Gözəl bir şeyi səhv üsullarla əldə etməyə çalışmamaq…

İnsanlar həmişə yaxşı bir şeyə nail olmaq və ya gözəl nemət əldə etmək istəyirlər. Ancaq bu məqsədlərinə və ya istədikləri nemətə qovuşmaq üçün səhv üsullardan istifadə edirlər. İstədikləri şeylər və niyyətləri çox gözəl olduğu halda, istifadə etdikləri üsullar səhv olduğu üçün yanlış rəftar etmiş olurlar.

Bu mövzuya gündəlik həyatdan bir neçə nümunə verə bilərik. Məsələn, qaldığı yeri təmizləmək istəyən bir insanın niyyəti gözəldir. Ancaq bu niyyətinə çatmaq üçün ətrafındakı insanları narahat edirsə, gördüyü natəmizliyə, dağınıqlığa görə oradakı insanlara qarşı sərt davranırsa, bir tərəfdən təmizlik edərkən, digər tərəfdən də deyinirsə, bu vəziyyət o insanın gözəl məqsədə səhv üsullarla çatmağa çalışdığını göstərir. Oxumağa davam et

ORQANİZMİMİZİN FASİLƏSİZ ENERJİ MƏNBƏYİ: QLÜKOZA

Dəzgahı işlədən yanacaq kimi orqanizmimizi enerji ilə təmin edən qlükozanın suda asanlıqla həll olması hansı xüsusiyyəti sayəsində baş verir?

Qlükozanın hər mayedə əriməsi nə üçün həyati əhəmiyyət daşıyır?

Artıq qlükoza molekulu orqanizmdə necə idarə olunur?

Kifayət qədər qlükoza olmasa, orqanizmdə hansı dəyişikliklər baş verər?

Şəkər xəstəliyi necə əmələ gəlir? 

Bütün canlıların əsas qida mənbəyi olan qlükoza çox vacib molekuldur. Çünki Allahın səbəb kimi yaratdığı qlükoza sayəsində qolumuzu hərəkət etdirir, yeriyir, çənə əzələlərimizi işlədib yemək yeyirik. Oxumağa davam et