Gözəl bir şeyi səhv üsullarla əldə etməyə çalışmamaq…


İnsanlar həmişə yaxşı bir şeyə nail olmaq və ya gözəl nemət əldə etmək istəyirlər. Ancaq bu məqsədlərinə və ya istədikləri nemətə qovuşmaq üçün səhv üsullardan istifadə edirlər. İstədikləri şeylər və niyyətləri çox gözəl olduğu halda, istifadə etdikləri üsullar səhv olduğu üçün yanlış rəftar etmiş olurlar.

Bu mövzuya gündəlik həyatdan bir neçə nümunə verə bilərik. Məsələn, qaldığı yeri təmizləmək istəyən bir insanın niyyəti gözəldir. Ancaq bu niyyətinə çatmaq üçün ətrafındakı insanları narahat edirsə, gördüyü natəmizliyə, dağınıqlığa görə oradakı insanlara qarşı sərt davranırsa, bir tərəfdən təmizlik edərkən, digər tərəfdən də deyinirsə, bu vəziyyət o insanın gözəl məqsədə səhv üsullarla çatmağa çalışdığını göstərir.

Eyni şəkildə, başqa bir insanda gördüyü səhvi düzəltmək istəyən şəxs bunu ona sərt üslubla, əsəbləşərək deyirsə, bu da istifadə edilən üsulun yanlış olduğunu göstərir. Əslində, bu şəxsin məqsədi yaxşılıq etməkdir. Amma bir insana doğru yolu göstərməyin, səhv etməkdən çəkindirməyin yolu bu cür olmamalıdır.

Bir insanın dostluğunu və sevgisini qazanmaq istəyən bir şəxs qarşısındakına təzyiq etməməlidir. Sevgini qazanmağın yolu seviləcək xüsusiyyətlər göstərməkdir. Həqiqi mənada seviləcək bir insan əxlaqına sahib olmaqdır. Belə bir məqsəd arxasında olan insan əvvəlcə Allah rizası üçün bu xüsusiyyətləri qazanmalıdır. Buna əhəmiyyət verməyib, əvəzinə yalnız qarşı tərəfi dostluğa məcbur etmək yanlış üsuldur. Bu insan sırf qarşı tərəf israr etdiyinə görə, içindən gəlmədiyi halda, o insanı incitməmək üçün bəlkə bu istiqamətdə bəzi rəftarlar göstərəcək. Halbuki bu, o insana süni dostluqdan başqa bir şey qazandırmaz. Süni sevgi və dostluq isə ona istədiyi xoşbəxtliyi verməz. Belə bir insan gözəl nəticə əldə etməyi hədəfləyir. Ancaq üsulu yanlışdır.

İnsan həyatının bir çox anında bu cür vəziyyətlərlə qarşılaşa bilər. Həqiqətən, yaxşı niyyətli bir insan gözəl məqsədə çatarkən bu cür səhv etməkdən çəkinməlidir. Sərt üsullar heç vaxt insana ümid etdiyi nəticəni verməz, əksinə əldə etdiyi fayda, səbəb olduğu zərərdən daha çox olar. Təmizliyi təmin etmək üçün deyinən, sərt danışan, narahatlıq yaradan insan o məkanın təmizliyinə nail olsa belə, meydana gətirdiyi təxribat və insanlara verdiyi narahatlıq daha çox olar. Belə bir vəziyyətdə insan bir Möminə narahatlıq verməkdənsə, təmizliyi təxirə salmalı, lazım gəldikdə o təmizliyi günlərlə tək başına etməli, amma yenə də yanlış rəftar etməməlidir.

Eyni şəkildə, bir adamı kiçik bir mövzuda tənqid edən bir insan sərt rəftarı ilə ona verəcəyi fiziki və mənəvi narahatlığa görə heç bir qazanc əldə edə bilməz.

Bu səbəblə, həqiqətən, gözəl bir şey etməyə çalışan insan istifadə edəcəyi üsulları yalnız Quran əxlaqına görə təyin etməlidir. Yalnız məqsədin gözəl olması kifayət deyil. İnsanın bu məqsədə çatarkən göstərəcəyi əxlaqı və seçdiyi üsul da gözəl və doğru olmalıdır. Allahın razılığına ən uyğun olan rəftar budur. Allah həyatlarının hər anında gözəl davranışlardan vaz keçməyən qullarını Quranda belə müjdələmişdir:

Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)

Göylərdə və yerdə nə varsa, Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır! (Nəcm surəsi, 31)

Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır. (Məryəm surəsi, 76)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma