Hər İnsan Vəhylə Hərəkət Edir


İnsan vəhylə necə hərəkət edir?

Peyğəmbərlərə gələn vəhy ilə insanlara gələn vəhy arasındakı fərq nədir?

Hz. Mehdi (ə.s) vəhy alacaqmı?

Allah hər insana gözəl davranmağı və danışmağı, sağlam fikirlə mühakimə yürütməyi, doğrunu və yanlışı bir-birindən ayırd etməyi ilham edir. Bu mənəvi xüsusiyyət vicdandır.

Allahın hər insana vəhyi: vicdan

Vicdan bütün insanlarda ortaqdır. Yəni bir insanın vicdanına görə doğru olan şey eyni şərtlər daxilində başqa insanların vicdanlarına görə də doğrudur. Vicdanlar heç vaxt bir-birinə zidd olmaz. Bunun səbəbi vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. İnsan vicdanını dinlədikdə Allahın vəhyi ilə hərəkət etmiş olur. Allah hər insana vicdanı vasitəsilə Öz rizasına uyğun ən doğru davranışları bildirir.

Vicdanın Allahın ilhamı olduğu Qurani-kərimin “Şəms” surəsində belə bildirilir:

And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini ilham edənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapmışdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

Yuxarıdakı ayələrdə Allah nəfsə günahları (günah etməyi, üsyan etməyi, fasiq olmağı, yalan danışmağı, Allaha itaətsizlik etməyi, haqdan üz çevirməyi, nizam-intizamı pozmağı, əxlaqi degenerasiyanı) və eyni zamanda bu günahlardan çəkinməyi ilham etdiyini bildirir. İnsanı pisliklərdən çəkindirən və ona doğru yolu göstərən məhz vicdanıdır.

Vicdanın ən mühüm xüsusiyyətlərindən biri isə insanın öz-özünə doğru yolu tapmasına kömək etməsidir. Heç kim göstərməsə də, vicdan insana doğru yolu göstərir. Ancaq insan vicdanını dinləməli və dediklərini tamamilə yerinə yetirməlidir. Buna görə, vicdanın səsini dinləmək din əxlaqının əsas ünsürüdür.

Hər insan şüur sahibi olduğu andan etibarən uca  Allahın ona ilham etdiklərindən, yəni vicdanının söylədiklərindən məsuldur. Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanan hər insan artıq vicdanının səsini eşidər. Nəfsi ilə vicdanını ayırd edəcək qabiliyyətə və vicdanına tabe olacaq iradəyə sahib olar. Artıq bundan sonra qarşılaşdığı hadisələr zamanı seçdiyi yola görə məhşər günündə sorğu-sual olunacaq, vicdanına tabe olarsa, Allahın əbədi cənnətinə layiq görüləcək, nəfsinə tabe olarsa,  “qapıları kilidlənmiş” əbədi cəhənnəm əzabı ilə qarşılaşacaq.

Peyğəmbərlərə gələn vəhyə görə bütün insanlar məsuldur

Rəbbimizin qullarına sonsuz lütfü kimi göndərdiyi peyğəmbərlər tarix boyu bütün xalqları Allahın varlığından, birliyindən, sonsuz güc və qüdrət sahibi olduğundan, axirət günündən və Rəbbimizin qullarından xəbərdar ediblər. Allah bu həqiqəti Quranda belə bildirir:

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin!” – deyə elçi göndərmişdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə dolaşıb görün ki, (haqqı) yalan hesab edənlərin axırı necə oldu! (Nəhl surəsi, 36)

Allahın xüsusi seçdiyi və üstün xüsusiyyətlər bəxş etdiyi mübarək insanlar olan elçilər həmişə güclü imanları, gözəl əxlaqları, üstün xarakterləri və nümunəvi davranışları ilə ətrafın diqqətini çəkmiş, yaşadıqları qafil və azğın icmadan ayrılmışlar. Onları digər insanlardan fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də Allahdan vəhy almalarıdır. Allah “Nisa” surəsində belə buyurur:

Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. (Nisa surəsi, 163)

Allahın peyğəmbərləri vasitəsilə insanlara çatdırdığı vəhyinə görə bütün insanlar böyük məsuliyyət daşıyır. Çünki Allah ayələri ilə insanlara doğru yolu göstərmiş, ibadət formalarını öyrətmiş, gözəl əxlaqı tərif etmiş və Öz dinini tam bildirmişdir. Rəbbimiz saleh əməllərin və ibadətlərin nələr olduğunu peyğəmbərlərə vəhy vasitəsilə bildirdiyini “Ənbiya” surəsində belə xəbər verir:

Biz Öz əmrimizlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. (Ənbiya surəsi, 73)

Hz. Mehdi (ə.s.) vəhy alar, ancaq xəbəri olmaz. Allah qəlbinə ilham edər

Axırzamanın mübarək şəxsi olan hz. Mehdi (ə.s) də vəhy alar, ancaq aldığı vəyh peyğəmbərlərə gələn vəhydən fərqlidir. Çünki peyğəmbərlər vəhy aldıqlarına “Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir elçiyəm! (Şüəra surəsi, 107)” ayəsində diqqət çəkildiyi kimi, açıq şəkildə təbliğ ediblər. Hz. Mehdi (ə.s) isə açıq-aşkar vəhy almadığı və möcüzə göstərmədiyi üçün fərqlidir. Bu, əlbəttə, hz. Mehdinin (ə.s) mənəvi məqamı baxımından uca Allahın çox böyük lütfüdür.

Hz. Mehdinin (ə.s) vəhy aldığından xəbəri olmaz. Lakin Allah bu dəyərli şəxsin qəlbinə doğrunu yanlışdan ayırd etməyi ilham edər. Hz. Mehdi (ə.s) bu vəhylə hərəkət etdiyini bilər, ancaq bunu özü düşünürmüş kimi hiss edər.

Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) bu vəhylə səhv etməyəcəyini bildirir. Hz. Mehdi (ə.s) əhkamda (verdiyi hökmlərdə) məsumdur. Səhv etdikdə mütləq yenə doğruya yönələr. Çünki Allah hz. Mehdinin (ə.s) səhv etməsinə izn vermir. Bu baxımdan məsum imam xüsusiyyəti ancaq hz. Mehdiyə (ə.s) xasdır. Çünki Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) doğulduğu andan etibarən bir mələyi olacağını, bu mələk vasitəsilə səhv etməsinə izn verilməyəcəyini bildirmiş və həmişə Allahın onu xüsusi qoruyacağına diqqət çəkmişdir.

“(HZ. MEHDİ (Ə.S)) PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) YOLUNU GEDƏCƏK. GÖZÜNƏ GÖRÜNMƏDƏN ONA YARDIM EDƏN BİR MƏLƏK OLACAQ. BİTKİNİ CANLANDIRACAQ VƏ ZƏİFƏ KÖMƏK EDƏCƏK”. (Şeyh Muhiddin Arabi, Fütuhatül Makiyye, Bölüm 366)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma