Allahın Əmr və Qadağalarını Gözardı Etməmək


Bir çox cəmiyyətdə məşhur olan yanlış din anlayışı var. Bu anlayışa görə, bəzi üstün sayılan hökmlərə laqeyd yanaşqdıqda vicdani narahatlıq hiss edilir, ancaq Quranda əmr olunduğu halda, digər əmr və qadağalara laqeyd yanaşdıqda heç bir narahatlıq hiss edilmir.

Hal-hazırda insanların bir çoxu Quran ayələrinin bir qismini yerinə yetirərkən bir hissəsini gözardı edirlər. Çox vaxt da bu ibadətləri ictimai dəyər mühakimələri səbəbindən yerinə yetirmirlər.

Məsələn, kimsə cəmiyyətin təzyiqi ilə zina və ya oğurluq kimi Quranda qadağan edilən hərəkətləri etməyə bilər. Ancaq qorxmadan başqaları haqqında dedi-qodu edib möminlərə böhtan ata bilər, ya da etməyəcəyi bir şeyi söyləyə bilər. Bu vəziyyətdə belə şəxsin Quranda izah edilən İslam əxlaqını yaşadığı deyilə bilməz. Çünki onun inanc şəkli, əslində, cəmiyyətin müxtəlif   adət-ənənələrindən yığılmış, arasına bir az da islami motivlər qatılmış “ənənələr dini” ola bilər.

Bu insanların yanıldıqları şey isə Allahın Quranda bildirdiyi hökmlərdən bir neçəsini yerinə yetirdiklərinə görə özlərini yetərli görmələridir. Ümumiyyətlə, səhv inanca sahib ola biləcəklərinə ehtimal da etmədikləri üçün Quran əxlaqını tətbiq etdiklərindən çox əmindirlər. Əlbəttə ki, Allah qatında Rəbbimizin razılığı üçün edilən hər bir ibadətin əvəzi var. Ancaq gözardı edilib kənara qoyulanların da böyük məsuliyyəti ola bilər (ən doğrusunu Allah bilir).

Namazını qılan, orucunu tutan bir şəxs  bunları səmimiyyətlə edirsə, Allahın iznilə axirətdə etdiklərinin əvəzini görər. Amma Qurandakı digər hökmlərə bilə-bilə əhəmiyyət vermirsə və yerinə yetirmirsə, bu vəziyyətdə etdiyi ibadətlərin də boşa gedəcəyini düşünməlidir. Sonsuz mərhəmət sahibi olan Allah bütün möminləri Quran ayələri ilə bu təhlükəyə qarşı xəbərdar etmiş və atalarından qalan, ənənə və cahil izahlara əsaslanan bu anlayışı tərk etməyə dəvət etmişdir. Allahın qullarını xəbərdar etdiyi ayələrdən biri belədir:

Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? (Maidə surəsi, 50)

Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170) ayəsində də bildirdiyi kimi, bəzi insanlar bu mövzuda xəbərdar edilib onlara doğru yol göstərildiyi halda, yenə də yaşadıqları bu ənənəvi din anlayışında israr edirlər.

Belə bir düşüncəyə sahib olan insanlar öz ağıllarına görə Allahın hökmlərinin hansının daha əhəmiyyətli və ya  daha üstün olduğu barədə bir sıralama tərtib etmişlər. Hətta bəzi hökmləri də tamamilə həyatlarından çıxarıb bir kənara qoymuşlar. Bir çox cəmiyyətdə məşhur olan bu yanlış din anlayışı əsrlərin təcrübəsi olan ənənələr silsiləsi şəklində nəsildən-nəsilə keçərək günümüzə qədər gəlib çatmışdır. Quranda fərz olduğu açıq şəkildə bildirilən bir çox mövzu “etsən, savabdır; etməsən, heç bir şey olmaz” şəklində bir anlayışla qiymətləndirilir. Uzaq durulması gərəkən qadağalar isə “Allah bağışlayar” düşüncəsi ilə rahat şəkildə gözardı edilir. Halbuki, Quran ayələrində belə bir ölçüdən bəhs edilmir. Namaz, oruc kimi ibadətlər necə Allahın qəti əmrləridirsə, Quranda bildirilən digər əmr və qadağalar də eyni şəkildə qəti hökmlərdir.

İnsanların ibadətlərini bilərək gözardı etmələrinin başqa səbəbi bu ibadətləri unutmalarıdır. Ancaq möminlərin ən əhəmiyyətli vəzifəsi gündəlik həyatın qarışıqlığı içində özünü hadisələrin axışına buraxaraq əsl məqsədini unutmamaq və Allaha qul olmanın verdiyi şüurla Allahın Quranda bildirdiyi əmr və tövsiyələri yerinə yetirməkdir. İnsan əldə etdiyi imani yaxınlığı artırmaq üçün daima səy göstərmədiyi təqdirdə mövcud vəziyyətini də qorumaya bilər. İmani həssaslığı və ağlı sürətlə azalmağa başlaya bilər. Əhəmiyyətli olan bu yaxınlığı hər şəraitdə qorumaqdır.

Allah rizası üçün bir çox çətinlikləri aşan, çətin imtahanlarla qarşılaşan insan da təfəkkürünü, imandan qaynaqlanan şövqünü, həyəcanını canlı tutmalı, əsl məqsədini unutmamalıdır. Əks halda, vicdanı laqeydləşər və dolayısilə, vəziyyətinin şüuruna varmadan öyüd dinləməz bir duruma düşər. Axirəti unudub bu keçici dünyaya yönələr. Dünyanın keçici bəzəyi ona Allahdan, Rəsulundan və Allah yolunda Quran əxlaqına görə yaşamaqdan daha cazibəli gəlməyə başlayar. (Bax: Harun Yəhya, Quranı dinləməyənlər) Allah belə bir təhlükəyə qarşı möminləri Quranda belə xəbərdar etmişdir:

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)

Allah qorxusu ilə hərəkət edən ixlaslı möminlər ayədə də ifadə edildiyi kimi, dünyanın hiyləsinə aldanmazlar:

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)

Allahın Əmr və Qadağalarını Gözardı Etməmək” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma