Müsəlman Allahın Bəyənmədiyi Danışıq Üslubundan İmtina Edər


·  Müsəlmanlar hansı danışıq üslubundan çəkinərlər?

·  Allahın bəyəndiyi danışıq üslubu hansıdır?

Nitq insanların fikir, düşüncə və hisslərini, istək və arzularını ifadə etmələrinə, bir-birləri arasında ünsiyyət qurmalarına kömək edir. Quran əxlaqından uzaq yaşayan insanlar isə ünsiyyət vasitəsindən bir-birlərini narahat etmək üçün istifadə edərlər. Bu cür insanlar bütün komplekslərini, şəxsiyyət pozuqluqlarını, psixoloji problemlərini, ruhi sarsıntılarını danışıqları əsnasında ortaya tökərlər. Halbuki, Allah möminlərin danışıqlarının hikmətli olmasını əmr etmişdir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Fiziki qüsurları dilə gətirən danışıqlar:

İnsanların fiziki qüsurlarını dilə gətirmək bəzi insanların danışığında böyük yer tutur. Məsələn, uzun boylu bir insan və ya başqa fiziki qüsuru olan insan görəndə  o adamın fiziki xüsusiyyətlərinə lağ etmək, qarşı tərəfin qüsurlu xüsusiyyətinə eyham etmək üçün o şəxsin xüsusiyyətinin əksini tərifləyərək alçaltmağa çalışmaq bu danışıq üslubuna daxildir. Əslində, bu cür insanlar son dərəcə qafil olduqları üçün olduqları vəziyyəti təqdir edənin Allah olduğunu, diləsə onları da bu cür əskikliklərlə imtahan edə biləcəyini düşünə bilməzlər.

İstehzalı zarafatlarla və ya pis ləqəblər qoşaraq danışmaq:

Bu danışıq tərzində qarşı tərəfi hörmətdən salmaq, əzməyə çalışmaq, öz üstünlüyünü ortaya qoymaq üçün üslub, səs tonu və sözlər xüsusi olaraq seçilir. Qarşıdakı adamın qüsuruna eyham edərək “bu, əslində, çox yaraşıqlı, çox ağıllı, çox varlıdır” kimi istehzalı üslubdan istifadə edilir. Bununla bərabər, mühitdə səhv edən birinə lağ etmək, əyləncə mövzusu etmək üçün yaxşı niyyətli bir adamla xüsusilə eyham yolu ilə zarafat etmək, onun hər hərəkətinə, hər sözünə lağ edərək zarafata davam etmək, sevmədiyi, əzmək istədiyi bir şəxslə, xüsusilə, izdihamlı mühitlərdə hörmətdən salıcı şəkildə zarafat etmək bu danışıq üslubunun çirkin üsullarına aiddir. Halbuki, istehza, alçaltma, ləqəb qoşma kimi davranışlar Quranda şiddətlə qınanmış və qadağan edilmişdir:

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)

Acizlikləri dilə gətirən danışıqlar:

İnsanların sahib olduqları bəzi acizliklər din əxlaqından uzaq yaşayan insanların zarafat mənbəyidir. Ağıl və iradə ilə daim ortadan qaldırılması lazım olan və ağıllı insanın əsla mövzusunu etməyəcəyi, dilə gətirməyəcəyi acizliklər Quran əxlaqından uzaq yaşayan insanların danışıqlarında geniş yer tutur, hətta onları güldürür. Halbuki, möminlər insanın heç bir acizliyinin mövzusunu eşitmək belə istəməz, istəmədən eşitsə də bunları eşitməzlikdən gələr. Din əxlaqından uzaq yaşayan insanlar isə, bunun əksinə, acizlikləri ön plana çıxaran zarafatlar edər və bunlara gülərlər. Primitiv bir əyləncə anlayışını əks etdirən bu zarafatlara bəzən filmlərdə, TV proqramlarında da rast gəlmək mümkündür.

