Allah Qorxusu Olmasa


Allaha qovuşacağını bilən və hər davranışının qarşılığını görəcəyini dərk edən insanla heç kimə hesab verməyə məcbur olmadığını zənn edən insanın davranışları arasında böyük fərqlər var. Allah qorxusu olmayan insan hər cür pisliyi edər, mənfəəti üçün hər cür əxlaqsızlığa göz yumar. Məsələn, çox adi səbəbdən və ya dünyəvi mənfəət üçün çəkinmədən adam öldürən insan bunu Allahdan qorxub-çəkinmədiyinə görə edir. Halbuki, Allahdan qorxan insan nəinki bir insanı öldürər, hətta ən kiçik pisliyi belə etməz.

İnsanların əxlaqsızlığının və zalımlığının ən əsas səbəbi dünyaya həvəslə bağlanmalarıdır. Belə insanlar dünyada yoxsulluğun, gələcəyini zəmanət altına almamağın narahatlığını keçirirlər. Buna görə, bir çox insan rüşvət, dələduzluq, oğurluq, yalançı şahidlik kimi günahları vərdişə çevirir. Halbuki, Allaha iman gətirən insan Allahın razılığını hər şeydən üstün tutar. Bu cür insan Allahın rizasına uyğun olmayan hər şeydən cidd-cəhdlə çəkinər. Ancaq Allahdan qorxar, nə ölüm, nə aclıq, nə də başqa çətinlik onu doğru bildiyi yoldan ayırmaz.

Dinsizliyin insan həyatına təsirləri

Dinsizlik vicdansızlığa yol açır. Bir insanın avtomobillə birini vurub qaçması onun dindən uzaq olduğunu göstərir. Can verən, bəlkə təcili tibbi müdaxilə ilə xilas ediləcək insanı vicdansızca qoyub qaçan adam insanlardan qaçaraq canını qurtaracağını zənn edir. Ancaq bu zaman Allahın yaşanan hər ana şahid olduğunu düşünmür. Allahın əzabından və məhşər günündən heç cür qaça bilməz. (Bax: Harun Yahya, İslam’ın Kışı ve Beklenen Baharı)

Allahdan qorxub-çəkinməyən insan başqalarına qətiyyən dəyər verməz. Məsələn, əksər kafe sahiblərinin mətbəxlərində təmizlik və gigiyena qaydalarına riayət edilməməsinin, yaşlılara hörmət qoyulmamasının, təcili yardım çağırılan xəstələrə lazımi diqqət göstərilmədiyinə görə ölməsinin, köməksiz insanlara əziyyət edilməsinin, bir ovuc torpaq üçün milyonlarla məsum insanın qətlə yetirilməsinin səbəbi insanlarda Allah qorxusunun olmamasıdır.

Qarşılıq gözləmədən yaxşılıq etmək

Allah qorxusu olan insan, eyni zamanda, vicdanını dinləyir və daima Quran əxlaqına uyğun hərəkət edir. Quranda bütün insanlara qarşılıqsız xeyir işlər görmək, yardım etmək, gözəl həyat tərzi təmin etmək əmr edilir. Bir ayədə “Yaxşılığı təmənna məqsədilə etmə! (Muddəssir surəsi, 6)” əmri ilə insanın əməllərində dünyəvi mənfəət güdməməsinə diqqət çəkilmişdir. Allahın bu əmrlərini yerinə yetirən və etdiklərinə görə dünyəvi qarşılıq gözləməyən insanın yeganə məqsədi var: Allahın ondan razı olması, onu Cənnətə layiq qul kimi qəbul etməsi.

Ancaq diqqət edilsə, dövrümüzdəki xeyriyyə işlərinin böyük əksəriyyəti dünyada qazanılacaq qarşılığa əsaslanır. Məsələn, bir iş adamı xeyriyyə cəmiyyəti qurur, ancaq əsl məqsədi xərclərini vergidən çıxmaqdır. Maddi qarşılıq əldə etmədiyi görünsə də, etdiyi yardım ictimaiyyətə qəzet və televiziya proqramları vasitəsilə çatdırılır. Əvəzində əldə etdiyi qarşılıq ancaq göstərişdir. Buna bənzər bəzi mənfəətlər üçün edilən yardımlar, əslində, heç bir işə yaramır.

Quran əxlaqının gətirdiyi həll yolları 

Dünyada baş verən problemləri həll etmək və hər sahədə bəşəriyyətə fayda vermək üçün ağıl, bəsirət və fərasət kimi xüsusiyyətlərə malik olmaq çox vacibdir. Bu xüsusiyyətlərin əldə edilməsi isə ancaq Quran əxlaqına tabe olmaqla mümkündür.

İnsanlar bəzən qarşılaşdıqları problemləri həll etmək istəyirlər. Ancaq bu şəxslər də imanın qazandırdığı anlayışa, həll yolu tapma qabiliyyətinə, bəsirət və fərasətə malik olmadıqlarına görə, müsbət nəticə əldə edə bilmirlər. Əksər hallarda imanın şövqü olmadığına görə, verdikləri qərarları tətbiq etməyi ləngidir və ya əsas cəhətləri nəzərə almadıqlarına görə, müəyyən mərhələlərdə dolaşırlar.

Şübhəsiz ki, bu laqeyd davranışın kökündə yenə Allah qorxusunun çatışmazlığı və bundan qaynaqlanan ağılsızlıq durur. Doğrunu yanlışdan ayırmaq üçün kifayət qədər anlayışı olmayan insanlar qarşılaşdıqları problemlərin həll yolunu tapa bilmirlər. Belə insanların əksəriyyəti isə, əsasən, qüsurları görmür və ya görməməzliyə vururlar. Vicdanlarını narahat etsə də, nə edəcəklərini bilmirlər. Çünki həyatlarının böyük hissəsini bu məsələyə ayırmalı olduqlarını düşünür və rahatlıqlarını pozmaq istəmirlər. Hadisələrə vicdan və ağılla yanaşan insanlar isə qüsurları və ehtiyacları çox tez müəyyən edir, məsələnin həlli yollarını tapırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma