Axirətdəki Peşmançılıq


Dindən uzaq yaşayan insanlar axirətdə dünyada keçirdikləri hər anın peşmançılığını yaşayacaqlar. Çünki onlara dünyada dəfələrlə xəbərdarlıq edilmiş və doğru yol göstərilmişdir. Onlara verilən müddət ərzində düşünə biləcəkləri və doğrunu müəyyən edə biləcəkləri vaxtları çox olmuşdur. Ancaq bu anları həmişə gözardı etmiş, xəbərdar edildiklərində dinləməmiş və dünya həyatının sona çatmayacağı hissinə qapılaraq axirəti unutmuşlar. Bu cür insanlar cəhənnəmlə qarşılaşanda artıq geri dönə bilməyəcəklər.

İnsan təhlükə ilə üzləşdiyində vicdanı sürətlə hər şeyin hesabatını aparmağa başlayır. Dünyada keçirdiyi ömrünü və bu müddət ərzində gördüyü işləri bir-bir qiymətləndirir. Əgər bu insan dünyada yaxşı işlər görməyibsə, Allahın dininə riayət etməyibsə, o zaman içini böyük peşmançılıq bürüyür. Həyatı boyu heç vaxt düşünmədiyi həqiqətlər bir anda bütün açıqlığı ilə gözünün önünə gəlir. Bəlkə də həyatında ilk dəfə ölümün, həqiqətən, çox yaxın olduğunun fərqinə varır. Cənnətə layiq ömür sürmədiyini və keçirdiyi peşmançılıq hissinin də bundan qaynaqlandığını anlayır. Allaha qarşı etdiyi nankorluğu dərk edir və bu davranışının əvəzsiz qalmayacağını da vicdanı ilə hiss edir. O ana qədər heç vaxt keçirmədiyi qorxu hissi içini bürüyür. Bu vəziyyətdən onu yalnız Allahın qurtara biləcəyini anlayır. Əgər xilas olsa, bundan sonra yaşadıqlarını qətiyyən unutmayacağına, Allaha çox şükür edəcəyinə və həyatının qalan hissəsini Allahın rizasına uyğun yaşayacağına dair söz verir. O, təhlükədən xilas olmaq üçün yalvara-yalvara Allaha dua edir. Yetər ki, xilas olsun və əlinə bir daha yaşamaq fürsəti düşsün…

Nankorluğun fərqinə varmaq

Amma bir çox insan təhlükə sovuşduqdan sonra Allaha verdiyi sözə sadiq qalmır. Allah onu xilas etdikdən sonra əvvəlki ruh halına qayıdır. Peşmançılıq və təslimiyyət yerini bir anda nankorluğa verir. Ölümlə burun-buruna gəldiyində düşündüyü və fərqinə vardığı həqiqətləri bir anda unudur. Sanki Allaha dua edən və o peşmançılığı yaşayan o deyilmiş kimi Allahdan üz çevirir. Əvvəlki həyatına qaldığı yerdən, bəlkə də dünyaya daha da bağlanaraq davam edir.

İnsanlar hər hansı bir çətinliklə qarşılaşdıqları an Allaha yönəlirlər. Ancaq təhlükədən xilas olduqdan sonra bir anda Allaha verdikləri sözü unudaraq nankorluq edirlər. Buradan belə aydın olur ki, insanların yaşadıqları peşmançılıq təhlükə anındakı çarəsizliklərindən qaynaqlanır.

Əsl peşmanlıq

İnanan insanlara xas olan peşmançılıq isə belə deyil. Əsl peşmançılıq bir anda unudulmayan, insanı hərəkətə gətirən, hətta bəzən insanda əsaslı dəyişikliklər meydana gətirən hissdir. Səmimi peşmançılığı qəlbində hiss edən insan həyatının ona bağışlanan sonrakı hissəsini Allahın rizasına uyğun yaşayar və Allahdan bağışlanmasını ümid edər. Şərait dəyişsə və ona yeni fürsət verilsə, əsla əvvəlki davranışına geri dönməz. Çünki belə bir nankorluğun, Allahın ayələrində bildirildiyi kimi, yalnız öz əleyhinə olacağını bilir.

İnsanın bunları düşünməsi və doğru qərar verməsi üçün mütləq təhlükə ilə qarşılaşması vacib deyil. Hətta belə bir təhlükə ilə qarşı-qarşıya olmadığı üçün də aldanmamalıdır. Belə bir vəziyyətə heç düşməyəcəyini düşünən insan bəlkə çox yaxın bir zamanda buna bənzər bir hadisə ilə qarşılaşacaq və ya bəlkə də həyatının sonuna qədər belə bir hadisə ilə qarşılaşmayacaq. Amma qəti olan bir şey vardır ki, insan üçün təqdir edilən ölüm anı gəlib çatanda ölüm mələklərini yanında görəcək. Ölüm həqiqətini gördüyü anda, əgər Allahın rizasına uyğun yaşamamışsa, mütləq peşman olacaq.

İnsan məhz bu peşmançılıqla dünyada da, axirətdə də sonsuza qədər qarşılaşmamaq üçün Allaha yönəlməli, Ondan qorxub çəkinməli, Onun Quranda bildirdiyi əmrləri yerinə yetirməlidir. Ölüm çox yaxındır. Buna görə də, insan heç nəyi təxirə salmamalı, verdiyi səmimi qərarları səbir və iradə ilə tətbiq etməlidir. Allaha olan yaxınlıq və səmimiyyətinin ölçüsü isə çarəsizlik və təhlükə anında Allaha yönələn insanın yaxınlığı və səmimiyyəti qədər olmalıdır. Bu yaxınlıq və səmimiyyəti isə bütün həyatı boyu davam etdirməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma