müalicənin maddi üsullardan başqa ölçüləri olduğunu qəbul etmə yolunda irəliləyir.

Cəmiyyət: kommunizmin və faşizmin iflası

Ateizmin XX əsrdəki iflası siyasət və ictimai əxlaq səviyyəsində də etibarlı oldu. Kommunizmin dağılması bunun əhəmiyyətli nümunələrindən biridir. İdeologiyanın qurucuları olan Marks, Engels, Lenin, Trotski və ya Mao ateizmi ən fundamental prinsip kimi mənimsəmişdilər. Kommunist rejim ateizmin cəmiyyətə mənimsədilməsini və dini inancların yox edilməsini vacib hədəf etmişdi.

XX əsr yalnız kommunizmin deyil, XIX əsrdəki din əleyhdarı fəlsəfələrin başqa meyvəsi olan faşizmin də süqutunu sənədləşdirmişdir. Faşizm ateizm ilə bütpərəstliyin qarışığı sayılan və İlahi dinlərə düşmən olan fəlsəfənin məhsuludur. Faşizmin fikir atası Fridrix Nitçşe bütpərəst barbar cəmiyyətlərin əxlaqını tərifləmiş, başda xristianlıq olmaqla İlahi dinlərə hücum etmiş, hətta özünü dəccal (antixrist) adlandırmışdır. Nasist Almaniyasındakı qorxunc vəhşilikləri Nitçşe və davamçısı Martin Haydeggerin düşüncələri doğurmuşdur. 55 milyon insanın həyatına bais olan II Dünya Müharibəsi ateizmin bəşəriyyətə gətirdiyi fəlakətlərin nümunəsidir.

Ateist mənşəli və ictimai təxribata gətirib çıxaran hərəkatlardan biri də 60-70-ci illərdə yayılan cinsi inqilab hərəkatıdır. Bu hərəkatın böyük ictimai yaralar açdığı sekulyar tarixçilər tərəfindən də qəbul edilir.

Bütün bu ateist mənşəli tətbiqlərin həmişə fəlakətlə nəticələnməsi, ictimai baxımdan da ateizmin tam süqut etdiyinin dəlillərindəndir.

Yeganə həll: Quran əxlaqı

Bura qədər qısaca yekunlaşdırdığımız məlumatlar ateizmin iflas etdiyini göstərir. Başqa sözlə desək, bəşəriyyət Allaha yönəlir. Məşhur dövlət adamlarından kino ulduzlarına və ya pop sənətçilərinə qədər qərb cəmiyyətinin bir çox öndəri əvvəlkindən daha dindardır. Uzun illər ateist olaraq yaşadıqdan sonra gördüyü gerçəklər qarşısında Allaha iman gətirən bir çox insan var. (Harun Yəhya, Qərb dünyası Allaha yönəlir)

Buna səbəb olan elmi tərəqqinin 1970-ci illərin ikinci yarısından etibarən başlaması isə olduqca maraqlı bir vəziyyətdir. Şübhəsiz, ateist dünyagörüşünün sarsılması, yerinə başqa bir dünyagörüşünün hakim olması mənasını verir ki, bu da Quran əxlaqıdır. Dünya 1970-ci illərin sonlarından (və ya hicri təqvimi ilə XIV əsrin əvvəllərindən) etibarən dinin yüksəlişinə səhnə olur. Digər ictimai formasiyalar kimi bu da bir gündə deyil, uzun zaman ərzində reallaşdığı üçün bir çox insan bunun fərqinə vara bilmir. Halbuki, inkişafları bir az diqqətlə qiymətləndirənlər dünyanın fikri sahədə böyük dönüş nöqtəsində olduğunu görürlər.

Əsrlərlə insanlara ağıl və elmin yolu kimi göstərilən ateizmin böyük bir ağılsızlıq və cəhalət olduğu açıq şəkildə ortaya çıxır. Ateizmdən xilas olan dünya Allaha və dinə yönələcək.

Şübhəsiz, bu dövrdə müsəlmanların üzərinə əhəmiyyətli vəzifələr düşür. Müsəlmanlar bu böyük fikri dəyişikliyin fərqində olan, onu şərh edən, qloballaşmanın səbəb olduğu imkanlardan istifadə edən, bu yolla həqiqəti ən yaxşı təmsil edən insanlar olmalıdırlar.

Sekulyar tarixçilər bu faktı izah etməyə çalışacaqlar. Ancaq onlar Allahın varlığı mövzusunda dərin bir yanılma içində olduqları kimi, tarixin axışı mövzusunda da dərin bir yanılmadadırlar. Əslində, tarix Allahın təyin etdiyi qədərə (sünnətullaha) görə işləyir. Allah bunun bizə: Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən (Fatir surəsi, 43)”, – buyuraraq bildirir. Bu səbəbdən, tarixin bir məqsədi var. Tarix Allahın dilədiyi kimi inkişaf edir. Bir ayədə belə buyurulur: “Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar”. (Tövbə surəsi, 32)

Allah vəhy etdiyi İlahi dinlərlə insanlara nurunu endirmişdir. İnkarçılar isə bu nuru ağızları ilə, yəni sözləri, təlqinləri, təbliğatları və fəlsəfələri ilə söndürmək istəyirlər. Ancaq Allah nurunu tamamlayacaq, yəni din əxlaqını dünyaya hakim edəcək.

Bunlar göstərir ki, Allahdan bixəbər yaşayan bir çox qafil insanın imanla şərəflənəcəyi ateizmdən sonrakı dövr sürətlə yaxınlaşır.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma