Gənclərdəki Degenerasiya və Onun Həlli


Darvinizmin “insan mübarizə aparan heyvandır” şəklindəki təlqinləri ilə şiddətə qanuni don geyindirilmişdir. Təkamül nəzəriyyəsi və darvinist ideologiya 150 ildən çoxdur ki, dinsizliyi, əxlaqsızlığı, anarxiyanı, müharibəni, qarşıdurmanı və zorakılığı cəmiyyətlərə təlqin edir və bu təlqinlər böyük ictimai fəlakətlərə gətirib çıxarır.

Təkamül nəzəriyyəsinin insan həyatına və insanlar arasındakı əlaqələrə tətbiq olunması ilə ortaya çıxan sosial darvinizm bu təlqinlərin ortaya çıxdığı gündən etibarən, bütün insanlara böyük bəlalar gətirmiş və gətirməyə də davam edir.

Yeganə və konkret həll isə darvinizmin təlqinlərini fikri mübarizə ilə ortadan qaldırmaq və insanlara Rəbbimizin bildirdiyi Quran əxlaqını təbliğ etməkdir.

Darvinizm dinsizliyi necə yayır?

Darvinizm inancsızlığın əsası olan materialist fəlsəfənin təbiətə uyğunlaşdırılmasından ibarətdir. Baxmayaraq ki, bu nəzəriyyəni dəstəkləyən heç bir dəlil yoxdur, sırf materialist fəlsəfəni yaymaq üçün inancsız kütlə tərəfindən kor-koranə müdafiə olunur. Elmdən istifadə edərək ortaya çıxan və yalnız canlıların meydana gəlməsi ilə əlaqədar nəzəriyyələr irəli sürdüyü düşünülən bu primitiv nəzəriyyənin insanlara verdiyi əsas zərər inancsızlığa əsas verməsi, insanlara başıboşluq və məqsədsizlik təlqini verməsi, sevgi, hörmət, mərhəmət, xoş məram kimi gözəl əxlaq xüsusiyyətlərini yox etməsidir. Əsl məqsəd isə dinsizliyi yaymaq və əxlaqi dəyərlərin tamamilə ortadan qalxdığı bir dünya qurmaqdır.

Belə ki, bu məqsədi təkamülçü elm adamı J. P. Darlinqton belə ifadə edir:

Birinci cəhət: eqoizm və şiddət anadangəlmədir, ən uzaq atalarımızdan bizə miras qalmışdır. Buna görə də şiddət insanlar üçün təbiidir; təkamülün bir məhsuludur. (P. J. Darlington, Evolution for Naturalists, 1980, s. 243-244)

Təkamül nəzəriyyəsinin sosial yönü, başqa sözlə desək, insanların əxlaqi dəyərlərini itirməsinə və azğın ideologiyalara aldanmasına səbəb olan hiyləgər istiqaməti darvinistlər tərəfindən daim gizlədilir. Bu nəzəriyyəni bilərək, ya da bilməyərək müdafiə edən bir çox insan çox vaxt bu dəhşətli vəziyyəti tam qavraya bilmir.

Bəzi mətbuat orqanları vasitəsilə canlı tutulmağa çalışılan darvinist təbliğatların cəmiyyət üzərindəki təsirini daha yaxşı anlamaq üçün bu təbliğatların insanların təhtəlşüuruna yerləşdirməyə çalışdığı mesajları yaxşı şərh etmək lazımdır.

Darvinist təlqinlərlə ancaq zalım və təcavüzkar nəsil yetişir

Darvinist anlayışın hakim olduğu bir dünyanın əsas xüsusiyyəti özündən olmayanla mübarizə aparmaqdır. İnsanların şəxsiyyətlərinin və dünyagörüşlərinin formalaşdığı uşaqlıq və gənclik illəri darvinistlərin xüsusilə üzərində durduqları dövrdür. Bu məqsədlə, davam etdirdikləri fəaliyyətlər gələcək nəsillərin möhkəm əxlaqi dəyərlər üzərində yetişməsinə ciddi şəkildə təhdid edir.

Darvinizm gəncləri belə zəhərləyir

Bəzən ibtidai insanı ailəsi ilə və yaşadığı mühitlə birlikdə təsvir edərək, bəzən bunu rəsmi sənədli filmlərlə canlandıraraq, bəzən bahalı filmlərə mövzu edərək insanların təhtəlşüuruna göndərilən təkamül mesajlarının sonrakı mərhələsi darvinizmin hiyləgər təlqinləridir. İnsanı heyvani instinklərlə hərəkət edən bir varlıq kimi göstərməklə yanaşı, onun həm də heyvanların davranışlarına bənzər davranmasının məqbul olduğunu qavratmağa başlayır. Bu məqsədlə, filmlər, mahnılar, kitablar və digər ünsiyyət vasitələri ustalıqla istifadə edilir. Film ssenariləri, kitab məzmunları, mahnı sözləri çox vaxt gizli mesajlarla dolu olur. Şübhəsiz ki, bu təbliğat üsullarından ən çox uşaqlarımız təsirlənir. İnsanın bir heyvan növü olduğu, insanların vəhşi heyvanlar kimi bir-birlərilə mübarizə aparmalarının lazım olduğu, ancaq güclünün qalib gələ biləcəyi kimi elmdən kənar təlqinlərə məruz qalan bir uşağın eqoist, mərhəmətsiz, anlaşılmazlıqların həllində zorakılıqdan istifadə edən biri olmasına təəccüblənmək lazım deyil.

Təkamül nəzəriyyəsi və darvinizm gənclərə məsuliyyətsiz olduqlarını təlqin edərək əxlaqsızlığa, digər insanların dəyərsiz olduğunu deyərək onları mərhəmətsiz şəkildə əzməyə, qarşıdurmanın məqbul olduğu iddia edilərək şiddətə və müharibəyə itələyir.

Ölümlə birlikdə yox olub gedəcəyini düşünən bir gənc üçün dünyada heç bir şeyin mənası qalmaz. Dostluqların, sevginin, yaxşılıqların, yaşadıqlarının heç bir əvəzi və davamı olmayacağını zənn edən bir insana heç bir gözəllik zövq verməz. Darvinizmin “Həyat mübarizədir!” doqması və insanların bir heyvan növü olduqları yalanı tətbiq edildikdə, insan həyatı dəyərsizləşir. Hər hansı bir səbəblə kimisə öldürmək, yaralamaq, zərər vermək, cinayət törətmək məqbul və asan olur. Buna mane olmaq üçün təkamül nəzəriyyəsinin elmdən kənar bir doqma olduğu, darvinizmin təlqinlərinin həqiqəti əks etdirmədiyi gənclərə izah edilməlidir.

Həll darvinizmin ortadan qalxması və Quran əxlaqının yaşanmasıdır

Heç şübhə yoxdur ki, yalnız din əxlaqı darvinist təlqinlərin gənclərdə meydana gətirdiyi zərəri ortadan qaldırar, onları dövlətlərinə, millətlərinə və insanlara faydalı edər. Özünü uca Rəbbimizin yaratdığını bilən, Yaradıcımız olan Allaha qarşı məsuliyyətlərinin, etdiklərinin hesabını verəcəyinin şüurunda olan bir kimsə hər zaman gözəl əxlaq göstərər, yaxşılığı əmr edib pis işlərdən çəkindirər, sülh və əminamanlığa dəvət edər, mərhəməti tövsiyə edər.

İnsanların sülhə, əminamanlığa, qardaşlığa ən çox ehtiyac duyduğu bu illərdə yeganə həll inanclı, ədalətli, xeyirxah, insanpərvər və vətənpərvər nəsillər yetişdirməkdir. Bu isə ancaq uşaqlara dünyaya təsadüfən və boş yerə gəlmədiklərinin, onları uca Allahın yaratdğının və Onun öyrətdiyi gözəl əxlaqa əsasən yaşamalarının lazım olduğunun izah edilməsi ilə mümkün olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma