Dinlərin Təkamülü Yalanı

Təktanrılı dinlərin təkamüllə çoxtanrılı dinlərdən əmələ gəlməsi yalandır

Təxminən bir əsr əvvəl, Çarlz Darvinin “Növlərin mənşəyi” adlı kitabı hələ ilk dəfə nəşr olunduğu dövrdə təkamül anlayışı materialist və ateist kütlələrin dəstəyini qazanmışdı. Dövrün bəzi mütəfəkkirləri insanın ətrafındakı hər şeyi təkamüllə açıqlayırdılar. Onların fikrincə, hər şey “ibtidai”dən başlayır, daha sonra aliyə doğru inkişaf edirdi.

Bu yanlış fikri bir çox sahəyə tətbiq etməyə çalışdılar. Məsələn, iqtisadiyyatda marksizm təkamül xarakterli inkişafın labüd olduğunu və nəticədə, bütün millətlərin kommunizmi qəbul edəcəyini iddia edirdi. Bunun ancaq təxəyyül məhsulu olduğu və marksizmin irəli sürdüyü iddiaların həqiqətləri əks etdirmədiyi zaman keçdikcə aparılan təcrübələrlə sübut edildi. Oxumağa davam et

Allahın Cənnət əhli üçün hazırladığı nemətlər

Allah Quranda Cənnəti təsvir edən ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir nemət üfüqü açır. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 35) ayəsi ilə Cənnətdəki nemət bolluğu xəbər verilir.

Allah insanları hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq şəkildə yaratmışdır. Bu səbəbdən, insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə çatmaq üçün cəhd edir. Daima gözəllik və nemət axtarır. Ancaq bunu nə qədər çox istəsə də, bunun üçün nə qədər çox səy göstərsə də, dünya həyatında heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əksik yaratmışdır. Oxumağa davam et

Müasirlik Adı Altında Gizlənən Batil Təlim: Reinkarnasiya

 karma-ve-reenkarnasyon-600x400Reinkarnasiya nədir?

Qarışıq ruh halına, yanlış dünyagörüşünə yönəldən və Quranda inkar edilən reinkarnasiya azğınlığının əsl üzü necə kamuflyaj edilir?

Tamamilə xəyali fikirlərə əsaslanan bu inanc niyə gənclərə silsilə yazılar, məqalələr və dünya səviyyəsində məşhur olan sənətkarlar vasitəsilə yeridilməyə çalışılır?

Bəzi insanlar ölüm və axirət qorxularını aşmaq, özlərini bu həqiqətlərdən uzaq tutmağa çalışaraq təsəlli vermək üçün reinkarnasiya kimi batil inancları qəbul etmək istəsələr də, niyə bu inanclar onlara rahatlıq gətirmir? Oxumağa davam et

2012: Ateizmin Sonu, İnanc Əsrinin Başlanğıcı

Son dövrdə elm və fəlsəfə sahəsində baş verən irəliləyişlərin qarşısını ateizm ala bilmir. Şübhəsiz, ateist dünyagörüşünün sarsılması ilə başqa bir dünyagörüşü dünyaya hakim olacaq ki, bu da Quran əxlaqıdır.

Tarixdə əhəmiyyətli dönüş məqamları mövcuddur. Hal-hazırda da dönüş məqamlarından birindəyik. Bəzi insanlar bunu qloballaşma və ya informasiya əsrinin başlanğıcı adlandırırlar. Son 20-25 ildir ki, elm və fəlsəfə sahəsində baş verən irəliləyişlər sayəsində XIX əsrdən etibarən elm və düşüncə dünyasına təsir edən ateizm süqut edir.

Ateizm XVIII əsr Avropasındakı bəzi din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması ilə inkişaf etdi. Diderot, Baron, Holbax kimi materialistlər kainatın sonsuzdan bəri var olan maddə olduğunu və maddədən başqa bir varlığın olmadığını irəli sürdülər. XIX əsrdə ateizm daha da yayıldı. Feyerbax, Marks, Engels, Nitçşe, Darkheym, Freyd kimi mütəfəkkirlər ateist düşüncəni elm və fəlsəfə sahələrində tətbiq etdilər. Oxumağa davam et

ANA SÜDÜ VƏ OKSİTOSİN HORMONU

Ana südü Allahın yaratdığı saysız-hesabsız möcüzədən biridir. Ana südündə yeni doğulmuş körpənin hər ehtiyacını təmin edən maddələr var. Habelə, körpənin inkişaf mərhələlərində dəyişən ehtiyaclarına uyğun olaraq ana südünün tərkibi də dəyişir. Elm adamlarının laboratoriyada belə hazırlaya bilmədiyi ana südünü ananın döşündəki bəzi hüceyrələr hazırlayır. Bu hüceyrələrdə ana südünün bənzərsiz formulu var və nə vaxt hazırlamağa başlayacaqlarını, hazırladıqları maddənin tərkibini nə vaxt dəyişdirməli olduqlarını bilirlər. Oxumağa davam et

Möminləri Daima Ən Yaxşıya Təşviq Etməyin Yolları

Möminləri hansı yollarla şövqləndirmək olar?

Möminlər bir-birlərini xeyirə dəvət edərkən hansı əsas cəhətlərə diqqət yetirməlidirlər?

İman gətirən insan ancaq ətrafına deyil, öz millətinə və digər xalqlara qarşı da özünü məsul hesab edər. Bu məsuliyyət bütün insanların İslam əxlaqından xəbərdar yaşamasına səbəb olmaqdır. İnsanlar istədikləri həyat tərzini seçməkdə azaddırlar. Ancaq əksəriyyət Allahı və İslam əxlaqını tanımadığı üçün dinsizliyi seçə bilər. Bir çoxu din əxlaqını bilmədiyi üçün səhv edir və ya problemlərin içindən çıxa bilmir. Quranda Rəbbimizin insanlara bildirdiyi hökmlərdən xəbərdar olmadığı üçün bədbəxt, əsəbi, ümidsiz yaşayan milyonlarla insan var. Möminlər bu kütlələrə İslam əxlaqını öyrətmək və ondan sonra seçimlərini etmələri üçün onlara imkan tanımaqla Allah qarşısında məsuldurlar. Çünki iman gətirənlər bu cür insanların həll edə bilmədiyi problemlərin həll yolunu Quran ayələrindən xəbərdar olduqları üçün bilirlər. Bu təqdirdə, bilənlərin bilməyənlərə bu həll yollarını öyrətməsi fərzdir. Ayədə belə buyurulur: Oxumağa davam et

Həyatın Kosmosdan Gəlməsi Mümkün Deyil

Darvin XIX əsrin ortalarında təkamül nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəllərində həyatın mənşəyini araşdıran elm adamları isə təkamül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırladı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “təsadüf məhsulu” olmadığı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edildi. Oxumağa davam et