Yaşlılığın Düşündürdükləri


Allah diləsəydi, insanı ölənə qədər gənc yaşadar, bədənində heç bir nöqsan, ya da xəstəlik yaratmazdı. Amma Allah müəyyən yaşdan sonra insanda bəzi fiziki nöqsanlar yaradaraq, ona bu dünyanın keçiciliyini bir daha xatırladır.

Zamanın təsiri hər şeydə özünü göstərir. Ən son model avtomobil bir neçə il ərzində köhnəlir. Çox bəyənilən bir evin 5-10 il sonra (əgər təmir edilməsə) boyaları tökülür, köhnə görünüşlü bir yerə çevrilir. Ancaq bununla bərabər, ən böyük köhnəlmə insanın bədənində baş verir. Ötən illərlə birlikdə insanın çox dəyər verdiyi bədəni geri dönülməz bir şəkildə zərər görür. Allah insanın müəyyən zaman müddəti içində keçirdiyi bu dəyişikliyi Quranda belə bildirmişdir:

Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir. (Rum surəsi, 54)

Yaşlılıq elə bir dövrdür ki, insanlar onu çox vaxt düşünmək belə istəmir, həyata dair planlara da daxil etmirlər. İnsanlar fiziki acizliklər içində keçirəcəkləri yaşlılıq dövrünü mümkün olduqca düşünməməyə çalışırlar. Arabir bu mövzu açıldıqda qorxu və narahatlıq keçirir, qısa müddətdən sonra heç nə yoxmuş kimi gündəlik həyatlarına davam edirlər. Yaşlanacaqlarını ona görə düşünmək istəmirlər ki, yaşlılıq bu dünyada sonsuza qədər var olmayacaqlarını onlara xatırladır. Buna görə də, əvvəl-axır qarşılaşacaqları bu dövrü çox az düşünürlər. Qarşıda uzun illərin olduğunu, yaşlanmanın və ölümün çox sonra olacağını fərz edirlər. Allah Quranda insanların bu yanılmasını belə ifadə etmişdir:

“Bəli, Biz onları və atalarını faydalandırdıq. Belə ki, ömür onlara uzun gəldi” (Ənbiya surəsi, 44)

İnsanların düşdüyü yanılma çox böyükdür. Çünki neçə yaşında olursa olsun, hər bir yetkin insan keçdiyi ömür yoluna baxdığında ağlında yalnız bəzi xatirələrin qaldığını görər. Uşaqlıq və gənclik dövrlərində başına gələn yaxşı və pis hadisələri, onu həyəcanlandıran şeyləri, verdiyi əhəmiyyətli qərarları, çatmaq üçün illərini verdiyi məqsədləri onun üçün bir xatirədən ibarət olar. Bu səbəbdən, çox vaxt bir neçə saat ərzində böyük bir həyatı danışmaq olar.

İnsan bu həqiqəti yalnız bir neçə saniyə düşünsə, dərk edə bilər ki, həyatının hansı dövründə olursa olsun, dayanıb bir qərar verməlidir. Məsələn, 40 yaşında olan bir insan 65 yaşına qədər yaşamağı ümid edirsə, bilməlidir ki, qarşısında qalan 25 il də, keçirdiyi 40 il qədər tez keçəcək. Həmin insan 90 yaşına qədər də yaşasa, heç bir şey dəyişməz. Çünki qarşısındakı illər uzun, yaxud qısa olsa da, tükənib sona çatacaq. Məhz bu cəhətdən, insanın yaşlanması dünyanın keçici  məkan olduğunu xatırladan ən böyük göstəricidir. İnsan nə edir etsin, bu dünyadan bir daha geri dönməmək şərtilə ayrılacaq.

O halda, insan ön mühakimələrini bir kənara qoyub öz həyatı haqqında bir daha düşünməlidir. Zaman çox sürətlə axıb gedir və hər yeni gün insanı daha da zəiflədir. Qısacası, yaşlanmaq insanın acizliyinin əhəmiyyətli bir göstəricisidir. Keçən zamanın insan bədəni və zehni üzərində yaratdığı mənfi təsir açıq-aşkar bir gerçəkdir. Allah Quranda insanın yaşlılıqla birlikdə düşdüyü aciz vəziyyəti belə izah etmişdir:

Sizi Allah yaratmışdır. Sonra O, sizi öldürəcəkdir. Sizlərdən bəziləri (vaxtilə) bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, (hər şeyə) Qadirdir. (Nəhl surəsi, 70)

Tibb yaşlılığa ikinci uşaqlıq dövrü adını vermişdir. Çünki bədəndə meydana gələn pozulmalar insanı qulluğa və qorunmağa möhtac edir. Belə ki, bu yaşlarda fiziki və ruhi baxımdan uşaqlıq dövrünə aid xüsusiyyətlər ortaya çıxır. Yaşlı bir insan gənc olarkən fiziki cəhətdən edə bildiyi bir çox işi görə bilmir və ya gənc olarkən çox güclü yaddaşa sahib olsa belə, yaşlananda yaddaşında geriləmə meydana gəlir. Bu nümunələr daha da artırıla bilər. Ancaq nəticədə, onu deyə bilərik ki, müəyyən bir yaşdan sonra hər insanda müşahidə edilən fiziki və zehni çöküş onu bir növ uşaqlıq dövrünə geri qaytarır.

Qısacası, insan həyatına uşaq kimi başlayır və bir dövr sonra yenidən uşaqlığa dönərək həyatına nöqtə vurur. Bu müddət, şübhəsiz, təsadüfən meydana gəlmir. Bu dünyanın keçiciliyi və insanın müəyyən bir hikmətlə yaşlılıq dövrünə çatdırıldığı aşağıdakı ayədə belə xəbər verilir:

“… Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun…” (Həcc surəsi, 5)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma