Susamasaydınız, nə baş verərdi?

Allah bütün ehtiyaclarımızı mükəmməl sistemlə var etmişdir. Bu səhifədə oxuyacağınız iki nümunə bunun ən gözəl dəlillərindəndir…

İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)

İnsan qidalanmadan 1-2 həftə yaşaya bilər, su içmədən isə 3-4 gündən çox yaşaya bilməz. İnsan bədəninin 75%-i sudan ibarətdir. Tərləmə və tənəffüs vasitəsilə insan gündə 2-3 litr su itirir. İtirilən su susadıqdan sonra içilən su ilə kompensasiya edilir. Oxumağa davam et

Quran Əxlaqında Müsəlman Kişi Xarakteri

Hal-hazırda insanlar, xüsusilə də gənclər bir çox insanı özlərinə nümunə götürür, onların danışıqlarını, üslublarını, geyim tərzlərini təqlid edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların arasında gözəl əxlaqa sahib olmayanlar da var və onları təqlid edən gənclərdə də eyni rəftarlar nəzərə çarpır.

Quran əxlaqının geniş şəkildə yaşanmadığı bir cəmiyyətdə insanların xarakterini müəyyən edən başqa amillər var. Buna bir nümunə olaraq “kişi dediyin…” sözü ilə başlayan anlayışı göstərə bilərik. Bu məntiqə görə, kişi xarakterinin ilk prinsipi daim üstün olmaqdır. Bu anlayışa sahib olan cəmiyyətdəki digər amillər də kişinin üstün olduğunu dəstəkləyir. Oxumağa davam et

Parkinson Xəstəliyi

XX əsrin əvvəllərindən dünya əhalisinin 4%-ni 60 yaş və daha yaşlı insanlar təşkil edir. Əsrimizdə bu nisbətin 17%-ə qədər yüksələcəyi təxmin edilir. Hal-hazırda insan ömrünün uzanması ilə paralel olaraq yaşlı insanlara xas olan xəstəliklər  – neyrodegenerativ xəstəliklərdə, yəni beyinin spesifik bölgələrindəki neyronların itirilməsi ilə xarakterizə olunan bir qrup patologiyalarda artım müşahidə edilir.

Bu xəstəliklərin ən mühümünə – parkinson xəstəliyinə qısaca nəzər salaq: Oxumağa davam et

Həyatınızı Nəyə Əsasən Yönləndirirsiniz?

Bəzi insanlar həyatlarını özlərinin qoyduğu qaydalar istiqamətində yaşayırlar. Bu insanlar nəfslərinin istəklərinə görə qoyduqları qaydalardan asanlıqla imtina edə bilirlər. Bu insanların həyatlarına istiqamət verən, mütləq doğru olduğuna inandıqları bir yol göstəriciləri yoxdur. Buna görə, şəxsiyyətləri tez-tez dəyişir. Davranışlarında müəyyən sabitlikdən bəhs etmək mümkün deyil. Belə insanların rəftarlarındakı dəyişkənliyi təyin edən güc – nəfsləridir. Oxumağa davam et

Həyatın Gerçək Mənşəyi: Yaradılış

Biologiya ilə maraqlanan və canlıların Yer kürəsində necə meydana gəldiyini düşünənlər XX əsrdə təkamül sözünü bəlkə də hər şeydən daha çox eşitmişdir. Amma XXI əsrdə bu sözün yerini başqa söz tutacaq: yaradılış.

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətlə olmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu. Oxumağa davam et

Dini ağılla, vicdanla və iman həqiqətlərinə əsaslanaraq izah etmək vacibdir

İnsanlara Allahın varlığını və tək olduğunu izah etmək, İslam əxlaqının gözəlliklərinə dəvət etmək hər müsəlmanın borcudur. Ancaq bu məsuliyyəti Allahın Quranda bildirdiyi kimi, yerinə yetirmək lazımdır. Allahın bildirdiyi, Peyğəmbərimizin (s.ə.v.) tətbiq etdiyi yoldan başqa öz ağıl və məntiqinə görə hərəkət edən insan dini izah edərkən müvəffəqiyyət əldə edə bilməz. Bundan başqa, o, bir çox insanın dindən uzaqlaşmasına da səbəb ola bilər. Oxumağa davam et

Elektrik Siqnalları Toxunma Hissinə Necə Çevrilir?

Elektrik siqnalları toxunma hissinə necə çevrilir?

Toxunma hissindən məhrum olsaydıq, nə olardı?…

Belə olan  halda, isti-soyuq, bərk və ya  iti uclu bir cismə toxunduğumuzda cismin xüsusiyyətləri ilə bağlı heç bir məlumat əldə edə bilməz, bir çox çətinliklə və təhlükəli vəziyyətlə qarşılaşardıq. Halbuki Rəbbimiz bir millimetrdən də nazik olan dərimiz vasitəsilə bizə toxunma hissini vermişdir. Bunun sayəsində biz bir çox məlumatı qəbul edə bilirik.

Toxunma hissi dəri hüceyrələri tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır və beyində şərh olunur. Siz bir maddəyə toxunanda onun bərk, yumşaq, nazik və ya sürüşkən olduğunu beyninizdə hiss edirsiniz. Barmağınızın ucundakı reseptorlar (qəbul edicilər) maddəyə aid məlumatları beyninizə elektrik siqnalı kimi çatdırır və bu siqnallar beyninizdə toxunma hissi kimi qəbul edilir. Məsələn, siz hamar olmayan səthə toxunduğunuzda onun hamar olub-olmadığını əsla bilə bilməzsiniz. Çünki qabarıq səthin əslinə heç vaxt toxuna bilməzsiniz. Sizin qabarıq səth barədə məlumatınız beyninizin müəyyən qıcıqları şərh etmə formasıdır. Oxumağa davam et