Həyatınızı Nəyə Əsasən Yönləndirirsiniz?


Bəzi insanlar həyatlarını özlərinin qoyduğu qaydalar istiqamətində yaşayırlar. Bu insanlar nəfslərinin istəklərinə görə qoyduqları qaydalardan asanlıqla imtina edə bilirlər. Bu insanların həyatlarına istiqamət verən, mütləq doğru olduğuna inandıqları bir yol göstəriciləri yoxdur. Buna görə, şəxsiyyətləri tez-tez dəyişir. Davranışlarında müəyyən sabitlikdən bəhs etmək mümkün deyil. Belə insanların rəftarlarındakı dəyişkənliyi təyin edən güc – nəfsləridir.

Nəfslərinin istəklərinin arxasınca gedənlər

Allah Quranda nəfsin eqoist həvəslərə uyğun olaraq yaradıldığını bildirir. Əgər insan nəfsinin onu istiqamətləndirməsinə izin versə, bütün davranışları bu eqoist həvəsləri istiqamətində formalaşar. Bu eqoist həvəslər isə sabit, tutarlı və stabil xarakter göstərməsinə təsir edər. İnsan nəfsinin təlqinləri nəticəsində bir anda hirslənə, romantikləşə, inciyə və qısqana bilər və bunlardan asılı olaraq ani qərarlar verə bilər. Bu səbəbdən, belə insan ətrafındakı insanlar üçün həmişə sürpriz olar. Bir anı başqa anına uyğun gəlməz. Hər an düşüncələri, duyğuları, qərarları və dünyagörüşü dəyişə bilər. Belə bir insan isə əsassız və qeyri-stabil davranışları ilə həmişə ətrafındakı insanları narahat edər və heç kim ona güvənməz.

Bu xüsusiyyətdəki insanlara dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez rast gəlmək mümkündür. Bu xarakteri daşıyan insanlar Quran əxlaqının qazandırdığı dünyagörüşündən uzaq olduqları üçün cahiliyyə davranışlarının bütün həyatlarını istiqamətləndirməsinə izin verirlər. Bu da onları ağıldan uzaqlaşdırır və qeyri-stabil rəftara sürükləyir. Müsəlmanın rəhbəri isə Qurandır. Allah Quranda nəfsin insanı daim pisliyə çağıracağını və şeytanın da insanı ağılsız hərəkət etməyə, həvəslərinin tələb etdiyi şəkildə hərəkət etməyə məcbur edəcəyini bildirmişdir. Özünə Quranı rəhbər edən, vicdanının səsi ilə hərəkət edən insanların isə ideal şəxsiyyət qazanacaqlarını, həm dünyada, həm də axirətdə üstün mövqedə olacaqlarını xatırlatmışdır.

Allahın göstərdiyi yola tabe olan mömində güclü və üstün şəxsiyyət formalaşar. Quranı rəhbər etdiyi üçün hadisələr qarşında göstərəcəyi rəftarlar, verəcəyi reaksiyalar həmişə İslam əxlaqına görə olar.

Bu da ona etidallı və balanslı bir şəxsiyyət qazandırar. Necə hərəkət edəcəyi, hadisələri hansı dünyagörüşü ilə, hansı məntiqlə qiymətləndirəcəyi ətrafındakılar üçün heç vaxt sürpriz olmaz. Ağlı, vicdanı, rəftarı, danışıq tərzi həmişə Quran əxlaqının gətirdiyi sabitliyi əks etdirər. Buna görə də etibarlı bir xarakterə malik olar.

Hissləri ilə hərəkət edənlər

Romantiklik din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi rəftar hesab edilmir. Hətta romantikliyin hər insanın xarakterində olması düşünülür. Bu düşüncəyə görə, romantikliyin səbəb olduğu rəftarlar insani hisslərdir. Bu səbəbdən, romantiklikdən qaynaqlanan şikayətlənmə, incimə, ağlama, özünə qapanma, depressiya, qısqanclıq, hirslənmək kimi rəftar pozuntularının insanın içindən gələn hisslər olduğu qarşıya qoyularaq təşviq edilir.

Halbuki, bu qənaət tamamilə yanlışdır. Cahiliyyə əxlaqında geniş şəkildə yaşanan romantiklik insanın zəif şəxsiyyət göstərməsinə səbəb olur. Hissləri ilə hərəkət etdiyi üçün ağıldan uzaqlaşır. Məntiqli və doğru düşünə bilmədiyi üçün məqsədəuyğun nəticələr çıxara bilmir.

Mömin bütün həyatına və şəxsiyyətinə Quran əxlaqı hakim olduğu üçün nəfsin bu xüsusiyyətinə qarşı necə mübarizə aparacağını bilir. Romantikliyin insanın ağlını örtdüyünü, doğru düşünə bilməsinə, həqiqətləri olduğu kimi görə bilməsinə mane olduğunu, insanı zəiflətdiyini və gücdən saldığını bilir. Bundan əlavə, cahiliyyə əxlaqının gətirdiyi zəif xarakterlə romantikləşmək, kədərə qapılmaq, ağlamaq, deyinmək, hirslənmək, qısqanmaq, özünə qapanmaq kimi rəftarların imanlı bir insanın xarakterinə uyğun olmadığının da şüurundadır. Çünki bu rəftarlar Allahın bəyənmədiyi və çəkinilməsi lazım olan davranışlardır.

Bu mənfi rəftarların hər biri bəzi insanların inanc pozuntularından və bəzi həqiqətlərin kifayət qədər şüuruna varmamasından qaynaqlanır. Asanlıqla kədərlənən, ağlayan, hirsinə məğlub olan, qısqanan, depressiyaya düşən insanlar Allahın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi yarada biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda deyillər. Hadisələr qarşısındakı bütün kədərləri, hirsləri, qısqanclıqları həmişə bu dünyagörüşündəki yanlışlıqdan və inanc pozuntularından qaynaqlanır.

Güclü Allah sevgisi

Allaha könüldən bağlılıq, təslimiyyət, hər hadisənin Allahın idarəsində olduğunu bilərək hər şeyi xeyirlə qiymətləndirmək, insanın duyğularına qapılıb mənfi rəftar göstərməsinə mane olar. İman gətirən bir insan Allaha olan güclü sevgisi və dərin Allah qorxusu ilə romantikliyin səbəb ola biləcəyi bütün rəftar pozuntularından çəkinər. Allahın Quranda bildirdiyi şəkildə, mömin bütün rəftarı ilə, şəxsiyyəti və yüksək əxlaqı ilə insanlara nümunə olmağı hədəfləyən insandır (Furqan surəsi, 72-74). Bu da ona heç bir hadisə qarşısında ruhdan düşməyən güclü şəxsiyyət qazandırır.

Möminlər bütün həyatlarını Quran əxlaqına uyğun olaraq nizamlayırlar. Cahiliyyə əxlaqında geniş şəkildə görünən rəftar pozuntularından çəkinib güclü şəxsiyyət göstərməyin bütün insanlar üçün gözəl nümunə olduğunu bilir və bu məsuliyyət şüuru ilə hərəkət edirlər. Allahın Quranda “…nəfsinin xəsisliyindən qorunub saxlanan insanlar – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr surəsi, 9)” ayəsində bildirdiyi kimi, nəfslərini pisliklərdən təmizləmək üçün çalışırlar. Bu səylərinə görə, Allah onları dünya və axirətdə nemətə, rahatlığa qovuşduracağını və xoşbəxtliyi ən gözəl şəkildə yaşayacaqlarını müjdələyir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma