İSLAMDA TƏHSİLƏ VERİLƏN ƏHƏMİYYƏT

İslam dini göndərildiyindən etibarən hər dövrdə dünyanı aydınladan işıq olub. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və Əshabi-kiram Quran əxlaqının insanlara qazandırdığı üstün və müasir mədəniyyət anlayışının ən gözəl təmsilçiləri olublar. Bu görkəmli sivilizasiyanın təməlində isə təhsilə verilən əhəmiyyət, elm, mədəniyyət və incəsənətə verilən dəyər çox böyük rol oynamışdır. Dövrümüzdə isə inkişaf edən texnoloji imkanların da vasitəsilə məlumat əldə etməyin, öyrənməyin və başqalarına öyrətməyin yolları tarixin heç bir dövründə olmadığı qədər artmışdır. Bu vəziyyət, eyni zamanda, axırzamanda olduğumuzun bir dəlilidir və bütün müsəlmanlar üçün mühüm öhdəlikləri də özü ilə gətirir. Oxumağa davam et

Allahın Bütün Müsəlmanlara Əmri: İslam Birliyi Üçün Mübarizə Aparmaq

Dünyada müsəlmanlara yönəldilmiş təzyiq siyasətinin həlli nədir?

Müsəlman ölkələrindəki vəhşiliklərə qan tökülmədən, elm, ağıl və biliklə necə son qoymaq olar?

Bu gün İslam dünyasının qanayan yarası olan Fələstin İraq, Şərqi Türküstan, Suriya, Pakistan, Əfqanıstan, Birma və Patanidə müsəlmanların böyük əksəriyyəti 100 ildən çoxdur ki, əzilir və təzyiq görür. Müsəlman xalq demək olar ki, hər gün yadelli əsgərlərin və ya hökumət mənsublarının hücumuna məruz qalır, bu ölkələrdə vətəndaş müharibələri, qarşıdurmalar, aclıq və insan haqlarının tapdanması ən yuxarı səviyyədə baş verir. Xalq bu qarşıdurmalarda şəhid edilir, şəhid olmayanlar da ya düşərgələrə sürgün edilir, ya da itkin düşür və bir daha onlardan xəbər almaq olmur. Oxumağa davam et

ƏN TƏBİİ DEZİNFEKSİYAEDİCİ: GÖZ YAŞI

Orqanizmimizdə həyati əhəmiyyətə malik bir çox maye ifraz olunur. Bunlardan biri də göz yaşıdır. 98.2 %-i  sudan ibarət göz yaşı tərkibində fərqli miqdarlarda müxtəlif maddələr olan çox xüsusi mayedir. Qalan hissəsində qan plazması ilə eyni miqdarda sidik cövhəri və plazmadakından daha az miqdarda qlükoza, duzlar və üzvi maddələr yerləşir. Göz yaşının bu möhtəşəm birləşməsi sağlam görmək üçün çox vacibdir.

Bəzi insanların sadəcə duzlu su olduğunu zənn etdiyi göz yaşı gözü necə qoruyur?

Sağlam, aydın görmək üçün niyə göz yaşına ehtiyac var?

Göz yaşı daha az ifraz olunduqda hansı xəstəliklər meydana gəlir? Oxumağa davam et

Allaha Qarşı Daima Səmimi və Dürüst Olmağı Əsla Unutmayın

“…Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdə (sizə günah) var. Allah Bağışlayandır, Rəhmlidir”. (“Əhzab” surəsi, 5)

Din Allah qorxusu əsasında qurulmuşdur. Ancaq Allahdan lazımi qədər qorxanlar dində səmimi ola bilərlər. Çünki Qurana baxdığımız zaman səmimiyyətin Allahdan qəlbi titrəyərək qorxu duyan və sadəcə Allahın razı olduğu davranışa yönələn insana məxsus olduğunu anlayırıq. Heç bir şey səmimi mömini əsl məqsədindən döndərə bilməz; qiyamət günü haqq-hesabını verə bilməyəcəyi bir şeyə yanaşdırmaz. Allah ayəsində ən xeyirli rəftarın bunun olduğuna belə diqqət çəkmişdir:

“Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz”. (Tövbə surəsi, 109) Oxumağa davam et

Yataraq Həyatda Qalan Canlılar

Yuxu həşəratlardan məməlilərə qədər bütün canlıların təbii qidasıdır. Canlıların bəzisi buz üzərində üç dəqiqə, bəzisi bir budaqdan yapışıb fasiləsiz 20 dəqiqə yataraq bu qidanı qəbul edir. Aralarında tək ayaq üstündə, bir gözü açıq və hətta üzərkən yatanları da var. Ancaq canlıların bir çoxunun özlərini qoruyan yuxuları var ki, bu yuxu həftələrlə, hətta aylarla davam edə bilər: qış yuxusu…

 Həyatı dayandıran qış fəsli

Qış fəsli bir çox canlı üçün həyatın bir növ dayandığı mərhələdir. Qış boyu bitkilərin çoxu böyüməni dayandırır. Oxumağa davam et

Sonsuz Nemətlər

Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz… (Nəhl surəsi, 18)

1. Meteorit bombardmanından necə qorunuruq?

Meteoritlər saniyədə təxminən 40 km, yəni saatda 145.000 km sürətlə Yerə istiqamət götürürlər. Ancaq atmosferə daxil olduqdan sonra sürtünmənin təsirindən yanmağa başlayır və bizə zərər vermədən məhv olurlar. Statistikaya görə, ildə təqribən 50 min meteorit atmosfer tərəfindən zərərsizləşdirilir. Biz fərqinə varmasaq da, bu “kosmik bombalar”dan təbii qalxan funksiyası yerinə yetirən atmosfer sayəsində qorunuruq.

2. Göz cismə necə fokuslanır?

Cisimləri aydın görməyimiz göz büllurunun hər saniyə dayanmadan “avtomatik fokuslama” etməsi ilə mümkün olur. Bu tənzimləmə göz büllurunun ətrafındakı kiçik əzələlər tərəfindən həyata keçirilir. Oxumağa davam et

Müsəlmanların Mübarizəsi Quran Əxlaqına Uygun Olmalıdır

Bir müsəlman bütün həyatını Allahın Quranda əmr etdiyi əxlaq üzərində qurmalıdır. Gündəlik həyatında, ticarət zamanı, bir iş görərkən və ya insanlarla münasibətlərində necə haqq-ədalətlə hərəkət edirsə, müharibədə və müdafiə zamanı, torpaqlarından sürgün edildikdə də eyni əxlaqa uyğun davranmalıdır. Yenə təvəkküllü, ədalətli olmalı, Allahın əmr və tövsiyələrini ciddi şəkildə yerinə yetirməlidir.

Məlum olduğu kimi, İslam sözü ərəb dilində “sülh” mənasını verir. Quran ayələrində insanlar yer üzündə sevginin, şəfqətin və sülhün modeli kimi İslam əxlaqına dəvət edilirlər. Oxumağa davam et

Danışmaq Möcüzəsi: İnsanın Danışma Qabiliyyəti Riyazi Sirdir

İki-üç yaşlı uşaq necə qrammatika dərsi keçmədən yetkin insan kimi cümlələr quraraq danışır?

Ətrafında danışılanları dinləyərəkmi öyrənir?

İnsanlar dilçi alimlərin belə tam anlamadıqları qrammatik qaydaları necə öyrənmişlər?

Sözlər və cümlələr necə və harada məna qazanır?

Necə olur ki, zehnimizdəki düşüncələrimiz sözlərə və cümlələrə çevrilir?

Hər bir insan müəyyən yaşa çatdıqda danışmağa başlayır. Demək olar ki, hamı eyni yaşda danışdığından bu vəziyyət təbii görünür. Bu səbəbdən, danışmaq bəzi insanlar tərəfindən adi qabiliyyət kimi qəbul edilir və onun üzərində çox düşünülmür. Halbuki, hələ heç nə bilməyən bir uşağın birdən-birə danışması böyük möcüzədir. Çünki ən sadə dillər belə, özündə kompleks qrammatik qaydaları ehtiva edir. Qrammatik qaydalar isə sözlərə cümlənin tərkibində müxtəlif məna qazandıran riyazi əlaqələrdir. Oxumağa davam et

Möminlərin və Cahiliyyənin Dostluq Anlayışı

Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını paylaşacağı, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi mövzularda yol göstərən, onu sevən, sədaqətli olan, qoruyan, səhvlərinə şəfqətlə yanaşan, xəstələndikdə və ya yaşlandıqda onu tək buraxmayan insanlar axtarır…

Sevgi Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Allah insanın fitrətini sevməkdən və sevilməkdən zövq alacağı, dostluqdan və yaxınlıqdan xoşlanacağı şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha çox zövq verir. Bu səbəbdən, Allahın sevdiyi və razı olduğu qullarına vəd etdiyi cənnət əsl sevginin, dostluğun və yaxınlığın sonsuza qədər böyük  coşğu ilə yaşanacağı gözəl yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi xəbərlərdə həmişə sevinc, yoldaşlıq, sevgi, söhbət, gözəl söz və rahatlıqdan bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Məsələn, Allah bir ayədə cənnətə girən möminlərin kökslərindəki kin-küdurəti çıxaracağını bildirmişdir (“Əraf” surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, hirs, incimə kimi sevgiyə və dostluğa mane olan pis xüsusiyyətlər cənnətdən kənarda qalacaq. Oxumağa davam et

Qütb Ayılarının Buzun Üstündə Yaşamalarını Təmin Edən Mükəmməl Xüsusiyyətlər

Qütb ayıları qar fırtınalarının 120-140 km sürətə çatdığı, ilboyu qarla və buzlarla örtülmüş bir yerdə çətin şəraitdə yaşayırlar. Ancaq Rəhman olan Allah onları bu çətin şəraitə tab gətirə biləcək şəkildə yaratmışdır.

Dünyadakı bütün canlıları yoxdan yaradan və onların hər birində heyrətamiz xüsusiyyətlər var edən uca Allahdır. Bu, Allahın incə sənətidir. Allah sonsuz ağlı ilə insanların qavraya bilmədikləri, hələ incəliklərini kəşf edə bilmədikləri sistemlər yaratmış, hər xüsusiyyətin içində Öz ucalığını və qüdrətini göstərən gözəlliklər var etmişdir.

Oxumağa davam et