Deyinmək və şikayətçi üslubla danışmaq:

Bəzi insanlar gün ərzində qarşılaşdıqları mövzular haqqındakı düşüncələrini “öz-özlərinə deyinərək” dilə gətirərlər. Bəzən narahat olduqları bir şey, bəzən naqislik olduğunu düşündükləri bir mövzu, bəzən gördükləri səhv rəftar, eşitdikləri bir söz bu insanların çox düşünmədən dərhal bu mövzulardakı narahatlıqlarını ifadə etmələrinə səbəb olar.

Əslində, insanın gördüyü səhvi  dilə gətirməsi yanlış deyil. Amma bu danışığın səhv olmaması üçün mütləq (Allah rizası üçün) o səhvi düzəltmək lazımdır. Bir də əgər ortada səhv rəftar, söz ya da hadisə varsa, o zaman bunu mütləq mövzunu həll edə bilən insanlara çatdırmaq lazımdır. Eyni zamanda, səhvi ən gözəl, ən hikmətli, ən məqsədəuyğun sözlərlə qarşı tərəfə açıqlamaq lazımdır.

Deyinmə vərdişində sadaladığımız hədəflərin heç biri yoxdur. Məqsəd yalnız adamın ağlına gələnləri söyləyərək əsəbini aradan qaldırmasıdır. Bu da, deyinmənin nə qədər boş və səhv olduğunu dəqiq şəkildə ortaya qoyur.

Məsələn, “Bunu bura kim qoydu?”, “Bura bax, neçə gündür buranı heç təmizləyən olmayıb!”, “Nə qədər səs-küy salırlar!”, “Nə qədər çox sual verirlər?”, “Bax, yenə bunu səhv edib, neçə dəfə izah etmişəm!”, “Yenə ətrafı səliqəyə salmayıb!” kimi deyinmə növləri bir çox insanın heç düşünmədən gün boyu təkrarladığı cümlələrdəndir. Halbuki, mömin deyinmə vərdişinin Allaha inanan, qədəri, dünya həyatının imtahan yeri olduğunu və axirəti bilən bir insanın əxlaqına uyğun olmadığını bilər. Deyinmək möminin nəcibliyinə, şüuruna və vicdanına yaraşmayan bir rəftardır. Müsəlman lazım olsa gördüyü hər çatışmazlığı tək başına düzəldər, amma yenə də bunlardan şikayət etməz.

Dedi-qodu etmək:

İslam əxlaqının yaşanmadığı mühitlərdə geniş şəkildə nəzərə çarpan danışıq pozuqluğundan biri də dedi-qodudur. Bu cür mühitlərdə yaşayan bəzi insanlar vaxtları və  imkanları olmasa da dedi-qodu etmək üçün mütləq fürsət taparlar. Bəzən qapı qarşısında qonşularla, bəzən saatlarla telefonda, bəzən də çay və qəhvə ziyarətlərində bu mənzərəni görmək mümkündür. Ancaq burada əhəmiyyətli olan məqam odur ki, bu cür insanlar dedi-qodudan dərin zövq alırlar. Çünki dedi-qodu əsnasında bəhsi keçən adam hörmətdən salınıb-alçaldılarkən, dedi-qodunu edənlər özlərini üstün göstərməyə çalışırlar. Bu səbəbdən, yığıncaqlarda danışa biləcəkləri bir çox faydalı və ya zövqlü mövzu varkən, onlar israrla mövzunu dedi-qoduya çevirərlər. Qonşularını, dostlarını, qohumlarını, yoldaşlarını, tele-ulduzlar və hətta yoldan keçən adamları belə dedi-qoduya daxil edərlər.

Allah Quranda insanlara qeybət etməyin Quran əxlaqına uyğun olmadığını belə bildirmişdir:

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)

Düşüncəsiz danışıqlar:

Bəzi insanların danışıqlarında düşüncəsizlik tez-tez özünü büruzə verir. İzah etdiyi mövzu və ya istifadə etdiyi üslub qarşı tərəfin maraq dairəsinə daxil olmadığı halda, bunun fərqinə varmayıb izah etməyə davam etmək, əvvəl bəhs etdiyi şeyləri unudub təkrarən izah etmək, hər kəsin bildiyi şeyləri orijinal mövzu izah edirmiş kimi izah etmək, qarşısındakı adamın vaxtı olmadığı halda, onu sözə tutmaq bu cür insanlara xas düşüncəsizliyin ən diqqətə çarpan nümunələrindəndir. Bununla yanaşı, yersiz və pis zarafatlar etmək danışıqların daha da hikmətsiz hala gəlməsinə səbəb olur.

Çox vaxt qəsdən bir alçaltma və ya lağ etmə məqsədi olmadığı halda, şüursuzca danışılan söhbətlərdə insanları təhqir etmək adamlıq dini insanına məxsus davranışdır.

Möminlərin danışıq üslubları hikmətli və nəcibdir

Müsəlmanların gözəl xüsusiyyətlərindən biri səmimiyyətləridir. Bir söz söyləyəcəkləri zaman bunu sözün ən gözəli ilə, birbaşa və açıq şəkildə dilə gətirərlər. Dolambac üsullardan, atmacalı danışıqlardan çəkinərlər. Din əxlaqına görə yaşamayan cəmiyyətlərdə “söz atma” kimi məşhur üslubdan, zarafatlarında qarşılarındakına mesaj vermək üçün istifadə etməzlər. Rəftar və hərəkətləri ilə ətrafdakı insanlara nəsə izah etməyə çalışmazlar. Söyləmək istədikləri bir şey olanda, onu səmimiyyətlə, yumşaq şəkildə, təhqir etməyəcək sözlərlə və ən aydın şəkildə qarşılarındakı insana açıqlayarlar. Məqsədləri qəzəblərini büruzə vermək, qarşı tərəfi hörmətdən salmaq, etdiyi səhvə görə o adama dərs verməyə çalışmaq, onun rəftarına eyni tərzdə cavab vermək deyil. Əksinə, məqsədləri Allah rizası üçün yalnız qarşı tərəfə fayda verməkdir. Bu niyyətləri rəftarlarına əks olunduğu üçün qarşılarındakı insanlar da onların səmimi sözlərini və ya tənqidlərini nəzərə alar və rəftarlarındakı çatışmazlıqları düzəltməyə çalışarlar. Quranda möminlərin gözəl əxlaqları belə xəbər verilmişdir:

Onlar yalandan şahidlik etməz, boş və faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçərlər. (Furqan surəsi, 72)

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 24-26)

Möminlər üslublarında Allahın razılığını güdərlər

Möminlər gözəl əxlaqlarının tələbi olaraq danışıqlarında son dərəcə “ölçülü və hörmətli üslubdan istifadə edərlər”. Qarşılarındakı adamın yaşı, mədəni və ağıl səviyyəsi, savadı, varlı və ya kasıb olması onların bu üslubunu dəyişdirməz. Çünki onlar Quran əxlaqını, Allahın razılığını qazanmaq üçün yaşayarlar. Qarşılarındakı insanları müstəqil bir varlıq kimi düşünüb, hər birinə müxtəlif cür yanaşsalar, Quran əxlaqını gərəyi kimi yaşaya bilməyəcəklərini bilərlər. Bu səbəblə, qarşılaşdıqları hər insanın Allahın dünya həyatında onlar üçün yaratdığı imtahanın bir hissəsi olduğunu bilərlər və İslam əxlaqını təmsil etmək şüuru ilə hərəkət edərlər. Hər birinin sözünə ən hörmətli, ən gözəl şəkildə cavab verməyə çalışarlar. Quranda möminlərin bu əxlaqı belə bir nümunə ilə vurğulanmışdır:

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

Müsəlmanlar bir söz söyləmədən əvvəl mütləq vicdanları ilə məsləhətləşər, daim sözün ən gözəlini söyləməyə çalışarlar. Qarşı tərəfi narahat edəcək, ona vəsvəsə və ya çətinlik verəcək bir söz belə söyləməzlər. Əksinə, onlara rahatlıq verən, qəlblərini açan, sevindirən, şövqləndirən şəkildə danışmağı hədəfləyərlər. Qarşılarındakı insanları yaxşı olana təşviq etmək, imani baxımdan daha da güclənmələrini təmin etmək, onları Allaha daha da yaxınlaşdırmaq məqsədilə danışarlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma